ƏYRİDİMDİK

прил. с кривым клювом
ƏYRİÇİYİNLİ
ƏYRİDİMDİKLİ
OBASTAN VİKİ
Əyridimdik
Əyridimdik (lat. Numenius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Böyük əyridimdik
Böyük əyridimdik (lat. Numenius arquata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü. Nadirdir. (NT). Təhlükə həddinə yaxındır. Azərbaycan faunasında cinsin 3 növündən biridir. Qarğadan böyükdür (0,5-1,2 kq). Ümumi rənginə görə kiçik əyridimdiyə oxşayır. Amma başında və döşündə qonur fon üzərində uzanan qara naxışlar var. Quyruqüstü lələkləri ağdır.
Kiçik əyridimdik
Kiçik əyridimdik (lat. Numenius tenuirostris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü. Nadirdir. (CR). Kritik vəziyyətdədir. Xüsusi qorunma tədbirləri görülməzsə, mənfi təsirlərdən nəsli kəsilə bilər. Azərbaycan faunasında cinsin 3 növündən biridir. Qarğadan xeyli kiçikdir. Dimdiyi uzun və aşağıya əyridir. Əsas rəngi naxışlı qonur-bozdur.
Ortaboy əyridimdik
Ortaboy əyridimdik (lat. Numenius phaeopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü.

Digər lüğətlərdə