çincə

sif. 1) chinois, -e ; ~ fransızca lüğət dictionnaire m chinois-français ; 2) zərf. en chinois ; ~ danışmaq parler chinois ; ~ yazmaq écrire en chinois

çinarlıq
çini
OBASTAN VİKİ
Çincə
Çin dili — Çin-Tibet dil ailəsinə aid bir dil. Dünya əhalisinin təxminən beşdə birinin ana dilidir. Orijinal adı con ven və (中文، Zhōngwén), han ü (汉语/漢語، Hànyǔ) adlanır. Çində dövlət dili və rəsmi dil Mandarin və ya Putonxua adlanır. == Əlifbası == Çin dilinin əlifbası yoxdur. Qədim piktoqramlar əsasında inkişaf etdirilmiş yazı növü zamanla ideoqramlara çevrilmiş və geniş yayılmışdır. Məlum olan bütün ideoqramları əzbərləmək çətin olduğundan 115 əsas literalı əzbərləməklə qalan bütün ideoqramları bu literalların birləşdirilməsi yolu ilə yadda saxlayırlar. Çin lüğətləri literalların xətt sayısına görə tərtib olunur. == Çin dilinin yazılışı == Çin dili iki cür yazılır: 1. Klassik 2.
Sadələşdirilmiş Çincə
Sadələşdirilmiş Çin yazısı (Çincə: 簡體字 veya 简体字; pinyin: jiǎntǐzì) — Çin yazısında qədim dövrlərdən bəri istifadə edilən Ənənəvi Çin yazısı, 1960-cı illərdə Çində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır.
Standart çincə
Standard Çin dili, Putonqhua və ya Standard Mandarin, Çinin rəsmi dilidir. Çinin şimalında danışılan Mandarinin Pekin ləhcəsindən irəli gələrək yaranmışdır. Çində bu dil məmurların dili — guānhuà (官 话) adlanırdı, lakin Çin Xalq Respublikası qurulandan sonra 1955-ci ildə adı putonghua (普通话) "yayılmış söz" olaraq dəyişdirilmişdir. Standard Çin dili, Çində putonqhua (Pǔtōnghuà, 普通話, "Ümumi ləhcə"); Quoyu (Guóyǔ, 國語, "Milli dil") olaraq Tayvanda; Malayziya və Sinqapurda Biuojun Huayu (Biǔozhǔn Huáyǔ, 標準 華語, "Standart Çin dili") olaraq bilinir. Standard Çin dili digər Çin dilləri kimi tonlu dildir. Yəni fərqli sözlər eyni səsin fərqli intonasiyaları ilə yaranır. Cəmi 4 ton var. I ton, düz ton:(ˉ) II ton, artan ton: (ˊ) III ton, dalğalı ton: (ˇ) IV ton, enən ton: (ˋ) Nümunə, ma hecasında: 1.mā 媽 (ana) 2.má 麻 (çətənə) 3.mǎ 馬 (at) 4.mà 罵 (söyüş) Yuxarıdakı ma kimi bir hecanın 4 tonu 4 ayrı söz kimi qəbul edilir.
Çincə Vikipediya
Çincə Vikipediya — Vikipediyanın Çin dilində olan bölməsidir. Bu günə qədər 1.453.412 məqalə yaradılıb.
Ənənəvi Çincə
Ənənəvi Çin yazısı (Çincə: 繁体字; pinyin: fántǐ zì), Çin yazısının qədim dövrlərdən bəri Çində istifadə edilən bir növüdür. Ənənəvi Çin yazısı, 1960-cı illərdə Materik Çinində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır, ancaq gündəlik həyatda daxil olmaqla bir çox sahələrdə istifadə edilir. Hong Kong, Makao və Tayvanda isə Ənənəvi Çin yazısı hələ də rəsmi olaraq istifadə edilir.
Sadələşdirilmiş çincə
Sadələşdirilmiş Çin yazısı (Çincə: 簡體字 veya 简体字; pinyin: jiǎntǐzì) — Çin yazısında qədim dövrlərdən bəri istifadə edilən Ənənəvi Çin yazısı, 1960-cı illərdə Çində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır.
Vikimedia Fondunun Çincə Vikipediyada gördüyü tədbirlər
