ÜSLUBİ

sif. [ ər. ] Üsluba aid, üslubla əlaqədar, üslub baxımından. Üslubi səhv. Lüğətdə üslubi işarələr. Romanın üslubi xüsusiyyətləri.

Синонимы

  • ÜSLUBİ ÜSLUBİ (dilç.), STİLİSTİK (üslub baxımından)
ÜSLUB
ÜSLUBİYYAT
OBASTAN VİKİ
Üslubiyyat (Azərbaycan Dili)
Üslub — dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur. Üslubları öyrənən dilçilik bölməsi üslubiyyat (stilistika) adlanır. Üslublar həm ümumi, ictimai baxımdan, həm də xüsusi, fərdi baxımdan özünü göstərir. Birinci halda, yəni ümumi, ictimai məzmun daşıdıqda funksional üslublar ortaya çıxır. Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əhatə edir, buna görə də bir neçə növə bölünür. Funksional üslublar bütövlükdə ədəbi dili təşkil edir. Fərdi üslub xüsusi səciyyə daşıyır və əsasən, bir görkəmli şair və ya yazıçıya aid olur. Məsələn, Füzuli üslubu, Sabir üslubu və s. Fərdi üslub bədii üslubda daha qabarıq şəkildə özünü göstərir. Fərdi üslub ayrı-ayrı sənətkarların ümumi dünyagörüşü, təfəkkürü ilə sıx bağlıdır.

Значение слова в других словарях