Şanlı inqilab
Şanlı inqilab (ing. Glorious Revolution) — 1688-ci ildə İngiltərədə II Yakov Stüartın devrilməsi ilə nəticələnən çevrilişə tarixşünaslıqda verilən ad.
1688-ci il, noyabrın 5-ndə Vilhelm 15 minlik qoşunla İngiltərənin sahillərinə çıxdı. II Yakov tərəfindən toplanmış dəstələr başda komandirləri olmaqla, düşmənin tərəfinə keçməyə başladılar. Hamı tərəfindən tərk edilmiş II Yakov Fransaya qaçdı. 1688-ci il, dekabrın 18-ndə Oranlı Vilhelm Londona daxil oldu, 1689-cu ilin əvvəlindəsə İngiltərənin kralı elan olundu. Beləliklə, "Şanlı inqilab" adını almış dövlət çevrilişi qan tökülmədən baş tutdu.
Yeni dövlət quruluşunun əsas sənədi "Hüquqlar haqqında Bill" oldu. İngiltərə parlamentli monarxiyaya çevrilirdi. Kral veto hüququndan məhrum edildi.