öz-özünü arxayınlaşdırmaq (ümid bağlamaq)

to flatter oneself with the hope льстить себя надеждой
öz-özünə getmək
öz payına götürmək
OBASTAN VİKİ
Ümid
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Doğan Öz
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) - türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Erdal Öz
Ərdal Öz (26 mart 1935 - 6 may 2006) — türk yazıçısı və naşiri. Ərdal Öz 1935-ci ildə Sivasın Yıldızeli bölgəsində doğulmuşdur. 1953-cü ildə Tokat Litseyini, 1969-cu ildə Ankara Üniversitetinin hüquq fakültəsini bitirmişdir. Türk Dil Qurumu Yayın Qolunda işə başlamış, Türk Sinematek Dərnəyinin Ankara şöbəsində çalışmışdır. 12 mart 1971-ci il tarixindən etibarən üç dəfə həbs olunmuşdur. Məhkəmə istintaqı nəticəsində azad edilmişdir. Məhbədə olduğu müddətdə Dəniz Gəzmiş və Yusuf Aslan kimi inqilabçı gənclərlə tanış olmuş və onlar haqqında hekayələr yazmışdır. "Cem Yayınevi"nin uşaq kitabları seriyasını redaktə etmişdir. 1980-ci ildə Can Yayınlarını yaratmışdır. Uzun müddət müalicə olunduğu xəstəxanada, ağciyər xərçəngi xəstəliyindən qurtula bilməyib 2006-cı il mayın 6-da saat 17:22-də vəfat etmişdir.
Göstər özünü
Göstər özünü (ing. Shake It Up) — Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-cu ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orijinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orijinal serialıdır.
Mehmet Öz
Mehmet Cengiz Öz (türk: [mehˈmet dʒeɲˈɟiz øz]; 11 iyun 1960, Klivlend, Ohayo)[1] həmçinin Dr. Oz kimi tanınan, türk-amerikan aparıcısıdır, müəllif, fəxri professor və təqaüdçü kardiotorakal cərrahdır.[3][4][5] O, Pensilvaniyada 2022-ci ildə ABŞ Senatına seçkilər üçün Respublikaçılar Partiyasından namizəddir və ABŞ Senatına hər iki böyük partiya tərəfindən namizədliyini irəli sürülmüş ilk müsəlmandır.[6] Türk mühacirlərinin oğlu olan Öz Delaver ştatının Vilmington şəhərində böyüyüb, Harvard Universiteti və Pensilvaniya Universitetini bitirib. ABŞ və Türkiyənin ikili vətəndaşı olan Öz türk vətəndaşlığını saxlamaq üçün 1980-ci illərdə Türkiyə ordusunda xidmət edib. Daha sonra 1986-cı ildə Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzində cərrahiyyə üzrə rezidenturasına başladı. 2001-ci ildə Kolumbiya Universitetində cərrahiyyə professoru oldu və daha sonra 2018-ci ildə fəxri professor kimi təqaüdə çıxdı.[3][5] Oz 1960-cı ildə Ohayo ştatının Klivlend şəhərində Türkiyənin Konya vilayətindən mühacirət etmiş Suna və Mustafa Özün ailəsində anadan olub.[17][18][17] Mustafa Türkiyənin cənubundakı kiçik bir şəhər olan Bozkırda anadan olub və 1950-ci ildə Cerrahpaşa Tibb Fakültəsini ən yüksək nəticə ilə bitirib və Mehmetin anadan olduğu Klivlend şəhərindəki Case Western Reserve Universitetində ümumi rezidentura proqramına qoşulmaq üçün ABŞ-yə köçüb. O, Atlantadakı Emori Universitetində kardiotorakal cərrahiyyə üzrə təhsil alıb və Türkiyəyə qayıtmazdan əvvəl bir neçə il Delaver Tibb Mərkəzində torakal cərrahiyyə şöbəsinin müdiri olub.
