Əlisa Arif oğlu Əliyev (8 yanvar 2000, Qızılağac, Masallı rayonu – 6 noyabr 2020, Şuşikənd, Xocalı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Əlisa Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 yanvar 2000 |
Doğum yeri | |
Vəfat tarixi | 6 noyabr 2020 (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Arif Əliyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Əlisa Əliyev 8 yanvar 2000-ci ildə Masallı rayonunun Qızılağac kəndində dünyaya göz açmışdır.[1] 2006-2017-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra Masallıda yerləşən "Dostluq" MMC-də çalışmışdır.
Əlisa Əliyev 2018-ci ildə həqiqi hərbi xidmətə yollanmış, «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurmuşdur.Azərbaycan Ordusunun əsgəri olan Əlisa Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əlisa Əliyev Şuşanın azad edilməsinin gedişatında 6 noyabr 2020-ci ildə Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən minaatan mərmisinin dəyməsi nəticəsində həlak olmuşdur. Əlisa Əliyev Qızılağac kənd qəbiristanlığında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Əlisa Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[7]