ŞƏBAN
ŞƏBİNUR
OBASTAN VİKİ
Şəbi-hicran (film, 1993)
Film şərqin böyük dühası, şair-filosof Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunmuşdur. Kinolent böyük şairin anadan olmasının 500 ilik yubileyi münasibətilə lentə alınmışdır. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
Əl Turas Əl Şəbi (dərgi)
"Əl Turas Əl Şəbi" — 1963-cü ildə Bağdadda folklorla bağlı işıq üzü görmüş dərgi. "Əl Turas Əl Şəbi" dərgisinin ilk sayı 1963-cü il sentyabrın 1-də nəşr edilib. Dərgi türk, ərəb, fars, ingilis, fransız, alman və italyan dillərində dərc olunub. Onun böyük hissəsi ərəb dilində olan materiallara ayrılmış, digər dillərdə isə bir neçə səhifə dərc edilmişdir. Türkman folkloru haqqında məqalələr və folklor örnəklərini əhatə edən dərginin təsisçisi Sabir Şakir Zabit, baş yazarı İbrahim Dakuklu, redaktoru Abdulhəmid Alvəçi və katibi Lütfi Əl Huri idi. Aylıq dərgidə İbrahim Dakuklu, Sabir Şakir Zabit, Əhməd Ortaqçı, Rəşid Əli Dakuklu, Şəkibə Vendavi, İzzəddin Abdi Bayatlı və Mehmet İzzət Xəttat kimi yazarlar çalışırdı. "Əl Turas Əl Şəbi" dərgisinin bir ili tamam olduqdan sonra onun rəhbəri İbrahim Dakuklu, baş yazarı isə Mahmud Əl İbta olub. Eyni zamanda dərgi ikinci ilində digər dillərdə nəşri dayandıraraq ancaq ərəb dilində fəaliyyətinə davam edib.
Alim Şəbiyev
Aşağı Şəbili (Qoşaçay)
Aşağı Şəbili (fars. شيبلوي سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,635 nəfər yaşayır (398 ailə).
Məhəmməd Şəbiyev
Sis (Şəbistər)
Sis — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,127 nəfər və 1,391 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Yuxarı Şəbili (Qoşaçay)
Yuxarı Şəbili (fars. شيبلوي عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,160 nəfər yaşayır (293 ailə).
Şəbih
Şəbih — meydan tamaşalarının bir növüdür. "Şəbih" sözünün tərcüməsi "oxşar, bənzər" deməkdir. Şəbih həm formaca, həm də mənaca dini xarakter daşıyır və bir misteriya tamaşası olaraq Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Bu teatrın özünəməxsus dramaturgiyası və teatr poetikası vardır ki, burada əsas münaqişə xətti Xəlifə Əlinin oğlu Hüseynin və ona qarşı fitnə-fəsadlar hazırlayan Yezidin tərəfdarları arasında gedən mübarizə əsasında inkişaf edir. Tarixdə "Kərbəla müsibəti" adı ilə yadda qalan bu qətliam (72 nəfər Hüseynin yaxınları) islam tarixində ibrət dərsi olaraq bu gün də belə unudulmur. VIII əsrdən üzübəri şiələr Peyğəmbərin nəvəsi Hüseynə ağılar deyib ağlayır, təziyələr keçirirlər. XV əsrdən etibarən Azərbaycanda geniş qeyd olunan şəbih tamaşaları məhərrəmlik ritualının tərkib hissəsidir. Şəbih bir sıra ərəb ölkələrində, eləcə də "Əhli-beyt"ə bağlılığı ilə seçilən və şiələrin sıx yaşadığı Azərbaycan, İran, Əfqanıstan, Türkiyə və Hindistanda geniş keçirilmişdi. Şəbih sadəcə mərasimdən ibarət olmayan otuzdan artıq müxtəlif məzmunlu və janrlı tamaşanın ümumi adıdır. Onları birləşdirən əsas cəhət isə Kərbəlanın timsalında zalıma, zülmə qarşı Allahın zəfərini, İslamın təntənəsini əks etdirməsidir.
Şəbikəndi (Biləsuvar)
Şəbikəndi (fars. شابي كندي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (27 ailə).
