ŞAN-ŞÖVKƏT

сущ. честь и слава, уважение, авторитет. Şan-şövkət sahibi olmaq (qazanmaq) завоевать славу, авторитет; снискать уважение
ŞAN-ŞÖHRƏTLİ
ŞAN-ŞÖVKƏTLİ
OBASTAN VİKİ
Şan
Şan (alm. Schaan‎) – Lixtenşteynin ən iri yaşayış məntəqəsi. Ölkənin paytaxtı Vadus şəhərinin yaxınlığında, mərkəzində yerləşir. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 5767 nəfər, sahəsi isə 26,921 km²-dir. Rəsmi kodu 7005, poçt indeksi 9494. Cənubdan paytaxt Vadusla, şərqdən Trizenberq və Plangen, şimaldandan isə Eşen və Qamprin şəhərləri ilə sərhədlənir. Qərbdən isə İsveçrə ilə həmsərhəddir. Şərq hissədə "Üç bacı" sıra dağları ucalır.
Şövkət
Şövkət — ad və soyad. Şövkət Ələkbərova — Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1959). Şövkət Seyidzadə — şairə. Şövkət Yalqun — uyğur futbolçu. Lalə Şövkət — Azərbaycanın Dövlət Katibi (1993 – 1994). Naci Şövkət — İraq siyasətçisi. Dağ Şövkət — Türkiyə rəssamı. Mehmed Şövkət Əfəndi — 32. Osmanlı sultanı Əbdüləzizin beşinci oğlu, Osmanlı şahzadəsi. Mahmud Şövkət Əfəndi — 33.
Lyu Şan
Lyu Şan (çin. ənən. 劉禪, sadə. 刘禅, pinyin: Líu Shàn), (207—271), digər adı Qunsı (çin. ənən. 公嗣), həmçinin Şençji (çin. ənən. 升之) — Çin ərazisində Üç çarlıq dövründə Şu çarlığının ikinci və sonuncu hökmdarı.
Sen-Şan
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Tyan-Şan
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Şan-şuy
'Şan-şuy' (Çin dilində:山水 hərbi mənası «dağlar-sular») - Çində dünyanın kişi və qadın başlanğıcının (in-yan) simvolu kimi, dağların və suların, sarkal elementlərin təsvirlərinin kompozisiyasından ibarət peyzaj rəsmləri. Bu rəsmlərin çəkilməsində mineral boyalardan və qara tuşdan istifadə olunur, təsvirlər kalliqrafik yazılarla müşayət olunurdu . Bu janr eramızın əvvəllərində meydana çıxmış, X-XIII əsrlərdə ən yüksək inkişaf mərhələsinə çatmışdır. (Pəssamlar Qo Si , Li Tan, Ma Yuan). Şan-şuy öz ənənəvi mahiyyətini bizim günlərə qədər qoruyub saxlamışdır. Çjan Tszitsyan (550-617) U Dao-tszi (685-758) Tszin Xao (870-915) Quan Tun (870-960) Dun Yuan (? -962) Xuan Tsyuan (900-965) Tszuy-jan (X əsr) Fan Kuan (990—1020) Tsuy Bo (1050—1074) Li Qun-lin (1049—1106) Mi Fu (1051—1107) Van Simen (1096—1119) Sya Quy (1180 — 1230) Çjao Menfu (1254—1322) U Çjen (1280—1354) Xuan Qunvan (1269—1356) Van Men (1308—1385) Li Tszay (?—1431) Day Tszin (1388—1462) Tan In (1470—1524) Ven Çjenmin (1470—1559) Çen Çun (1482—1544) Dun Tsiçan (1555—1636) Lan In (1585—1666) Van Şi-min (1592—1680) Виноградова Н. А. Китайская пейзажная живопись. — М.: Изобразительное искусство, 1972 Го Жо Сюй. Записки о живописи: что видел и слышал. — М.: Наука, 1978.
Şan (Myanma)
Şan ştatı — Myanmada yerləşən ştat. Şan ştatı şimaldan Çin, şərqdən Laos, cənubdan Tayland və qərbdən Myanmanın 5 inzibati ərazi ilə həmsərhəddir.
Şan (dəqiqləşdirmə)
Şan — Lixtenşteynin ən iri yaşayış məntəqəsi. Şan həmçinin bu mənalara gələ bilər: Şan (Myanma) — Myanmada ştat Şanlar — Cənub-Şərqi Asiyada yaşayan etnik qrup Şan dili — Şan xalqının doğma dili Arı şanı — arı məhsulu.