Özünü Tanıt
"Ozünü Tanıt" teleşousu, Böyük Britaniyada populyar "Got Talent" telelayihəsinin rəsmi şəkildə alınmış Azərbaycan versiyasıdır. Bu layihə 2005-ci ildə yaranıb və bu verilişdə, yaşından asılı olmayaraq bütün iştirakçılar oz unikal bacarıqlarını numayiş etdirə bilər- muğənnilik, rəqs, akrobatik hərəkətlər, döyüş növləri və s. Qeyd edək ki, bu layihə Rusiyada "Minuta Slavı", Turkiyədə isə "Yetenek Sizsiniz" adı ilə yayımlanır. 2014-cü ilin hesabatına görə, 58 ölkə bu layihənin lisenziyasını əldə edib. Azerbaycanda isə bu şounun rəsmi lisenziyası Kaspi Global MMC şirkəti terəfindən əldə edilib. Bu layihə, Ginnesin rekordlar kitabına da ən məşhur veriliş kimi düşüb. "Özünü Tanıt" ATVdə Şamxal Həsənlinin prodüserliyi ilə dünyaca məşhur "Got Talent" verlişinin Azərbaycan versiyasıdır. Münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova, Azərbaycan Respublikasının Xalq artistii Murad Dadaşov və reper ABD Malik daxildir. Birinci sezonun qalibi Elxan L Mefisto ləqəbi ilə tanınan illüziyaçı Elxan Məmmədovdur.
Özünü aldatma
Özünü aldatma — həqiqətə uyğun olmayan düşüncələrin aşılanması prosesi, aldanan bir prosesə inam. Bu psixoloji fenomen bir insanın psixoloji müdafiə forması kimi bilinir. Sübutlara və məntiqi arqumentlərə qarşı olmağın aktuallığını, əhəmiyyətini və ya dəyərini rədd etmək və ya səmərələşdirmək prosesidir. Özünü aldatma heç bir məlumatı ortaya qoymamaq üçün həqiqətə inandırmağı (və ya həqiqətin olmamasını) ehtiva edir. "Özünü aldatma" termini bir sıra humanitar fənlərdə geniş istifadə olunur, yəni psixologiya və psixoanaliz, ədəbiyyat, fəlsəfə, epistemologiya, sosiologiya və s. Onun şərhləri hər sahənin kontekstindən asılı olaraq dəyişir. Klinik praktikada, "özünü aldatma" ifadəsinin əvəzinə, bir qayda olaraq, onun ən yaxın ekvivalentləri istifadə olunur: "repressiya" və "xəyali düşüncə". Məşhur amerikalı psixoanalist və psixoterapevt Roy Şefer "Psixoanaliz üçün yeni bir dil" adlı əsərində xoşagəlməz və ya utanc verici təcrübələrdən (kəşflərdən) "şüursuz qorunma" yolu kimi aldatma vərdişini təsvir edir. Özünü aldatma fenomeni ən məşhur Sorn Kyerkeqor, Martin Haydeqqer və Jan Pol Sartr olan bir sıra ekzistensial filosofların əsərlərində öz əksini tapmışdır. Sonuncuların əsərlərində özünü aldatma ("pis iman") mərkəzi yer tutur və orijinal olmayan varlığın əsas forması kimi qiymətləndirilir.
Ərdal Öz
Ərdal Öz (26 mart 1935 - 6 may 2006) — türk yazıçısı və naşiri. Ərdal Öz 1935-ci ildə Sivasın Yıldızeli bölgəsində doğulmuşdur. 1953-cü ildə Tokat Litseyini, 1969-cu ildə Ankara Üniversitetinin hüquq fakültəsini bitirmişdir. Türk Dil Qurumu Yayın Qolunda işə başlamış, Türk Sinematek Dərnəyinin Ankara şöbəsində çalışmışdır. 12 mart 1971-ci il tarixindən etibarən üç dəfə həbs olunmuşdur. Məhkəmə istintaqı nəticəsində azad edilmişdir. Məhbədə olduğu müddətdə Dəniz Gəzmiş və Yusuf Aslan kimi inqilabçı gənclərlə tanış olmuş və onlar haqqında hekayələr yazmışdır. "Cem Yayınevi"nin uşaq kitabları seriyasını redaktə etmişdir. 1980-ci ildə Can Yayınlarını yaratmışdır. Uzun müddət müalicə olunduğu xəstəxanada, ağciyər xərçəngi xəstəliyindən qurtula bilməyib 2006-cı il mayın 6-da saat 17:22-də vəfat etmişdir.
