ÜFÜQİ

[ər.] прил. горизонтальный, къаткай (яни тик тушир, мес. цӀар).
ÜFÜQ
ÜFÜRMƏ
OBASTAN VİKİ
Üfüqi dovşanalması
Üfüqi dovşanalması (lat. Cotoneaster horizontalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Cotoneaster acuminatus var. prostratus Hook. ex Decne. Cotoneaster davidianus hort. ex Dippel Cotoneaster horizontalis var. horizontalis horizontalis Diospyros chaffanjonii H.L‚v. Təbii şəraitdə Krımda, Qafqazda, Sibirdə, Orta və Mərkəzi Avropada, Monqolustanın şimalında, Himalayda, Çində yayılmışdır. Hündürlüyü 2-3 m-ə çatan, dəyirmi çətirli, yarpağını tökən, çox budaqlı koldur.
Üfüqi inteqrasiya
Üfüqi inteqrasiya (üfüqi konsentrasiya) — alıcı firma ilə eyni sənayedə və eyni istehsal mərhələsində yerləşən bir firmanın digəri üzərində alınması və ya nəzarəti yolu ilə eyni profilli təsərrüfat subyektlərinin birləşməsi. BSE-yə görə, üfüqi konsentrasiya həm homojen, həm də texnoloji cəhətdən bir-biri ilə əlaqəsi olmayan məhsulların istehsalında bir firma daxilində cəmləşmə prosesidir. BRE-ə görə üfüqi iqtisadi inteqrasiya eyni profilli təsərrüfat subyektlərinin birliyidir. “Britannika”ya görə, üfüqi inteqrasiya, şirkətin istehsalın mərhələlərindən birinə və ya vahid sənayeyə tam nəzarət etməyə çalışdığı, miqyas iqtisadiyyatından istifadə etməyə imkan verən, lakin rəqabətin azalmasına səbəb olan biznesin təşkili formasıdır. Bu halda üfüqi biznes birləşməsi baş verir, yəni hər iki şirkət eyni bazar üçün eyni məhsul və ya xidməti istehsal etdikdə. Məsələn, bir avtomobil istehsalçısı digər avtomobil istehsalçısına nəzarət edir; bu halda onlar eyni istehsal mərhələsində və sənayenin eyni sahəsindədirlər. Üfüqi inteqrasiya yolu ilə yaranan inhisara üfüqi inhisar deyilir.
Üfüqi parçalanma
Üfüqi parçalanma (rus. горизонтальное расчленение, ing. horizontal dissection of mountains) — dağlıq ölkələrdə müxtəlif dərəcəli silsilələrin, çay dərələrinin və digər oroqrafik elementlərin əmələ gətirdiyi forma. Radial (şüavari), lələkvari (köndələn), şəbəkəli, kulisvari parçalanma formaları ayrılır.
Üfüqi stabilizator
Üfüqi stabilizator təyyarələrin uçuş oxunun paralel olduğu üfüqi müstəvidə təyyarənin tarazlı bir uçuş həyata keçirməsinə imkan verən səthlərdir. Adi təyyarələrdə üfüqi stabilizator quyruqda yerləşir və kiçik bir cüt qanada bənzəyir. Hündürlük sükanı və hündürlük çəpəri üfüqi stabilizatorun ucunda yerləşir. Hündürlük sükanı və hündürlük çəpəri istisna olmaqla üfüqi stabilizatorun digər hissələri ümumiyyətlə hərəkətsizdir. Bəzi təyyarələrdə tamamilə hərəkət edə bilən üfüqi bir stabilizator var. Bu təyyarələrdə ayrıca bir hündürlük sükanı (lift) olmur və eyni zamanda stabilizator hündürlük sükanı rolunu oynayır. Kanart təyyarələrində isə daşıyıcı kanart və ya nəzarət kanartı üfüqi bir stabilizator rolunu oynayır.
Üfüqi səth
Üfüqi səth (rus. уровенная поверхность, ing. level surface) — bütün nöqtələrində ağırlıq qüvvəsinin potensialı bərabər olan Yerin qravitasiya sahəsinə uyğun gələn Üfqi səth. Dünya okeanı sularının orta səviy-yəsidir.
Üfüqi yatım
Üfqi yatım (rus. горизонтальное залегание, ing. flat bed, flat pitch) — süxur laylarının tamamilə üfqi vəziyyətdə yatması.
Üfüqi yerdəyişmə
Üfüqi yerdəyişmə (rus. сдвиг, ing. shear-fault) — geologiyada süxur qatlarının bir- birinə nisbətən qırılma boyu üfqi istiqamətdə yerdəyişməsi. Yerdəyişmənin sağ və sol, uyğun, qeyri- uyğun, köndələn, uzununa və strukturaya nisbətən çəp növləri vardır.
Üfüqi analiz
Üfüqi analiz — müxtəlif dövrlər üzrə göstəricilərin müqayisəsini nəzərdə tutan maliyyə təhlili üsulu. Zamanla ayrı-ayrı maliyyə göstəricilərinin dinamikasının öyrənilməsi əsasında. Maliyyə göstəriciləri kimi maliyyə hesabatı maddələrinin (gəlir, mənfəət, balans maddələri) və maliyyə fəaliyyətinin göstəriciləri (məsələn, EBITDA), maliyyə əmsalları (gəlirlilik, likvidlik, Borc/EBITDA və s.) məlumatlarından istifadə edilə bilər. Dövrlər kimi istənilən eyni vaxt intervalları (ay, rüb, il) istifadə olunur. hesabat dövrünün maliyyə göstəricilərinin əvvəlki dövrün (ay, rüb, il) göstəriciləri ilə müqayisəsi. hesabat dövrünün maliyyə göstəricilərinin ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisəsi. Bu tip təhlil açıq mövsümi faktoru olan şirkətlərə tətbiq edilir. bir sıra əvvəlki dövrlərin maliyyə göstəricilərinin müqayisəsi. Bu tip təhlilin məqsədi ayrı-ayrı göstəricilərdə meylləri müəyyən etmək, dinamikada trend xəttini müəyyən etməkdir. 1.
Üfüqi həmişəyaşıl sərv

Значение слова в других словарях