Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sukuk
Sukuk — şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir. Sələmçiliyin səriətlə qadağa olunması ilə bağlı olaraq, İslam dinində sabit gəlirliyi olan ənənəvi istiqrazlar yolverilməzdir. Ona görə də İslam bankçılığında "sukuk"dan istifadə olunur. Sukuk - maliyyələşdirilən tədbirin mənfəəti sayəsində əldə olunan zəmanətsiz gəliri təmin edir, yəni məqsədli kreditləşmədir.
Yükük şad
Yükük İrbis Tulu xaqan (əsl adı Aşina Yükük 阿史那欲谷, taxt adı İrbis Tulu xaqan 乙毗咄陆可汗) — Tulular tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. Atası Şərqi Göytürk xaqanı İllig xaqan idi. Şad titulu almışdı. Atasının əmrinə uyğun olaraq 627-ci ildə Tyanşan ətrafında üsyanları yatızdırmaq istəsə də buna nail olmamışdı. Üç il sonra atasının dövləti dağılmışdı. Tonq Yabqu xaqanın ölümündən sonra Qərbi Göytürk xaqanlığı zəifləməyə başlamışdı. Nuşibilər və Tuluların münaqişəsi bitmək bilmirdi. Tulular və başçıları olan Tun Tudun xaqanlıq üçün Yükük şadı dəvət etdilər. Nuşibilər isə Xallıq İşbara Yabqu xaqanı taxta çağırdılar. İki xaqan arasındakı müharibədən sonra 638-ci ildə İli Çayı sülhü imzalandı.
Tac-ol-Mülük
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko, Qerrero[d]) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
AUKUS
AUKUS — 15 sentyabr 2021-ci ildə Avstraliya, İngiltərə və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktı. Pakta əsasən, ABŞ və İngiltərə, Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək etməyi qəbul edirlər. Avstraliyanın baş naziri Skot Morison, İngiltərənin baş naziri Boris Conson və ABŞ prezidenti Co Baydenin birgə açıqlamasında başqa bir ölkənin adı çəkilməsə də, Ağ Evdəki anonim mənbələr bunun Çinin Hind-Sakit okean bölgəsindəki təsirinə qarşı çıxmaq üçün hazırlandığını iddia edir. Ancaq İngiltərənin baş naziri Boris Conson daha sonra parlamentdə çıxış edərək, bu addımın Çinə qarşı məqsədli olmadığını söylədi. 17 sentyabr 2021-ci ildə Fransa, Avstraliya və ABŞ-dakı səfirlərini geri çağırdı, Fransa xarici işlər naziri Jan-İv Le Drian, Avstraliya-Fransa sualtı gəmi müqaviləsinin ləğv edilməsi səbəbiylə müqaviləni "arxadan bıçaqlanma" adlandırdı. Fransanın reaksiyasını Hind-Sakit okeanı regionundakı bir neçə Fransız ərazisi və bu bölgədəki vətəndaşlarına qarşı gələcək geosiyasi təhdidlər qorxusu səbəbiylə daxili təhlükəsizlik problemləri ilə daha geniş izah etmək olar.
Cücük
Cücük — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 503 nəfərdir (2009). Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, toponim cuy (arx) və -cik (kiçiltmə bildirən Şəkilçi) komponentlərindən düzəlib, "kiçik arx" mənasındadır. Cücük sözü elə bütövlükdə də dilimizdə "kiçik, balaca, bala" mənalarında işlənir. Oykonim "kiçik kənd, balaca yaşayış məntəqəsi" deməkdir.