Şan dövləti
Şan dövləti — indiki Myanma ərazisində tarixi dövlət. Myanmada yaşayan xalqlardan olan şanların ilk dövləti (mərkəzi Muanmau). VII əsrdə yaranmış, XIV–XV əsrlərə yaxın ərazisi xeyli genişlənmişdi. XV əsrdən sonra tənəzzül etmiş və 30 feodal knyazlıqa parçalanmışdı. Myanma 1948-ci ildə istiqlaliyyət qazandıqdan sonra Myanma İttifaqının tərkibindədir. 1974-cü il konstitusiyasına əsasən Şan milli vilayəti yaradılmışdır.
Şan sülaləsi
Şan sülaləsi — e.ə. 1554 və e.ə. 1046-cı illər arasında mövcud olmuş Çin səltənəti. XX əsrin 20-ci illərinin sonuna qədər Şan sülaləsinə də əfsanə kimi baxılırdı. Lakin Xenan əyalətində indiki Anyan şəhəri yaxınlığında tapıntılar bu sülalənin mövcudluğunu sübut etdi. Tapılan şəhərin xarabalıqları Pan-qen hökmdarının hakimiyyəti zamanı (E.ə. 1401 - E.ə. 1374-cü illər) Xuanxedən cənuba uzanan və tez-tez daşqınlara məruz qalan rayonlardan köçəndən sonra əsası qoyulan şanların paytaxtı ilə uyğun gəlirdi. O dövrlər paytaxtın yeni ərazisi İn adlanırdı. Bu səbəbdən də Şan sülaləsi Çin tarixşünaslığında həm də İn adlandırılmağa başlamışdı.
Şan ştatı
Şan ştatı — Myanmada yerləşən ştat. Şan ştatı şimaldan Çin, şərqdən Laos, cənubdan Tayland və qərbdən Myanmanın 5 inzibati ərazi ilə həmsərhəddir.
Aliyə Şövkət
Aliyə Martin Şövkət (18 aprel 1989, Riversayd[d], Kaliforniya) — aktrisa. == Həyatı == Aliyə Şövkət 18 aprel 1989-cu ildə Kaliforniya Ştatının Riversayd şəhərində anadan olmuşdur. Aliyə ata tərəfdən İraq ərəblərindən, ana tərəfdən irland mənşəlidir. Aliyəninin babası məşhur ABŞ aktyoru Pol Brukun anası irland əsilli olmuşdur .
Lalə Şövkət
Lalə Şövkət (və ya Lalə Hacıyeva; 7 noyabr 1951, Bakı) — Azərbaycanın Dövlət Katibi (7 iyul 1993 – 29 yanvar 1994), Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi. == Həyatı == Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Babası — Müslüm bəy Xəlifəbəyli Quba bəylərindən olmuşdur. Müslüm bəy Hacıbala bəy oğlu Quba şəhərində anadan olmuşdu. O, II Nikolayın dövründə yüzbaşı idi. Bəzi mülahizələrə görə Quba hakimi Fətəli xanın nəslindədir. Qubada vəfat etmişdir. Atası — Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olmuşdur (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" -Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib.
Naci Şövkət
Məhəmməd Naci Şövkət Bəy (1893 - 11 may 1980) — İraq siyasətçisi. İraq hökmdarı I Feysəlin zamanın ölkənin baş naziri. Məhəmməd Naci Şövkət 1893-cü ildə atası Şövkət Paşa əl-Rifət bəyin əyalət qubernatoru kimi çalışdığı əl-Küt şəhərində dünyaya gəlmişdir. Ailəsi ərəbləşmiş gürcü və türk mənşəyə malik idi. Saaib, Sami və Rifət adlı 3 qardaşı olmuşdur. 1909-cu ildə Naci Bağdadda təhsilini baş vurduğu zaman, atasının Osmanlı parlamentinə seçilməsi ona İstanbulda Hüquq məktəbində oxumasına imkan yaratdı. Birinci Dünya Müharibəsi başlayanda o, İraqın əl-Hila şəhərində baş prokurorun köməkçisi vəzifəsində çalışırdı. Osmanlı ordusuna qoşulan Şövkət iki il ərzində Yaxın Şərqdə gedən döyüşlərdə iştirak etdikdən sonra 1917-ci ilin martında yaxınlaşan Britaniya qoşunları tərəfindən ələ keçirildi. Britaniya Hindistanında yerləşən əsir düşərgəsinə aparılan Şövkətə və bir sıra digər ərəb zabitlərə azadlıq əvəzində ərəb üsyanına qoşulmaq təklif edildi. Şövkət bu təklifi qəbul etdi.
