Şahzadə Şahənşah
Şahzadə Şahənşah (1465, Amasya – 2 iyul 1511, Qaramanlı eli) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi.
Şahzadə Şahənşah 1474-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun xanımlarından Hüsnüşah Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Şahənşah 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Qorqud, Əhməd, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Manisa sancaqbəyi təyin edildi və anası Hüsnüşah Xatunla birlikdə Manisaya yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla atası II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı.
Qaraman sancaqbəyi olan əmisi Cem Sultanın taxt mübarizəsində məğlub olaraq Məmlüklərə sığınmasının ardından, 1483-cü ildə Qaraman sancaqbəyi təyin edildi. Üstəlik anası Hüsnüşah Xatun da Qaramanoğlu İbrahim bəyin nəslindən idi.