Özünü qiymətləndirmə
Özünü qiymətləndirmə — bir insanın özünü subyektiv qiymətləndirməsi — hərəkətini, keyfiyyətini, hisslərini və ləyaqətini. Özünü qiymətləndirmə altı növdən ibarət ola bilər: Bir insanın özünü necə görməsindən qaynaqlanan mənlik obrazı. Başqalarının insana necə baxmasından qaynaqlanan mənlik obrazı. İnsanın özünü necə qəbul etməsi nəticəsində yaranan mənlik obrazı. Bir insanın başqalarının onu necə gördüyünü necə qəbul etməsi nəticəsində yaranan mənlik. Şəxsin özünü necə gördüyünü başqalarının necə qəbul etməsindən yaranan mənlik obrazı. Başqalarının bir insanı necə qəbul etməsindən yaranan mənlik görüntüsü. Özünü qiymətləndirmə prosesi 2 hissədən ibarətdir: koqnitiv və sosial. Sosial və koqnitiv psixoloqlar tərəfindən tez-tez istifadə olunan özünü təsvir üçün daha texniki bir termin öz-özünə sxemdir. Hər hansı bir sxem kimi, öz-özünə sxemlər də məlumat saxlayır və düşüncəmizə və yadda saxlamağımıza təsir göstərir.
Özünü tənqid
Özünütənqid — insanın öz-özünə refleksiv münasibətidir. Bu öz səhvlərini sərbəst axtarmaq, davranışını və düşüncə tərzinin nəticələrini qiymətləndirmək qabiliyyətidir. Özünütənqid insanın psixoloji durumu ilə bağlıdır. Həddən ziyadə özünütənqid xəstəlıik əlaməti kimi də qiymətləndirilə bilər.
Özünü müdafiə
Özünümüdafiə və ya zəruri müdafiə — şəxsin özünü, xüsusilə də sağlamlığını ona vurula biləcək zərərdən müdafiə etməsi üçün gördüyü tədbirlər. Təhlükə vəziyyətində şəxsin özünümüdafiə hüququndan istifadə etməsi əksər yurisdiksiyalarda qanunla təminat verilən hüquq kimi tanınır, sadəcə onların şərhi əhəmiyyətli dərəcədə fərqlənir. Fiziki özünümdüafiə ani zorakılıq hədəsinin qarşısını almaq üçün fiziki gücün tətbiqidir. Bu, silahlı və ya silahsız ola bilər. Bu zaman müvəffəqiyyətli olmaq, tətbiq edilən şiddətin dərəcəsindən müdafiə olunan şəxsin əqli və fiziki cəhətdən hazılığına qədər bir neçə amillərdən asılı ola bilər. Döyüş sənətinin əksər növləri özünümüdafiə üçün yaradılmış və ya özündə özünümüdafiə texnikalarını ehtiva edir. Belə ki, bəzi döyüşlər, eləcə də təkbətək döyüşlərin özünümdafiə zamanı tətbiqi effektiv ola bilər. Bəzi döyüş sənətləri şəxsin bıçaqlı və ya silahlı hücuma məruz qaldığı halda necə müdafiə olunacağını öyrətdiyi halda, bəziləri əksinə hücum etməyi öyrədir. Daha praktik özünümüdafiə etmək üçün bir çox müasir döyüş sənəti məktəbi hazırda döyüş sənətinin üslub və texnikasının birləşməsindən istifadə edir və çox zaman özünümüdafiə təlimini hər iştirakçıya özəl uyğunlaşdırır. Silahların böyük əksəriyyəti özünümüdafiə üçün istifadə oluna bilər.