Şövkət Ağayev
Şövkət Bağırova
Bağırova Şövkət Əsəd qızı (1909, Qazax qəzası – 1989, Tovuz rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR Ali Sovetinin (IV-V çağırış) deputatı, Azərbaycan SSR pambıq ustası. Şövkət Bağırova 1909-cu ildə Yelizavetpol quberniyası, Qazax qəzasının Qovlar kəndində kasıb bir ailədə anadan olmuşdur. Əmək fəaliyyətinə 1931-ci ildə kolxozçu olaraq başlayan Şövkət xanım, 1946-cı ildə manqa rəhbəri, 1952-ci ildən isə Tovuz rayonu Frunze adına kolxozun briqadiri olmuşdur. Tezliklə onun briqadası doğru iş bölgüsü, təcrübədən və müasir texnologiyadan istifadə nəticəsində kolxozda və rayonda öncül briqadalardan birinə çevrildi. Briqada 1947-ci ildə 3 ha-dan hər hektardan 85,36 sentner olmaqla , 1954-cü ildə isə 43 ha-dan hər hektardan 32,6 sentner pambıq toplamışdı. O, 1965-1973-cü illərdə Əlimərdanlı kənd sovetinin sədri, 1973-cü ildən isə ittifaq miqyaslı təqaüdçü olmuşdur. Azərbaycanın sosial ictimai işlərində fəalliq göstərən Şövkət Bağırova 1951-ci ildən Sovet İttifaqı KP-nin üzvü, Azərbaycan SSR Ali Sovetinin IV və V çağırış deputatı olmuşdur. Azərbaycan KP-nın 25-ci qurultayında nümayəndə kimi çıxış etmiş və burada KP-nın Mərkəzi komitəsinə üzv seçilmişdir. SSRİ Ali Sovetinin 10 mart 1948-ci il əmrinə əsasən yüksək dərəcədə məhsul əldə etidiyinə görə Bağırova Şövkət Əsəd qızına Sosialist Əməyi Qəhrəmanı mükafatı verilmiş, Lenin ordeni və Qızıl Oraq və Çəkic medalı ilə təltif edilmişdir.
Şövkət Dağdevirən
Şövkət Dağdevirən (türk. Mustafa Şevket Dağdeviren; 1863, Ədirnə – 9 fevral 1931, İstanbul) — Türk siyasətçisi. 1906–1913 illərdə çıxan "Yeni Ədirnə" qəzetini nəşr etdi. 1918–1920 illərdə Ədirnənin bələdiyyə başçısı idi. Birinci Dünya Müharibəsindən sonra ölkənin işğalından sonra qurulan Frakiya-Paşaəli Müdafiə Hüquq Cəmiyyətinin qurucularından biri idi. Şövkət Dağdevirən Ədirnənin ən varlı ailələrindən olan Dağdevirənzadə Arif bəy və Hacı Ayşə xanımın oğlu olaraq 1863-cü ildə Ədirnədə anadan olmuşdur. Uşaqlıqda Ədirnə ibtidai məktəbində dini təhsilini başa vurduqdan sonra Ədirnə orta məktəbində oxuyub və özəl müəllimlərdən ərəb, fars və türk dillərini öyrənib. 14 yaşında 1877-ci ildə dövlət məmuru olan Şövkət bəy iki il Ədirnə Maliyyə və Məktublar İdarəsində və Ədirnə Apelyasiya Məhkəməsində işləyib. 4 iyul 1880-ci ildə Şövkət bəy həmin məhkəmənin mühasib vəzifəsinə təyin edildi. 29 avqust 1882-ci ildə 4-cü dərəcəli Osmanlı ordeni alan Şövkət Dağdevirən 13 fevral 1884-cü ildə 3-cü, 22 mart 1886-cı ildə isə 2-ci dərəcəli rütbəyə yüksəldilmişdir.
