1. Üzərində şeh olan, üzərinə şeh düşmüş. Şehli kollar. Şehli otlar.
– Ovçu Piri, lap ayağının ucundan qalxıb yaxındakı şehli yovşan koluna qonan çobanaldadandan gözünü çəkib başını qaldır(dı)…
Şehli çəmənlərdə qaçdığım anlar; Yadıma islanmış tellərim gəlir.
2. məc. Tər, təzə, təravətli. Şehli meyvələr.