Dukak
Dukak — Məliknamə ənənəsinə görə Səlcuq sülaləsinin əcdadı hesab edilir. Dövlət xadimi və hərbçi olmuşdur. Oğuz dövlətində böyük nüfuzu olan Dukaka hərbi nəaliyyətlərinə görə "dəmir yaylı" ləqəbi verilmişdi. Ox və yayın oğuzların mədəniyyətində hakimiyyət rəmzi olması səbəbindən bəzi tarixçilər onun subaşı olduğunu düşünürlər. Böyük Səlcuq imperiyasının qurucusu olan Toğrul bəyin babası olan Dukak, Səlcuq sülaləsinin də babası sayılır. == Qaynaqlar == === Məliknamə === Dukakın soyundan gələn Sultan Alp Arslan (1063-1072) dövründə şifahi qaynaqların toplanması nəticəsində yazılmış qaynaqdır. Bu əsərin Səlcuqların erkən dövr tarixi və Dukakln şəxsiyyəti barədə məlumat əldə etmək üçün əsas qaynaq olduğu ehtimal edilir. Bu əsərdə Dukak bəy barədə məlumat sülalənin ən yaşlı üzvlərindən və genologiya barədə geniş məlumata sahib Əmir İnanc bəy tərəfindən verilmişdir. Məliknamənin günümüzə qədər gəlib çıxmamasına baxmayaraq, bu məsələ ilə bağlı bəzi məlumatlar digər əsərlərdə qorunmuşdur və bu əsərlərə Məliknamədən keçmişdir. Məsələn, İbn əl-Əsirin əl-Kamil fit-Tarix (1231-ci il), İbn HÜseyninin Əkbər əl-Dövlət əl-Səlcuqiyyə (XIII əsrin əvvəlləri), Bar Hebraeusun Xronikon Syriakum (XIII əsrin ortaları), Mirxvəndin Ravzat əş-Şəfa əsərlərində Dukak bəy barədə məlumatlar vardır.
Fukui
Fukui (yap. 福井市) — Yaponiyanın Çubu adasında və eyniadlı regionda yerləşən Fukui prefekturasının paytaxtı.
Fukus
Fukus (lat. Fucus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinə aid xromist cinsi.
Kukur
Kukur — müxtəlif tərkibli və davamiyyətli süxurların növbələşməsi ilə səciyyələnən yüksək sahillərin yuyulması nəticəsində bərk süxurların sahil dayazlığında sütun, çılpaq qaya və s. Formada qalan abraziya qalıqlarına deyilir.
Lukuv
Lukuv (və ya Lukov) (pol. Łuków) — Polşada şəhər. Lyublin voyevodalığının Lukuv povyatının tərkibinə daxildir. Şəhər qminası statusuna malikdir. Sahəsi 35,75 km², əhalisi 30.698 nəfərdir (2014).
Mikun
Mikun — Rusiya Federasiyasında yerləşən şəhər Komi Respublikasına daxildir
Mucuq
Mucuq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1199-cu ildə yaradılmışdır. Burada orta əsrlərə aid bir neçə məscid və qəbiristanlıq var. Mucuq Oykonim “soyuq (Mur) ve yer (cuq) ” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1366 nəfər əhali yaşayır.
Mukor
Mukor — çürümüş meyvənin, çörəyin və digər ərzaq məhsullarının üzərinə yığılan ağ kif göbələyidir. Bu göbələk çürümüş məhsulların təkibində olan zülallarla qidalanır. O, çürümüş meyvə, çörək və hətta ölmüş heyvanların cəsədinin üzərində olur. Bu göbələk parazit deyil, çünki o meyvələrin çürüyüb gözdən itməsinə (məhv olmasına) kömək edir.Sporları xüsusi strukturlarda-sporangilərdə yaranır Mukor sporlama yolu ilə çoxalır. Göbələyin uc hissəsində kürə formasında olan sporangilər vardır ki, bu da yetişdiyi zaman partlayır və yeni mukorlar əmələ gəlir. Bu proses başlıqların (sporangilərin) qaraldığı zaman baş verir. Mukorun əsas xüsüsiyyəti ondadır ki, o, təkhüceyrəli və çoxnüvəli bir göbələkdir. Mukorlar sırası 360-dan artıq növü cəmləyir. Sıranın ən geniş yayılmış qruplarından biri kif göbələyidir. Əsasən, saprotrof həyat tərzi keçirirlər.