13 sentyabr 2021-ci ildə Vikimedia Fondu Çincə Vikipediyaya aidiyyəti olmayan Vikipediya istifadəçi qrupu olan Materik Çin Vikimediaçıları qrupunun istifadəçilərini araşdırdıqdan sonra Çincə Vikipediyada bəzi rəsmi tədbirlər gördü. 13 sentyabr 2021-ci il GMT ilə saat 16:13-də (Pekin vaxtı ilə 00:13, 14 sentyabr 2021-ci il) Vikimedia Fondu yeddi istifadəçini qlobal olaraq blokladı, on iki hesabın inzibati hüquqlarını ləğv etdi və digər on iki istifadəçiyə xəbərdarlıq etdi. Çincə Vikipediyanın ən aktiv on idarəçisindən dördünün hüquqları ləğv edildi. Bu tədbirlər 13 sentyabr 2021-ci ildə Vikimedia Fondunun Hüquq Departamentinin İcma Dayanıqlığı və Davamlılıq üzrə vitse-prezidenti Meqqi Dennis tərəfindən açıqlanmışdı. == Zəmin == Materik Çində senzuraya məruz qalmasına və VPN-lərə adətən Vikipediyanı redaktə etməyə icazə verilmədiyinə baxmayaraq, Çindən olan Vikipediya administratorları müəyyən sayda materik istifadəçisinə IP blokundan azad olma hüququ veriblər. Bu istifadəçilər, Çinin maraqlarını dəstəkləmək üçün Vikipediyada redaksiya məzmununu dəyişdirmək və/yaxud Çin Kommunist Partiyasının öz narrativini dünya miqyasında etibarlı platformalarda yerləşdirmək üçün koordinasiyalı səylərinin bir hissəsi olaraq Vikipediyaya nəzarəti əldə etmək məqsədilə Vikipediyada hökumətyönlü adminlərin seçilməsinə dəstək vermək üçün cəlb edilirdilər. Öz-özünə senzura və kommersiyalaşma problemləri ilə üzləşən yerli Vikipediya rəqibi olan Baidu Baikeni tərk edən könüllü redaktorların Çincə Vikipediyaya köçü müşahidə olunurdu. Çünki onlar "böyük beynəlxalq güc olan" "yüksək keyfiyyətli internet ensiklopediyasında işləmək imtiyazı istəyirdilər". Müşahidəçilər bu cür hərəkətlərin təkcə vətənpərvər vətəndaşlara görə deyil, Twitter və Facebook kimi Wikipedia ilə yanaşı, "hökumətin bu platformaları manipulyasiya etmək üçün daha böyük strukturlu koordinasiyalı strategiya" ilə bağlı olduğunu irəli sürürlər. == Şərhlər == Fondun bu tədbirlərlə bağlı rəsmi açıqlamasında, Meqqi Dennis Fondun gördüyü tədbirlərin radikal xarakterli olduğunu etiraf etdi, lakin qərarın bir sıra mülahizələrə və dərin araşdırmaya əsaslandığını vurğuladı.
Mandarin çincəsi
Bu məqalə Şimali Çində danışılan Mandarin haqqındadır. Çin Xalq Respublikasının rəsmi dili olan Standard Mandarin haqqında məlumat üçün Standart Çin dili məqaləsinə baxın. Mandarin və ya Beifanghua (北方 話; Hanyu Pinyin: Běifānghuà) — Çin dilinin ən çox danışılan ləhcəsidir. Çinin şimalında danışılmış bütün ləhcələr Mandarin olaraq təsnif edilir. Bununla birlikdə, Mandarin ümumiyyətlə daha dar mənada Çin və Çin Respublikasında (Tayvan) rəsmi dil olaraq işlədilən Standard Çin dilinə (普通话, Putonghua/国语, Guoyu) aiddir. Mandarinin Pekin ləhcəsi, müasir dövrdə Çin Xalq Respublikasında və Tayvanda, Standart Çin dili adı altında rəsmi dil olaraq tanınır. == Tarixi == Standart Mandarin həmişə çox ləhcələrdən ibarət olmuşdur; lakin prestij ləhcələri həmişə tapılmışdır. Məsələn, Konfutsi yerli ləhcələrə nisbətən yǎyán (雅言) ləhcəsini və ya "fərqlənmiş ləhcəni" üstün tuturdu. Han sülaləsinin yazılarında tōngy yazısı (通 语) istifadə edilmişdir. Şimal və cənub hökmdarlarının kitabları o dövrdə bir və ya bir neçə standart sistematik tələffüzü əks etdirirdi.

Значение слова в других словарях