Dekorativ Tətbiqi Sənət
bu sənətə el arasında "xalq sənəti" də deyirlər. Bu sənətin xalçaçılıq, batik (kəlağayı), qobelen, dulusçuluq (keramika), toxuma və bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma) və digər növləri vardır.
Dekorativ -tətbiqi sənət, həmçinin bədii sənətin müxtəlif növlərini əhatə edir. Onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr və bir çox digərlərini göstərə bilərik.
Azərbaycan xalçaçılıq sənəti — bədii yaradıcılığın xalqın mənəvi həyatı və məişəti ilə sıx bağlı çoxəsrlik ənənələri olan ən maraqlı sənətdən biridir. Azərbaycanda Qarabağ, Qazax, Gəncə, Təbriz, Şirvan, Abşeron və Quba kimi böyük xalçaçılıq məktəbləri olub.
Qədim sənət növü olub, kəlağayı mənasını verir. Kəlağayı — ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna "çarqat" da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur.