əstəğfürullah
ət
OBASTAN VİKİ
Əşya
Əşya — hüquqda xarici (maddi) aləmin təbiətdə təbii vəziyyətdə olan, yaxud insan tərəfindən yaradılan predmeti. Əşya əmlak hüquq münasibətlərinin əsasıdır. Mülki hüquqda pullar və qiymətli kağızlar da əşya hesab olunur. Müxtəlif əsaslara görə əşya aşağıdakı kateqoriyalara bölünür: cinsi əlamətləri ilə fərdi – müəyyən əlamətlərinə görə müəyyən edilən əşyalar; bölünən və bölünməz əşyalar; istehlak olunan və olunmayan əşyalar.
Əşya (hüquq)
Əşya — hüquqda xarici (maddi) aləmin təbiətdə təbii vəziyyətdə olan, yaxud insan tərəfindən yaradılan predmeti. Əşya əmlak hüquq münasibətlərinin əsasıdır. Mülki hüquqda pullar və qiymətli kağızlar da əşya hesab olunur. Müxtəlif əsaslara görə əşya aşağıdakı kateqoriyalara bölünür: cinsi əlamətləri ilə fərdi – müəyyən əlamətlərinə görə müəyyən edilən əşyalar; bölünən və bölünməz əşyalar; istehlak olunan və olunmayan əşyalar.
Əşya masası
Əşya surəti
Əşya surəti- Bədii əsərdə qeyri-insani varlıqların (ev, məişət avadanlığı və s.) əlamətlərinin ümumiləşmiş şəkildə verilməsinə əşya surəti deyilir. Əşya surəti, hər şeydən əvvəl bədii əsərin əsas oobyektinə- insan həyatında onunla əlaqədar hadisələrə tabe edilir. "Ağalıq evi təzə qayda ilə tikilmiş ikimərtəbəli genbol bir imarət idi. Bundan başqa, evin baş tərəfində üç, balaca otaqdan ibarət qədim bir tikili vardı. Bu Hüseynqulu ağanın babsından qalma köhnə bir imarət idi. Bu evin pəncərələri xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə heç kəs olmurdu". Əşya surəti oxucuya əsərdəki əsas surətlərin həyat tərzini, zövqünü, marağını, başqalarına münasibətini, eləcə də müxtəlif dövrlərdə adamların yaşayış tərzini öyrənməyə, dərk etməyə imkan verir. Heyvan surəti, bədii əsərdə əşya surətlərindən başqa heyvan surətləri də verilir.Məsələn Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində Şəbdiz,Gülgün, "Koroğlu" dastanında Qırat, Dürat, "Məlikməmməd" nağılında Zümrüd quşu, "Ağ atlı oğlan" nağılında aslan , quş, at, "Qaçaq Nəbi" dastanında Boz at, A.Şaiqin "Köç" hekayəsində Qızıl it və s. Azərbaycan ədəbiyyatında heyvan surətlərinin səciyyəvi nümunələridir.
Əşya hüququ
Əşya hüququ — Mülki hüququn bir sahəsidir və ümumiyyətlə Mülki Məcəllənin 4-cü kitabında tənzimlənir. İnsanların əşyalar üzərində mütləq hüquqlarını (əşya hüquqlarını) tənzimləyir. Əşya müstəqil obyekt kimi maddi varlıqdır. Mülkiyyət hüququ mallar üzərində ən geniş və qeyri-məhdud real hüquqdur. Məhdud daşınmaz hüquqlar servitut hüququ, girov hüququ və daşınmaz əmlakdan yaranan hüquqlardır. Şəxsi servitutlar uzufrukt, tikinti hüququ və yaşayış hüququdur. Digər əmlak hüquqlar borclunun və ya üçüncü şəxslərin əmlakı üzərində girov hüququdur və daşınmaz/daşınar kimi ikiyə bölünür. İpoteka daşınmaz əmlakın girovuna daxildir. Mallar üzərində hüquqlar sahiblik və torpaq reyestri anlayışları ilə izah olunur. Sahiblik, insanın əşyalar üzərində onun sahib olmaq iradəsinə əsaslanan əməliyyat hökmranlığıdır.
Çoxistifadəçili əşya yönümlü
MOO (ing. Multi-user Object Oriented) texnologiyaları MOO texnolologiyaları obyekt yönümlü çoxistifadəçilərin qısaldılmışıdır. MOO – İnternet vastəsi ilə real vaxtda əlaqələri təşkil edən sistemdir. MOO-nun köməkliyi ilə istifadəçinin kompüteri virtual otaqları (virtual rooms) olan əsas (host) maşına çevrilir. Virtual otaqlarda, sizinlə eyni vaxtda həmin əsas maşına qoşulmuş adamlarla rastaşmaq olar. MOO-nun xarakter üstünlükləri virtual obyektləri yaratmaq imkanıdır. Digər alət – otaqda baş verənləri yazmaq imkanına malik olan virtual maqnitofondur. Həmçinin virtual müzakirələr üçün yazıları yazmaq imkanı verən lövhələr də yaratmaq olar. MOO özündə dərslərin eyni vaxtda keçirilməsi üçün rahat servis təşkil edir. MOO sürətli xətlər tələb etmir onurla hətta 9600 Kbit/san sürətli modemlərlə də işləmək olar.