Yeni Ümid
Braziliya Qara Cəbhəsi (port. Frente Negra Brasileira) — Braziliyada zənci hərəkatının bir hissəsi olub, ölkənin ilk qara siyasi partiyası. 1920–1930-cu illərdə Braziliyada kapitalizmin inkişafı aqrar əsaslara zərbə vurdu. Artan milli hisslər, tədricən baş verən sənayeləşmə və urbanizasiya siyasi transformasiyalara səbəb oldu. Bu yeniliklərdən biri də yerli zəncilərin ilk qəzeti olan "Klarim d`Alvorada"nın (Clarim d’Alvorada) idi. Afro-braziliyalılar hələ 1888-ci ildə ləğv edilmiş quldarlığın nəticələri ilə mübarizə aparırdı. İqtisadi imkanların, təhsil səviyyəsinin və hüquqların aşağı səviyyədə olması isə onların cəmiyyətdə tam iştirakına maneçilik törədirdi. Braziliya Qara Cəbhəsi 16 sentyabr 1931-ci ildə San-Pauloda yaradılmış və zəncilərin cəmiyyətdə tam iştirak hüquqlarını tələb edən ilk afro-braziliya təşkilatı olmuşdur. Mənzil-qərargahı San-Pauloda yerləşən təşkilatın şəbəkəsi tezliklə ölkə ərazisinə yayılmışdır. Onun mürəkkəb strukturuna prezident, sədr, katib və köməkçi şura aid idi.
Ümid (Qaradağ)
Ümid — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. Ümid qəsəbəsinin əsası qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulmuşdur. 2000-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. Hal-hazırda (2020-ci il) qəsəbədə 2000 nəfər məcburi köçkün və 1600 nəfər yerli sakin məskunlaşmışdır. Ümid qəsəbəsində Ümid 500 layihəsi çərçivəsində yeni binalar tikilmişdir. Qəsəbədə Ümid qəsəbə məscidi dini icması fəaliyyət göstərir.
Ümid (film)
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman. Ümid (qəzet) — Ümid (Qaradağ) — Ümid (film, 1977) — 1977-ci ildə istehsal olunmuş Çin filmi. Ümid (film, 1992) — Ümid (film, 1995) — 1995-ci ildə istehsal olunmuş Azərbaycan filmi.
Ümid (qəzet)
"Ümid" — Cənubi Azərbaycanda Məşrutə dövründə nəşr olunmuş qəzetlərdən biri. "Ümid" Məşrutə bərqərar edildikdən sonra nəşr edilən ilk qəzetlərdən idi. Qəzet Loğmaniyyə mədrəsəsinin tələbələri tərəfindən Məşrutə dövrünün əvvəllərində nəşr olunmuşdur. Loğmaniyyə mədrəsəsinin 5-6 tələbəsi tərəfindən təsis olunan bu qəzetin nəşri 8 aya yaxın davam etdi. Faydalı və elmi qəzet olan "Ümid"in 1907-ci ilədək 24 nömrəsi çapdan çıxmışdır. Bu həftəlik, şəkil-təsvirli qəzet daşbasma üsulu ilə çap olunur və başlığında aşağıdakı ifadə dərc edilirdi: "Bu dövlətin və millətin tərəqqisi, elm və maarifin yayılması üçün təsis dilmiş bir qəzetdir".
Ümid Bulud
Ümid Bulud (15 mart 1983[…], Yaşılhisar, Kayseri ili) — 1-ci Liqa komandalarından biri olan "Eyüpspor"da hücumçu kimi çıxış edən türk milli futbolçudur. Qalatasaray İdman Klubunun Rəsmi Saytı — Umut Bulut Profili 22 Ağustos 2012 tarihinde -də Ümid Bulud at the Turkish Football Federation Ümid Bulud — transfermarkt.com saytında.
