ƏDVİYYAT

[ər.] дадлухар (иферар, дарчин, зенжефил, михек ва мсб. санал тӀвар).
ƏDVƏCAT
ƏDVİYYATLI
OBASTAN VİKİ
Ədviyyat
Ədviyyat — xörəklərə, şirniyyatlara, mürəbbələrə, içkilərə və digərlərinə dad, ləzzət və xüsusi ətir verən bitki növlərinin müəyyən hissələridir. Bunlara bitkilərin yarpaqları, çiçəkləri, toxumlar, meyvələr, köklər, zoğlar, qabıqlar aiddir. Ədviyyatların hamısı ekzotik mənşəli olub Uzaq Şərqin tropikal bölgələrində yetişir. Onlar əsasən iki növə ayrılırlar: ədviyyat və ətirli otlar. Əslində ədviyyatla ətirli otlar arasında o qədər də böyük fərq yoxdur. Ədviyyat ətirli otların, ağac qabıqlarının, meyvələrin və toxumların qurudulmuş halıdır. Ətirli otlar xörəyə ətir verirkən, ədviyyat xörəyin ləzzətini artırır. Ədviyyat həm də iştaha açıcıdır. Azərbaycan mətbəxində istifadə edilən əsas ədviyyat növləri bunlardır: vanilin mixək darçın hil quru nanə toz və dənə qara istiot zəfəran sumaq sarıkök zəncəfil zirə cirə razyana Ətirli otlar xörəklərə dad və ləzzət vermək üçün istifadə edilən bitki növləridir. Bu bitkilərin yarpaqları, çiçəkləri, toxumları, meyvələri, kök və ya zoğları istifadə edilir.
Ədviyyat yolu
Ədviyyat yolu və yaxud Baharat yolu — Hindistan, Molukka adaları və Şərqi Afrikanı Aralıq dənizi ölkələri ilə birləşdirən yer üzündəki ən qədim ticarət yollarından birinin quru hissəsi. Ticarət yolu Ərəbistan və Qırmızı dəniz limanlarından başlayırdı. Burada mallar Petra vasitəsilə Aralıq dənizi sahillərinə gedən karvanlara yüklənirdi. Ticarəti asanlaşdırmaq üçün Kraliça Hatşepsut, fironlar III Senusret və I Nexo və Əhməni çarı I Dara Qırmızı dənizi Aralıq dənizi ilə birləşdirən kanal qazmağa cəhd etmişdilər. Ticarət yolunun adı şərti olaraq, ədviyyat yolu adlanırdı, çünki, yol ilə Hindistan və Uzaq Şərqdən müxtəlif ədviyyatlar gətirilirdi. Lakin ədviyyatla yanaşı, bu yol ilə həm də Şərqi Afrikadan qiymətli ağac və fil sümüyü, Çindən ipək, qızıl, gümüş və qiymətli daşlar da daşınırdı. XIII əsrdən başlayaraq müsəlman dövlətlərinin (Məmlük dövləti, Osmanlı və Səfəvi imperiyaları) ədviyyat ticarəti yolu üzərində hökmranlığı avropalıları alternativ yollar tapmağa məcbur etdi. Bu isə öz növbəsində Böyük coğrafi kəşflərə gətirib çıxardı. Ədviyyat ticarəti Asiya, Şimal-Şərqi Afrika və Avropadakı tarixi sivilizasiyaları əhatə edirdi. Darçın, kassiya, istiot, hil, zəncəfil, bibər, sarıkök, muskat fındığı, anis, mixək və s.
Ədviyyatlar
Ədviyyat — xörəklərə, şirniyyatlara, mürəbbələrə, içkilərə və digərlərinə dad, ləzzət və xüsusi ətir verən bitki növlərinin müəyyən hissələridir. Bunlara bitkilərin yarpaqları, çiçəkləri, toxumlar, meyvələr, köklər, zoğlar, qabıqlar aiddir. Ədviyyatların hamısı ekzotik mənşəli olub Uzaq Şərqin tropikal bölgələrində yetişir. Onlar əsasən iki növə ayrılırlar: ədviyyat və ətirli otlar. Əslində ədviyyatla ətirli otlar arasında o qədər də böyük fərq yoxdur. Ədviyyat ətirli otların, ağac qabıqlarının, meyvələrin və toxumların qurudulmuş halıdır. Ətirli otlar xörəyə ətir verirkən, ədviyyat xörəyin ləzzətini artırır. Ədviyyat həm də iştaha açıcıdır. Azərbaycan mətbəxində istifadə edilən əsas ədviyyat növləri bunlardır: vanilin mixək darçın hil quru nanə toz və dənə qara istiot zəfəran sumaq sarıkök zəncəfil zirə cirə razyana Ətirli otlar xörəklərə dad və ləzzət vermək üçün istifadə edilən bitki növləridir. Bu bitkilərin yarpaqları, çiçəkləri, toxumları, meyvələri, kök və ya zoğları istifadə edilir.