Mulux
Mulux — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 30 nəfərdir ki onunda 14 nəfəri kişi, 16 nəfəri qadındır.
Murud
Üçbulaq (əvvəlki adı: Murut) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Zurnabad kənd inzibati-ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılmış və Aşıqlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 211 nəfər əhali yaşayır.
Müluz
Müluz (fr. Mulhouse) – Fransanın şimal-şərqində yerləşən şəhər. Əhalinin sayına görə Yuxarı Reyn departamentinin ən böyük şəhəridir.
Müçüş
Müçüş- İranın Kürdüstan ostanının Kamyaran şəhristanının Müçüş bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,950 nəfər və 769 ailədən ibarət idi.
Müşkür
Müskür sancağı
Murut
Üçbulaq (əvvəlki adı: Murut) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Zurnabad kənd inzibati-ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılmış və Aşıqlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 211 nəfər əhali yaşayır.
Fukui mağarası
Fukui mağarası (福井洞窟, Fukui dokutsu) – Yaponiyanın Naqasaki prefekturasının Sasebo şəhəri yaxınlığında yerləşən mağara. Mağara arxeoloji tapıntılarına görə tanınır. == Kəşfi == Fukui mağarası 1935-ci ildə Fukui İnari məbədinin rekonstruksiyası zamanı kəşf edilmişdir. Rekonstruksiya zamanı yerli tarixçilər burada ox ucluqları və saxsılar aşkar etmişdir. 1960-cı ildə arxeoloqlar Serizava Çosuke və Kamaki Yoşimasanın başçılığı altında mağarada geniş qazıntı işləri başlamışdır. == Tapıntılar == 1960-cı ildən bəri mağaranın qazılmış 16 təbəqəsinin 7-sində (1, 2, 3, 4, 7, 9 və 15) tapılmış tapıntılar burada insan məskunlaşmasını göstərir. 15-ci təbəqədən tapılmış daş alətlərin radiokarbon testi ilə müəyyən edilmiş yaşı 31.900 ildir. Bu, Yaponiyada paleolitik dövrdə insanların yaşadığını və alətlər hazırladığını göstərir. 3-cü təbəqədə gildən hazırlanan və səthi zolaqlarla bəzədilmiş dulusçuluq məmulatı tapılmışdır. Bu dulusçuluq məmulatının yaşının 12.700 ± 500 il olduğu və dünyada tapılmış ən qədim dulusçuluq məmulatı olduğu müəyyənləşdirilmişdir.
Fukui prefekturası
Fukui prefekturası — Yaponiyanın Çubu regionunda prefektura. Ərazisi 4 189 kvadrat kilometr, əhalisi 805 000 nəfərdir. Mərkəzi Fukui şəhəridir.
Fukuok adası
Fukuok adası (vyet. Phú Quốc) — Cənubi Çin dənizinə daxil olan, Siam körfəzində yerləşən ada və Vyetnamın Kenzyanq vilayətinə aid qəza. == Coğrafiyası == Fukuok adası Vyetnamın ən böyük adasıdır. Yaxınlığında yerləşən 22 ada arasında da ən böyük ada sayılır. Adanın ahəsi 574 km²-dir. Uzunluğu təqribi 50 km, eni isə 27 km-dir (ən enli hissədə). Relyefi əsasən dağlıqdır. Fukuok adasını 99 dağ adasaı adlandırırlar. Burada həqiqətəndə 99 dağ vardır. Relyefi şimaldan cənuba doğru alçalır.