Köhnə əşya satan və oğulları (roman)
Köhnə əşya satan və oğulları - Orxan Kamalın yazdığı psixoloji və sosial romandır. == Məzmun == “Köhnə əşya satan və oğulları” romanı baş qəhrəman Topal Antikvar və iki oğlunun həsrət və arzularını, bu həsrətlərlə arzularını həyata keçirmək üçün mübarizə aparmalarını, əllərində qalanı itirdikdən sonra çökmələrini əks etdirir. == Personajlar == 1. Antikvar- Hər kəsə hirsli və küsmüş, ailəsinə, xüsusən də uşaqlarına rəğbət bəsləyir. O, baş qəhrəmandır. Döyüşdə bir ayağını itirdiyi üçün axsaqdır. 2. Qocanın arvadı- O, övladları ilə əri arasında körpüdür, ailəsinin dağılmasını istəməsə də, gəlinini heç sevmir. Keçmişi öyür və gələcək üçün də eynisini istəyir. O, zəngin qayınatasını qonşularına şişirdir və buna görə də qonşularına qəribə gəlir.
Qala Əntiq Əşyalar Muzeyi
Qala Əntiq Əşyalar Muzeyi - Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisində Heydər Əliyev Fondu tərəfindən yaradılıb. 2010-cu ilin iyununda muzeyin tikintisinə başlanıb və tikinti 2011-ci ildə başa çatıb. Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci il sentyabrın 7-də Muzeyin açılışında iştirak ediblər. Muzeydə 800 eksponat nümayiş etdirilir. Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində, üçüncü mərtəbədə isə respublikamızın müxtəlif regionlarından yığılmış, Avstriya, ABŞ, Almaniya, İngiltərə, İran, Rusiya, Fransa, Belçika, Özbəkistan, Türkiyə, Polşa və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir. İnzibati otaqlar, suvenirlər bölməsi və təmir-bərpa emalatxanası, konfrans zalı, binanın birinci mərtəbəsində fəaliyyət göstərir. Aşkar olunan qədim əşyalar məhz bu emalatxanada bərpa edilir. Muzeyin sahəsi 260 kv/m təşkil edir.
Qazan (məişət əşyası)
Qazan — metaldan və ya odadavamlı materiallardan hazırlanan, yemək bişirmək üçün istifadə olunan xüsusi qab. Azərbaycanda qazanlar forma və hazırlandıqları materialdan asılı olaraq müxtəlif xörəklərin hazırlanması üçün istifadə olunurlar. Aş qazanı, buxar qazanı (Mantı qazanı), xaş qazanı, dolma qazanı və s.
Əşyaların interneti
Əşyaların interneti (İoT) — fiziki cihazların, maşınların, məişət cizahlarının və başqa digər əşyaların üzərinə quraşdırılmış elektronikalar, proqram təminatları, senorlar və qəbul edicələrlə bu əşyaların biri — birinə bağlanması və verilənləri ötürməsidir. Əşyaların birbaşa kompüter sistemlərinə çıxışı effektivliyin artmasına, yeni iqtisadi üstünlüklərin yaranmasına və insan əməyinə qənaətə gətirib çıxarır. Əşyaların İnterneti cihazlarının sayı 2017-ci ildə 31% artaraq 8.4 milyarda çatmış və 2020-ci ildə bu sayın 30 milyarda çatacağı gözlənilir. Əşyaların İnternetinin bazar dəyəri 2020-ci ildə 7.1 trilyon dollara çatacağı proqrnozlaşdırılır. Əşyaların İnterneti standart internetə çıxışı olan cihazlardan, belə ki, kompüter, notbuk, smart telefonlar və tabletlərdən əlavə digər ənənəvi "ağıllı olmayan" əşyaların və ya gündəlik əşyaların internetə çıxışını əhatə edir. Bu əşyaların içərisinə yerləşdirilmiş yeni texnologiyalar nəticəsində artıq onlar da internet üzərindən bir-birinə qarşılıqlı təsir edə bilər, o cümlədən bu əşyalar uzaqdan idarə edilə və ya monitor edilə bilər. Acharjya, D.P.; Geetha, M.K., redaktorInternet of Things: Novel Advances and Envisioned Applications. Springer. 2017. 311.

Значение слова в других словарях