Ədviyyatlar və ehtiraslar (film, 2014)
Ədviyyatlar və ehtiraslar — 2014-cü ildə Riçard C. Moraisin 2010-cu ildə yazdığı eyni adlı romanından uyğunlaşdırılmış, Stiven Naytın yazdığı ssenaridən rejissor Lasse Hallström tərəfindən çəkilmiş Amerika komediya-dram filmidir. Bu filmdə Helen Mirren, Om Puri, Manish Dayal və Charlotte Le Bon çəkilmişdirlər. Tale bir hind ailəsini Provansdakı balaca şəhərciyə atır və onlar məşhur bir restoranla üzbəüz balaca şərq mətbəxi olan kafe açmaq qərarına gəlirlər. Onların kafesi ilə üzbəüz yerləşən, fransız kulinariyası ilə məşhur olan restoranın yiyəsi madam Malori obyektinin “Mişlen” kataloqunda ulduz alması ilə fəxr edir. İlk vaxtlar madam Malori yeni səs-küylü qonşulara nifrətini gizlətmir, lakin yavaş-yavaş rəqiblər arasında müharibə barışıqla yekunlaşır; məlum olur ki, gənc mühacir-aşpaz Həsən xüsusi zövqə malikdir və hind şirniyyatı kimi fransız mətbəxinin də sirlərinə tez bir zamanda yiyələnir.
Ədviyyatlar və ehtiraslar (kitab)
Ədviyyatlar və ehtiraslar — Richard C. Morais tərəfindən yazılmış və 2008-ci ildə nəşr olunmuş romandır. Roman əsasında 2014-cü ildə eyniadlı bədii film çəkilmişdir. Bu, yeni bir hind restoranı ilə ənənəvi fransız restoranı arasındakı yüz metrlik məsafənin müxtəlif mədəniyyətlər və istəklər arasındakı uçurumu necə nümayiş etdirdiyi haqqında bir hekayədir. Bu əsər, iki restoranın rəqabətinə və bu rəqabətin həllinə diqqət yetirir və hadisələr Fransanın Saint-Antonin-Noble-Val şəhərində yerləşir. Kitab, Mumbayda ailəsinin hind restoranında doğulub böyüyən, romanın qəhrəmanı Həsən Hacı tərəfindən nəql edilir və onun uşaqlığından dünya şöhrətli aşpaza çevrilməsinə qədər olan həyat hekayəsini əhatə edir.
Ədviyyatların şahzadəsi (film, 2005)
Ədviyyatlar şahzadəsi(ing. The Mistress of Spices)— Pol Mayeda Bergesin filmdir. Filmin ssenari müəllifləri Qarinder Çadha və Bergesdir. Bu film Çitra Banerci Divakaruni tərəfindən yazılmış Ədviyyatlar şahzadəsi romanına əsaslanır. Filmin baş qəhrəmanı Ayşvariya Ray dır. Filmin saundtreki Kreyq Pruess tərəfindən yaradılmışdır. Filmin baş qərəmanı Tilo (Ayşvariya Ray) Hindistanlı immiqrantdır və qeyri-adi güclü gələcəyi görən seçilmiş Ədviyyatlar Şahzadəsidir. Onun öz müştərilərinə verdiyi ədviyyatlar onların müəyyən ehtiyaclarını və istəklərini ödəyir, onlara kömık edir məsələn: Səndəl ağacı ağrılı xatirələri dağıdır , Qara zirə pis gözdən qoruyur. Bir gənc qız kimi Tilo Birinci Ana adlandırılan Zöhrə Sehgal tərəfindən bir neçə cavan Ədviyyatlar Şahzadəsi arasından təklif edilir. Zöhrə Sehgal qızlara müəyyən qaydalar barədə xəbərdarlıq edir və onlara əməl etmədikdə ağır nəticələrini üzləşəcəklərini deyir.Onlar heç vaxt öz dükanlarını tərk etməmək görüşdükləri insanlara toxunmamaq yaxud da böyük və ağlasığmaz güc olan Ədviyyat gücündən özləri üçün istifadə etməmək barədə təlimatlandırılıblar.

Значение слова в других словарях