ÜNVAN

is. [ ər. ]
1. bax adres 1 və 2-ci mənalarda.
[Maral] çox sağ ol! – dedi və ünvanını verərək Qara kişini Bakıya, evinə qonaq çağırdı. Ə.Əbülhəsən.
Ünvanlara baxa-baxa; Bir qapını döydü onlar. M.Dilbazi.

2. Ünvanına şəklində – haqqında, barəsində, aid.
Ərlə arvad ünvanına qoşa sağlıqlar; Deyildikcə fikrə getdi qəm yeyə-yeyə. S.Vurğun.
[Qüdrət] şəxsən öz ünvanına yağdırılan ittihamları rədd etməyə haqlı deyildi. M.Hüseyn.

3. klas. Ünvanında, ünvanlı şəklində – adında, adlı, sərlövhəli, adı altında.
Bu aprelin 4-də … elm və kamal təhsil edən müsəlman cavanları hökumət rüsxəti ilə mərhum M.F. Axundzadənin “Məstəli şah” ünvanında tərtib etdiyi komediyanı oynayıblar. F.Köçərli.

Синонимы

  • ÜNVAN ÜNVAN [Gülsüm:] Adam da sürücü tayfasına ünvan verər (X.Hasilova); ADRES Bakıda adreslərini aldığı adamları görmək lazım idi (M
ÜNSÜR
ÜNYETMƏZ

Значение слова в других словарях