Ümid Bəsən
Ümid Bəsən (14 oktyabr 1956, Osmaniyə) — Türk musiqiçi. Piyanist. 14 oktyabr 1956-cı ildə Osmaniyə rayonunda dünyaya gələn Ümid Bəsənin ilk musiqi aləti melodika oldu və Tayfunlar Orkestrini qurdu. Musiqi və təhsilini bir yerdə apara bilməyəcəyini fərq edincə lisey təhsilini yarım buraxdı. Hərbi xidmətə getmə ərəfəsində 1976-cı ildə Kütahya rayonuna getdi. Hərbi şəhərcikdə onu dinləyən bir general Ü. Bəsəni Zonquldak həbi şəhərciyinə göndərdi. Hərbi xidmətindən sonra Adana şəhərinə getdi və gecə klublarında işə başladı. Bu klublardan birində onu dinləyən futbolçu Mətin Oktay, Bəsəni İstanbuldakı qazino sahibi dostlarına tövsiyə etdi. Sənətçinin İstanbulda işə başladığı ilk məkan Küncüm Bistro oldu. Bəsən, 1980-ci ildə Selami Şahin və Əhməd Səlcuq İlkan ilə birlikdə ilk val səsyazmasını yayımladı.
Ümid Məmmədov
Ümid Məmmədov (leytenant) — 1999-cu il təvəllüdlü Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Ümid Məmmədov (əsgər) — 2001-ci il təvəllüdlü Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Ümid Novruzlu
Ümid Novruzlu (7 iyun 1992, Babək, Naxçıvan Muxtar Respublikası – 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Ümid Novruzlu 1992-ci il iyunun 7-də Babək şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Ümid Novruzlu 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Ümid Novruzlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ümid Novruzlu noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Babək şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümid Novruzlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ümid Nəccari
Ümid Nəccari (15 aprel 1989, Təbriz şəhəri, Şərqi Azərbaycan ostanı, İran İslam Respublikası) — Şair, yazar, tərcüməçi, publisist, Avropanın Beynəlxalq IWA BOGDANİ Yazarlar Assosiasiyasının vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyinin və Beynəlxalq Mihai Eminescu Akademiyasının fəxri üzvü. Ümid Nəccari 1989-cu il aprelin 15-də Təbriz şəhərində anadan olub. İlk təhsilini Təbriz şəhərində almışdır. 2009–2013-cü illərdə İslam Azad Universitetinin Təbriz filialında Elektronika fakültəsində oxumuşdur. 2016–2020-ci illərdə isə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsində "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə təhsil almışdır. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür. Ümid Nəccari 18 mart 2022-ci ildən Avropanın məşhur Beynəlxalq IWA Bogdani Ədəbiyyat Birliyinin aktiv üzvüdür. 26 aprel 2023-cü il tarixində isə Ümid Nəccari həm də baş ofisi Brüssel və Priştinada olan BOGDANI beynəlxalq yazıçılar assosiasiyasının vitse-prezidenti seçilib. Ailəlidir, iki övladı var. Ümid Nəccari yaradıcılığa gənc yaşlarından başlamışdır.
Ümid Partiyası
Azərbaycan Ümid Partiyası və ya qısaca Ümid Partiyası (qeyri-rəsmi AÜP) — Əbülfət Əhmədov tərəfindən yaradılan və 5 may 1993-cü ildə dövlət qeydiyyatından keçən siyasi partiya. Hal-hazırda partiyanın sədri İqbal Ağazadədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Ümid Partiyasının üzvlərinin 60%-i kişi, 40%-i isə qadın olmuşdur. Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri "Qızıl Qələm" mükafatı laureatı, jurnalist mərhum Əbülfət Əhmədov olub. 1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 2002-ci il dekabrın 15-də Azərbaycan Ümid Partiyasının III (I) Qurultayında Ümid Partiyasına birləşmiş və partiya sədri İqbal Ağazadə seçilmişdir. 2003-cü ilin martından etibarən Müxalifətin Koordinasiya Mərkəzinin demokratik və azad seçki tələbilə təşkil etdiyi kütləvi etiraz aksiyalarında aktiv iştirak edib.
