Adi üzgəcotu
Adi üzgəcotu (lat. Spirodela polyrhiza) — sugülükimilər fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanda nadir növüdür.
== Yayılması ==
Lənkəran ovalığı (Lənkəran rayonunun Göyşaban kəndi, Mortso gölü), Lənkəran-Muğan (Masallı rayonu – Boradigah çayı), Kür düzənliyi, Naxçıvanın dağlıq hissəsi (Şahbuz Dövlət qoruğu Batabat gölünün sahilyanı zonalarında)
== Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri ==
Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—avqust aylarına təsadüf edir. Toxumlarla və vegetativ yolla çoxalır. Kriptofit-hiqrofitdir. Arandan orta dağ qurşağınadək durğun və sakit axan sularda, göllərdə, hündür bitkilər areasında, külək və dalğalardan qorunan yerlərdə təmiz assosiasiyalar, eləcə də Lemna minor və L. Gibba növləri ilə qarışıq assosiasiyalar əməə gətirir. Dərman və çöl quşları üçün qida bitkisidir
== Qısa morfoloji təsviri ==
Çoxillik su bitkisidir. Suyun səthində üzən gövdələri tərs –yumurtavari və ya dəyirmi, üst hissədən açıq –yaşıl, alt hissədən qırmızımtıl rngdə, yastı, 5 mm enindədir.