ÜNSÜR

is. [ ər. ]
1. Qədim materialist fəlsəfədə: təbiətin, bütün şeylərin, hadisələrin bünövrəsini təşkil edən əsas tərkib hissələrindən biri (od, su, hava, torpaq).
2. kim. Adi kimyəvi üsullarla tərkib hissələrinə ayrıla bilməyən, yaxud da sintez yolu ilə əldə edilə bilməyən bəsit maddə; element.
3. məc. Hər hansı ictimai təbəqənin nümayəndəsi. Cəmiyyətin mütərəqqi ünsürləri.
– …Nəsir [Qədirin] istirahət və səadətini əlindən almağa … çalışan müzür bir ünsürdür. S.Hüseyn.
[Rəbi:] Düşmən ünsürlərdən də bir çoxunu yaxaladım. C.Cabbarlı.

// Şəxs, adam.
Qəbilənin çalışmaq iqtidarından məhrum bütün ünsürləri burada [əlillər evində] idi. Çəmənzəminli.

4. Tamı əmələ gətirən hissələrdən, cüzlərdən hər biri.
Musiqi ifadəliliyinin bir çox mühüm ünsürləri (kök, vəzn, tembr və sairə) məhz melodiyanın tərkibində birləşərək bir vəhdət təşkil edir. Ə.Bədəlbəyli.
İqlim ünsürlərindən biri də havanın nisbi rütubətidir. “Çay bitkisi”.
// xüs. Hər hansı qurğunun, mexanizmin hissəsi, detalı.

Синонимы

  • ÜNSÜR element — vasitə
  • ÜNSÜR yad — özgə — yabançı — biganə

Омонимы

  • ÜNSÜR ÜNSÜR I is. [ ər. ] Bir şeyin tərkib hissəsi. ÜNSÜR II is. [ ər. ] Yabançı, yad, özgə
ÜNSİYYƏTSİZ
ÜNVAN

Значение слова в других словарях