Şövkət Hüseynova
Şövkət Hüseynova (azərb. Hüseynova Şövkət Əli qızı‎) — yazıçı, alim, “Xəzərin səsi” qəzetinin baş redaktoru, Prezident mükafatçısı Şövkət Hüseynova (Şövkət) 1955-cü il noyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. “Müasir satirik nəsrimizin inkişafı” (40-70-ci illər Mir Cəlal) doktorluq dissertasiyasını başa çatdırmışdır. Təhsil aldığı və sonrakı illərdə respublikanın müxtəlif mətbuat orqanlarında müxbir, şöbə müdiri kimi çalışıb. “Xəzərin səsi” qəzetinin baş redaktoru olmuşdur. “Azərbalıq” Dövlət Konsernində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır. 80-ci illərin əvvəllərindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elmi-metodiki mərkəzinin repertyor-redaksiya nəşriyyat şöbəsində metodist, sonralar isə şöbə müdiri vəzifəsində çalışmışdır. Dövlət tədbirlərindən olan Novruz şənliklərinin ssenarisini, görkəmli dövlət adamlarından Adil Babayevin, Şövkət Ələkbərovanın, Əli Zeynalovun, Mirvari Novruzovanın, Leyla Bədirbəylinin, İslam Səfərlinin və digərlərinin yubiley gecələrinin ssenarisi onun təqdimatında tamaşaçıların ixtiyarına verilmişdir.
Şövkət Mirzəyev
Şavkat Mirimanoviç Mirziyoyev (özb. Shavkat Miromonovich Mirziyoyev; 24 iyul 1957, Zaamin rayonu[d]) — Özbəkistan Respublikasının 2-ci Prezidenti (14 dekabr 2016-cı ildən). Şövkət Mirziyoyev 24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olmuşdur. 1976–1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. Şövkət Mirziyoyev 1981–1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, İnstitutun birinci prorektor vəzifəsinə qədər yüksəlmişdir. Şövkət Mirziyoyev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləmişdir. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olmuşdur. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışmışdır. Şövkət Mirziyoyev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.
Şövkət Məmmədova
Şövkət Həsən qızı Məmmədova (18 aprel 1897, Tiflis – 8 iyun 1981, Bakı) — Azərbaycanın ilk peşəkar qadın müğənnisi (lirik koloratur soprano), ilk opera aktrisası, teatr xadimi. SSRİ xalq artisti (1938), Azərbaycan SSR Ali Sovetinin (1–4 çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. Şövkət Məmmədova indiki Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşı olan istəyi hiss edib, milyonçu H. Z. Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sonanın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Şövkət Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirirdi. Həmin il Bakının Tağıyev teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa etdi. Konsertdən əldə olunan pul Şövkət Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi.
Şövkət Seyidzadə
Şövkət Veyis qızı Seyidzadə — şairə. Şövkət Veyis qızı Seyidzadə 5 sentyabr 1942-ci ildə Agdaşda anadan olub. 1959-cu ildə 10 illik məktəbi bitirib, 1960-cı ildə M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1965-ci ildə İnstitutun "Avropa dilləri" fakültəsinin ingilis dili şöbəsini bitirib, Mingəçevir, Sumqayıt məktəblərində işləyib. 1976-cı ildən Bakı Xarici Dillər İnstitutunda müəllim işləyib. 1984-cü ildən 1996-cı ilə qədər Bakı Politexnik Texnikumunda və Bakı Maşınqayırma Texnikumunda işləyərək ildən təqaüdə çıxıb. Şövkət xanım şair təbiətlidir, poeziya duyumludur — şeirin müxtəlif janrlarında qələmini sınamışdır, bu sahədə çox yüksək istedada malik olduğunu sübut etmişdir. O, nəinki Azərbaycan dilində, hətta rus və ingilis dillərində də səviyyəli şerlərin müəllifidir. Bütöv Azərbaycan qəzeti, № 14(146), 25–30 aprel 2012-ci il.