Ümid burnu
Ümid burnu (afrikaans Kaap die Goeie Hoop, ing. Cape of Good Hope) — Cənubi Afrikanın cənubunda, Kap yarımadasının cənubunda burun, Afrika qitəsinin ən ucqar cənub qərb nöqtəsidir. Dəniz səviyyəsindən 245m yüksəklikdə qayalıqdır. Ümid burnunu ilk dəfə 1488-ci ildə Bartolomeu Dias kəşf etmiş və onu "Fırtına burnu" adlandırmışdı. Portuqaliya kralı II Juan burunun adını dəyişdirərək "Ümid burnu" qoymuşdur. Bunun səbəbi onun buradan Hindistana dəniz yolu tapmağa ümid etməsi idi.
Ümid bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ümid körpüsü
Ümid körpüsü (türk. Umut köprüsü) — 28 may 1992-ci ildə istifadəyə verilən, Azərbaycan-Türkiyə sərhədində Araz çayı üzərində uzunluğu 286 metr olan, "Dəmir İpək Yolu"nu reallaşdıran, Zəngəzur dəhlizinin qarşısında "yaşıl işıq" yandıran tağlı körpü. Körpü Türkiyənin Dilucu və Azərbaycanın Sədərək sərhəd keçid məntəqələrini birləşdirir. Tikintisi 1991–1992-ci illərdə aparılmış və 28 may 1992-ci ildə istifadəyə verilmişdir. 1990-cı illərin əvvəllərində Naxçıvan MR-in keçirdiyi iqtisadi çətinliklərin, xüsusilə nəqliyyat blokadasının ləğvində körpünün müstəsna rolu olmuşdur. 1992-ci il may ayının 28-də, Araz çayı üzərində "Ümid körpüsu"nün açılışını gerçəkləşdirmək üçün, 60 millət vəkili və 40-dan çox nüfuzlu KİV nümayəndələri ilə birgə Naxçıvana gələn Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl Naxçıvan Hava Limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək deyir: "Naxçıvan türk-islam dünyasına bir qapıdır" - söyləyən Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfəri 1992-ci ilin martında reallaşdı və səfər zamanı Türkiyə Prezidenti Turqut Özal, Baş nazir Süleyman Dəmirəl və digər rəsmi şəxslərlə görüşlər keçirilib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası isə 1992-ci ilin martında qoyulub. Həmin dövrdə Naxçıvanda Ulu Öndərin “Bir millət, iki dövlət” fikirlərinin reallığa çevrilməsi mərhələsi başlanıb. Dahi şəxsiyyət Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalanıb. 13 maddəlik protokolda muxtar respublikaya maliyyə, iqtisadi, texniki yardım göstərilməsi, regionun zəruri ehtiyaclarını ödəmək üçün 100 milyon ABŞ dolları həcmində kreditin ayrılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi öz əksini tapdı.
Ümid məktəbi
Ümid məktəbi— Şamaxı şəhərində XX əsrə aid məktəb 1908-ci ilin yayında Mirzə Ələkbər Sabir Şamaxıdakı karvansaraların birinin iki otağını xalçaçı dostu Hacı Ağaəlinin köməyi ilə təmir etdirib, sentyabr ayında Hacıbala Zamanov adlı bir nəfər həmyerlisi ilə bərabər «Ümid” məktəbini açıb. 1908-ci ildə Sabir pedaqoji fəaliyyətə icazə alır və Şamaxıda “Ümid” məktəbini açır. Amma, hücumlara məruz qalaraq, məktəbi bağlamağa və 1910-cu ildə Bakıya köçməyə məcbur olur.