ŞİRİNLƏŞMƏK

f.
1. Şirin olmaq, şirin dad vermək. Xəmirə şəkər qatıldığından şirinləşdi.
2. Daha şirin olmaq. Meyvələr dəyib şirinləşdi.
3. məc. Sərtliyi, qabalığı atmaq, xoşsifət, şirindil olmaq. Danışığı şirinləşib.
– Bülbülün qarşısında açıl, şirinləş; Qızılgül kimi. M.Müşfiq.

4. məc. Daha da qızışmaq, daha maraqlı olmaq, canlı olmaq.
[Ata:] Söhbətimiz çox şirinləşdi. Ə.Haqverdiyev.
Söhbət şirinləşir və uzanırdı. H.Nəzərli.
Həbib çay içir, Gözəl fındıq sındırır, söhbət həm qızışır, həm də şirinləşirdi. Ə.Vəliyev.

Синонимы

  • ŞİRİNLƏŞMƏK xoşlanmaq — yapışıqlaşmaq — mehribanlaşmaq — gözəlləşmək
  • ŞİRİNLƏŞMƏK dadlanmaq — ləzzətlənmək

Антонимы

  • ŞİRİNLƏŞMƏK ŞİRİNLƏŞMƏK – ACILAŞMAQ Getdikcə söhbət şirinləşdi və ortalıqda məktəb qızı unuduldu (Çəmənzəminli); Elə bil ki, sonradan soğan daha da acılaşdı (“Uld
ŞİRİNLƏŞMƏ
ŞİRİNLƏTMƏ

Значение слова в других словарях