Şəbistər
Şəbüstər (həmçinin Şəbistər və yerli əhalinin ləhcəsində Çəvistər olaraq adlanır) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Şəbüstər şəhristanının inzibati mərkəzi. Təbrizin yaxınlığında yerləşir. Şəbüstər keçmişdə Təbriz xanlığının Ərvənəq (və ya Güney) mahalının mərkəzi idi.
Şəbistər Şəhristanı
Şəbüstər şəhristanı (fars. شهرستان شبستر‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri. İnzibati mərkəzi Şəbüstər şəhəridir.
Şəbiyan
Şəbiyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 224 nəfərdir ki onunda 111 nəfəri kişi, 113 nəfəri qadındır.
Şəbiyev Alim
Şəbiyev Alim Böyükağa
Əndəbil (Şəbistər)
Əndəbil (fars. اندبيل‎) — Şərqi Azərbaycan ostanının kəndlərində biri, Şəbistər şəhristanının Sofiyan bölməsinin Çilləxanə qəsəbəsində yerləşir. Kəndin uzun bir tarixi var. 2006-cı il məlumatına görə kənddə 739 nəfər yaşayır (206 ailə).
Əbis ibn Əbu Şəbib əş-Şakiri
Əbis ibn Əbu Şəbib əl-Şakiri (ərəb. عابس بن ابي شبيب الشاکري‎) — Siffeyn döyüşündə yaralanmış və Kərbəla şəhidlərindən biri. Əbis böyük Bəni-Həmdan qəbiləsinin Bəni-Şakir qolundan idi. Qəbiləsinin adamları döyüşdə cəsur idilər və buna görə də ərəblər onları “Sabahın cavanları” mənasını verən Fətayan əs-Sabah adlandırırdılar. Atası Şəbib, Həbib, Şibt və ya Leys kimi qeyd edilmişdir. Əbis öz qəbiləsinin yaxşı xüsusiyyətlərinə görə mükəmməl şəxs idi. O, şiə əyanlarından və onların başçılarından idi. Əbis Əhli-beyt aşiqlərindən və onu müstəsna olaraq sevən Əli ibn Əbu Talibin tərəfdarlarından idi. Əbis Siffeyn döyüşündə Əli ibn Əbu Talibə qoşulmuş və Siffeyn döyüşündə alnından yaralanmış, izi əbədi olaraq alnında qalmışdır. Müslim ibn Əqil Kufəyə daxil olduqdan sonra Muxtar ibn Əbu Ubeydin evinə getdi.
Şəbib ibn Abdullah ən-Nəhşəli
Şəbib ibn Abdullah ən-Nəhşəli (ərəb. شَبیب بن عَبدِ الله النَّهشَلی‎) — Kərbəla döyüşündə şəhid. Şəbib ibn Abdullah əl-Nəhşəli əl-Bəsri Bəni-Teymin bir qolu olan Bəni-Nəhşal qəbiləsindən olan bir ailədə anadan olmuşdur. Bəzi fars mənbələrində o, Seyf ibn əl-Haris əl-Həmdani və Malik ibn Abdullah ibn Sari ilə birlikdə Kərbəlaya gedən Haris ibn Sari əl-Həmədaninin qulu kimi qeyd edilmişdir. Lakin bu, onun Mədinədən Hüseyn ibn Əli ilə birlikdə olduğunu göstərən məlumatlarla uyğun gəlmir. Lakin Mamaqani onun Şəbib ibn Abdullah Haris ibn Sari əl-Kufidən başqa biri olduğuna inanırdı. Məhəmməd Mehdi Şəmsəddin Həbib ibn Abdullahın Kərbəla şəhidlərindən biri olduğunu qeyd etmişdir. Həmçinin Həbib ibn Əbd olaraq da xatırlanan Şəbib ibn Abdullah ən-Nəhşəli, Həbib ibn Abdullah və ya Əbu Əmr ən-Nəhşəli kimi olması ehtimalını da qeyd etmişdir. Şəbib Peyğəmbərin ardıcıllarından və Əli ibn Əbu Talibin səhabələrindən idi və Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirak etmişdi. Əlinin şəhadətindən sonra Həsənin səhabələrindən olmuş və onunla birlikdə qalmışdır.