Güyük xan
Güyük xan — Göyük ya da Küyük olaraq da bilinir (d. 1206 — ö. 1248) — Çingiz xanın nəvəsi, Monqolların böyük xaqanı Ögedey xanın böyük oğlu və varisi. Ögedeyın 1241-ci ildə ölməsindən sonra hüquqi olaraq dövlət xaqansız qalır, ancaq faktiki olaraq 1241–1246-cı illərdə hakimiyyətdə Güyükün anası olur. 1246-cı ildə anasının ölümündən sonra həm hüquqi, həm də faktiki baxımdan Güyük xaqan olur və beləliklə, Monqol İmperiyası öz III xaqanına qovuşur. == Həyatı == Eyni zamanda naiblik vəzifəsi aparan anası Töregene xatının siyasî manevrları sayəsində 1246-cı ildə toplanan qurultayda böyük xaqan (qaan) seçildi. Qərbi xristiyanlığınca hərətiklik olaraq qəbul edilen nəsranilikdən böyük ölçüdə təsirləndi və çevrəsinə xristian müşavirlər topladı. Xanlığa seçilişi Çingiz xanın başqa nəvəsi, Rusiya fatehi və Qızıl Orda dövlətinin qurucusu Batı xanın nifrətinə səbəb olsa da, erkən ölümü Böyük Monqol imperiyasının bütünlüklə parçalanmasını önlədi. Güyük xan Büri xanla birlikdə Batı xanı təhqir etmişdi. Batı xan onları Ögedey xana şikayət etdi və xan onları cəzalandırdı.
Keniçi Fukui
Keniçi Fukui (福井 謙一; 4 oktyabr 1918[…] – 9 yanvar 1998[…], Kioto) — Yapon kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1981). == Həyatı == Yaponiya kimyaçısı Keniçi Fukui 4 oktyabr, 1918-ci ildə Yaponiyanın Nara prefekturasında anadan olmuşdu. Kioto imperator universitetində sənaye kimyası kafedrasında oxumuş və 1941-ci ildə bitirmişdir. Əvvəlcə Yaponiya imperator ordusu üçün yanacaq istehsal edən zavodda işləmişdir. Onun akademik karyerası 1943-cü ildə Kioto imperator universitetində yanacaq kimyası kafedrasında başlamışdır və 1952-ci ildə həmin universitetin professoru olmuşdur. Keniçi Fukui 1982-ci ildə Kioto universitetinin əməkdar professoru olmuşdur. 1982-1988-ci illərdə Kioto texnaloji institutunun rektoru olmuşdur. 1988-ci ildən ölümünə qədər Fundamental kimya institutunun (institut yarandığı gündən) direktoru olmuşdur. Onun tədqiqatları kvant kimyasına həsr olunub. 1952-ci ildə sərhəd orbitalları nəzəriyyəsinin əsasını qoyub.
Kosmik məkik
Kosmik şattl — ABŞ-də NASA tərəfindən yaradılmış kosmik gəmi tipidir. ABŞ-də raket inkişafı ərəfəsində yerə geriyə qayıda bilən gəmi konsepti işlənilir. Bu bir dəfə tətbiq olunan raketlərə nisbətən xərclərə qənaət verməli idi. Ancaq bu məqsədi əldə etmək mümkün olmadı, belə ki, bu gün bir Kosmik şattl gəmisinin qiyməti yarım milyard dollara çatır. 1960-cı illərdə bir pilləli raket sistemi artıq öz imkanlarını tükətdiyindən bu gəminin hazırlanması zamanı çoxpilləli raket sistemindən istifadə edilmişdir. Kosmik şattl gəmisi xarici yanacaq çənləridnən və bərk yanacaq raketindən ibarət olan sistemlə təchiz olunmuşdur. Kosmosa raket kimi buraxılan bu gəmi geriyə təyyarə kimi qayıdır. Əsas məqsədi kosmosa faydalı yüklərin daşınması olan bu gəmilər azı 100 dəfə kosmosa və geriyə uçmalı idilər. Ancaq bu günə kimi ən çox kosmosa uçan məkik "Discovery" cəmi 33 dəfə bu səyahətdə olmuşdur.