Şövkət Səlimova
Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası – 2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964); Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur. Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. 1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir. 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir. Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur. İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur. 1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir. 1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
Şövkət Seydamətov
Şövkət Seydamətov (ukr. Zofia Albinowska-Minkiewiczow; 19 aprel 1954, Buxara vilayəti) — Krım tatar əsilli sovet və ukraynalı teatr, kino və incəsənət və sənətkarlıq rəssamı. Özbəkistanın Buxara vilayətinin Narpay kəndində deportasiya olunmuş Krım tatarlarının ailəsində anadan olub. 1957-ci ildə ailəsi ilə birlikdə Tacikistan SSR-in Leninabad vilayətinə köçüb. 1972-ci ildə Düşənbə (Tacikistan) M. Olimov adına Respublika Rəssamlıq Texnikumuna daxil olmuş və 1976-cı ildə oranı bitirmişdir. O, Leninabad İncəsənət Fonduna göndərilib, burada dizayn işləri ilə məşğul olub, keramika sənətinə yiyələnib, monumental rəngkarlıq işləri aparıb. Həmin 1976-cı ildən rayon və respublika sərgilərində iştirak etmişdir. 1992-ci ildə SSRİ-nin dağılmasından sonra Krıma qayıdıb, Simferopol vilayətinin Dubki kəndində məskunlaşıb. 1993-cü ildən Krım Tatar Musiqili Dram Teatrında çalışır, 1994-cü ildən teatrın baş rəssamıdır. 1993-2004-cü illərdə teatrın səhnələşdirdiyi tamaşaların əksəriyyətini Şövkət Seydamətov hazırlayıb.
Belkıs Şövkət
Belkıs Şövkət və ya Belkıs Şövkət Xanım — təyyarəyə minən ilk türk qadını və qadın fəalı. Belkıs Şövkət 1 dekabr 1913-cü ildə ilk türk qadını kimi təyyarəyə minərək tarixə düşüb. De Babası II Mahmudun vəzirlərindən Əli Namık Paşa olub. Ata Paşanın oğlu Şövkət bəyin, yaxud bəzi başqa mənbələrə görə Ata Paşanın qızı idi. Belkıs Şevket Hanım aynı zamanda bir çocuk terbiyecisi Belkıs Şövkət Xanım həm də uşaq tərbiyəçisi, musiqi müəllimi və yazıçı idi. O, ingilis dilini də yaxşı bilirdi. == Təyyarəyə minən ilk türk qadını == İkinci Məşrutiyyətin elan edilməsindən sonra İstanbulda bəzi türk qadınları 1913-cü ildə Osmanlı Hüquqlarını Müdafiə Nisvan Cəmiyyətini (Qadınların Hüquqlarını Müdafiə Dərnəyi) qurdular. Bu cəmiyyət “Qadın dünyası” adlı jurnal da çıxarırdı. Belkıs Şövkət xanım da bu dərnəyin fəal üzvü və "Qadın Dünyası" jurnalının yazarlarından biri idi. Dərnək vasitəsilə həm türk qadınlarını təbliğ etmək, həm də Osmanlı ordusuna təyyarə hədiyyə edə biləcək yardım toplamaq üçün səylər göstərirdi.
Şövkət Babayeva
Şövkət Ələkbər qızı Babayeva, — Azərbaycan tar ifaçısı, mühəndis konstruktor. Şövkət Babayeva 1924-cü il mayın 15-də Bakı şəhərində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, 1 saylı Azərbaycan Dövlət Musiqi Texnikumuna daxil oldu. Uzeyir Hacıbəyovun təşəbbüsü və dəstəyi ilə, Şövkət xanım, xalq çalğı alətləri incələrini öyrənən ilk qadın ifaçılardan biri olmağa nail oldu. Təhsilini başa vurduqdan sonra, 1947 illdə № 2 uşaq musiqi məktəbində tar dərsləri keçməyə başlamışdır, onun tələbələrinin arasında məşhur diplomat Ramiz Abutalıbovda olmuşdur. 1940-cı illərin axırı və 1950-ci illərin əvvəllərində, bəstəkar və dirijor Səid Rüstəmovun dəvəti ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinda üzv oldu və orkestrla birlikdə uğurla bir sıra konsertlərə imza atdı. 1954-cü ildə Azərbaycan Texniki Universitetinə qəbul olundu və 1959-cu ildə Sənayə və Mülki Tikinti təhsilini tamamladı. Təhsilini başa vurduqdan sonra, onun mühəndis karyerası başladı. Səhnə karyerasını bitirdikdən sonra Şövkət Babayeva "Bakgiproqor" Layihə İnstitutunda mühəndis konstruktor kimi işləməyə başladı.Uzun illər boyu Bakı şəhərinin şəhər planlaşdırılması və inkişafına səmərəli töhfə verdi. Onun fəaliyyəti, şəhərin memarlığında dayanılmaz izlər qoymuşdur.

Значение слова в других словарях