ÜNSÜR

is. [ ər. ]
1. Qədim materialist fəlsəfədə: təbiətin, bütün şeylərin, hadisələrin bünövrəsini təşkil edən əsas tərkib hissələrindən biri (od, su, hava, torpaq).
2. kim. Adi kimyəvi üsullarla tərkib hissələrinə ayrıla bilməyən, yaxud da sintez yolu ilə əldə edilə bilməyən bəsit maddə; element.
3. məc. Hər hansı ictimai təbəqənin nümayəndəsi. Cəmiyyətin mütərəqqi ünsürləri.
– …Nəsir [Qədirin] istirahət və səadətini əlindən almağa … çalışan müzür bir ünsürdür. S.Hüseyn.
[Rəbi:] Düşmən ünsürlərdən də bir çoxunu yaxaladım. C.Cabbarlı.

// Şəxs, adam.
Qəbilənin çalışmaq iqtidarından məhrum bütün ünsürləri burada [əlillər evində] idi. Çəmənzəminli.

4. Tamı əmələ gətirən hissələrdən, cüzlərdən hər biri.
Musiqi ifadəliliyinin bir çox mühüm ünsürləri (kök, vəzn, tembr və sairə) məhz melodiyanın tərkibində birləşərək bir vəhdət təşkil edir. Ə.Bədəlbəyli.
İqlim ünsürlərindən biri də havanın nisbi rütubətidir. “Çay bitkisi”.
// xüs. Hər hansı qurğunun, mexanizmin hissəsi, detalı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜNSÜR element — vasitə
  • ÜNSÜR yad — özgə — yabançı — biganə

Omonimlər

  • ÜNSÜR ÜNSÜR I is. [ ər. ] Bir şeyin tərkib hissəsi. ÜNSÜR II is. [ ər. ] Yabançı, yad, özgə
ÜNSİYYƏTSİZ
ÜNVAN
OBASTAN VİKİ
Əbülqasim Həsən Ünsüri
Əbülqasim Həsən ibn Əhməd Ünsüri (980—1039) — İran şairi. == Həyatı == Əbülqasim Həsən ibn Əhməd 980-ci ildə Bəlx şəhərində anadan olmuşdu. Ustad Əbül-Kasım Hasan b. Ahməd Unsuri-yi Bəlxi, Qəznəli Mahmud və Məsud sarayının Farsca söyləyən şairlərinin başında gələn və öz zamanınadək Rüdəkidən sonra şeir və qəzəldə mütləq ustad şairlərdəndir. Həyatının başlangıcı mövzusunda onun yerləşik (oturaq) bir ailədən çıxdığı və eyni zənginlikdə şeir və ədəbiyyata yönəldiyi, bu meydanda IV/X. yüzil sonlarının şairi və Simcürluların mədhiyəçisi olan Əbül-Fərəc-i Səgzinin taləbəliyini seçdiyi, şeir və ədəbiyatın yanında ilk dönəm bilimlərindən də xəbərdar və yetkin olduğu mövzusunda bildiklərimiz xaricində əldə kəsin bir bilgi yoxdur. Unsurinin şeir alanında olgunlaşma dönəmi, Qəznəli Mahmudun güc və şöhrət bulduğu dönəmə və kardəşi Nasr b. Nasırəddin Səbuktəkinin Horasandaki iktidarı dönəminə dənk gəlməktədir. Unsurinin Sultan Mahmüdun sarayına tanıtılması və Gaznəli sultanın hizmətinə girməsi də Nasr b. Nasırəddinin aracılığıyla olmuştur. Bu yakınlık və hizmətindən və onu tanıtan kişinin sultanın kardəşi olmasından dolayı diğər şairlərin önünə gəçərək sultanın yakınlarından bir kişi olup onun nədimlərindən biri konumuna gəldi.

Digər lüğətlərdə

гипертрихо́з оборо́тистый периметри́ческий подоса́довать слича́ть уподобле́ние фли́нта форту́на баллотиро́вка велого́нка вход господень в иерусалим неподде́льный перезаложи́ть хватить через край Бавария обиняк Lettic multitudinary pastureland picture rail regression shittim wood одолжать отход соединить