Əlisahib Əroğul
Əlisahib Əroğul (tam adı: Əlisahib İsrafilzadə Qiyas oğlu; d.10 sentyabr 1948, Dağ Tumas, Cəbrayıl, Azərbaycan) — nasir, publisist, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı.
1948-ci il sentyabr ayının 10-da Qarabağda, Cəbrayıl bölgəsinin Dağtumas kəndində anadan olub. Burada kənd səkkizillik məktəbini bitirdikdən sonra 1963-1966-cı illərdə Bakı şəhərindəki 56 saylı axşam fəhlə-gənclər məktəbində, 1967-ci ildə Bakı politexnikumunun Hidromeliorasiya şöbəsində təhsilini davam etdirmişdir.
1966-1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsində təhsil almışdır. 1976-cı ildə isə Marksizm-Leninizm Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir.
Qarabağ müharibəsi veteranıdır. Məcburi köckün kimi Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi ev 4, mənzil 24-də məskunlaşmışdır.
Ailəlidir, 3 övladı, 7 nəvəsi var.
Əmək fəaliyyətinə Bakıda inşaatçı fəhlə kimi başlamışdır. Sonra elmi işçi, müəllim, məktəb direktoru işləmişdir.