ən axırıncı adam

the lowest of the low / utterly disreputable (the worst) последнего разбора (самой дурной репутации)
ən axırda (nəhayət)
ən asan yol seçmək
OBASTAN VİKİ
Axırıncı aşırım
Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova "ən yaxşı kişi obrazı"na görə II mükafat, aktyor Həsən Məmmədova "ən yaxşı kişi rolu"na görə mükafat verilmişdir. == Məzmun == Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Kənddə Raykom katibinin (Şəmsi Bədəlbəyli) apardığı yığın­caq­da kolxoz quruluşunun yaxşı-yaman cəhətlərinin müzakirəsi fərqli personajların baxış bucağının müxtəlifliyi, müddəaların tutar­lılı­ğı, mətnin dolğunluğu ilə həyata keçirməklə informasiya ger­çəkliyini artırır. Əlindən alınan taxılın şəhərdəki aclara gön­dərilməsinə etiraz edən Kərbəlayı İsmayılın (Adil İsgəndərov) yeni kolxozun sədri İmanla (Şahmar Ələkbərov) qarşıdurması vizual hadisələrin bolluğu ilə yadda qalır. Qəmlonun gecə evinin pəncərəsindən güllə ilə nişan aldığı İmanın arvadı Növrəstənin (Tamilla Rüstəmova) gözəlliyinə vurulması və sağ qalan sədrin səhər yenidən Kərbəlayı İsmayılın həyətindəki taxılın ardınca gəlməsi tutarlı maneə kimi yadda qalır. Folklor elementləri ilə zəngin kənd toyundakı qanlı döyüş səhnəsində Qəmlonun xatırlayaraq axtardığı İmanın arvadının qaçaraq aradan çıxması karnaval estetikası yaradır.
Axırıncı yol
Axırıncı yol — tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Axırıncı Yol” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Miskərli ifa edirlər. == Məzmun == Macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Fəlakət (Elşən Orucov), Şirin (Nicat Rəhimov), Qılman (İlkin Miskərli) və Ağsaqqalın (Azər Baxşəliyev) başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində iki milyon dollar olan inkassator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkassator avtomobilinin görkəmini dəyişərək “SOSKA Uşaq Əyləncə Mərkəzi” adı ilə cinayət izini itirmək istəyirlər, lakin bu onları daha da çətin bir vəziyyətə salır...
Adam
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. == Təkamül == === İlk insanabənzər canlı === İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
Axırıncı hava maqı
«Sonuncu hava maqı» (ing. The Last Airbender) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının 1-ci sezonu (Birinci kitab: Su) əsasında M. Nayt Şyamalan tərəfindən çəkilən bədii film. Film 2D və 3D formatlarında çəkilmişdir. == Qəbulu == Film həm kino təndiçiləri, həm orijinal serialın fanatları, həm də ümumi tamaşaçılar tərəfindən sərt tənqid olunub. Onun Rotten Tomatoes saytındaki 190 resenziyaya əsaslanan təsdiq reytinqi 5%-dir və ortalama qiyməti 2,78/10-dır. Beləliklə, bu film, bu günə qədər həm Nickelodeon Movies-in həm də Şyamalanın ən aşağı qiymətli filmidir. == Maraqlı faktlar == Əvvəlcə müəlliflər filmi cizgi serialla eyni — "Avatar: Axırıncı hava maqı" (ing. Avatar: the Last Airbender) adlandırmaq istəyirdilər. Lakin, həmin vaxt Ceyms Kemeronun "Avatar" filmi ekranlara çıxdığı üçün filmin adını dəyişmək qərarına gəldilər.
Axırıncı şam yeməyi
Sonuncu şam yeməyi — İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə yediyi yemək. Bu yeməkdə İsa Məsih Rəbbin Süfrəsi ayinini təsis etmişdir. Bu yeməyə həmçinin "sirli" və ya "gizli" şam yeməyi deyirlər, çünki İsa ilə şagirdləri o gecə yəhudilərin ali məclisi olan Sinedriondan gizlənmək məcburiyyətində idilər. Sonuncu şam yeməyi barədə dörd Müjdənin hər birində yazılmışdır. Bundan əlavə, həvari Paulun Korinflilərə 1-ci məktubunda bu yemək haqqında qısaca yazılmışdır. Bütün bu yazılar ümumiyyətlə bir-birinə uyğun gəlir. Cüzi fərqlər müəlliflərin sonuncu şam yeməyini müxtəlif nöqteyi-nəzərlərdən təsvir etdikləri ilə izah edilə bilər. Yəhyanın Müjdəsində əhvalat o biri Müjdələrdən daha uzun şəkildə nəql edilir və fərqli cəhətlərə diqqət yetirilir. Matta, Mark və Lukadan fərqli olaraq, Yəhya yevxaristiyanın təsis edilməsindən bəhs etməmiş, lakin İsa Məsihin şagirdlərinin ayaqlarının yuması və şagirdləri ilə son söhbəti haqqında təfərrüatlı surətdə yazmışdır. Sonuncu şam yeməyi yəhudilərin Pasxa bayramı zamanında baş vermişdir.
Soldan axırıncı ev
Soldan axırıncı ev (ing. Last House On The Left) — 1972-ci ildə Triller janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri (az büdcəli) siyahısına daxildir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. Prodüserlərdən biri isə Şon Kanninhemdir. Rollarda isə Sandra Paybadi, Luci Qrentxem, David Xess, Fred Lincoln, Mark Şefler, Jeraime Rain, Martin Kovdur. Film nümayişə girdiyi tarixdə ehtiva etdiyi şiddət və cinsilik səbəbiylə müzakirələrə səbəb olmuşdur. Üzərinə bir çox iş və araşdırma edilən film bəzi ölkələrdə qadağanlı videolar siyahısına girmişdir. Bu film Böyük Britaniyada ilk dəfə qadağan edilmişdir. "Soldan axırıncı ev" filmi 1960-cı ildə məşhur İsveç rejissoru İnqmar Berqmanın xalq balladası olan "Vinqedən Terenin qızlar" (Tores Dotter I Vange) əsasında çəkdiyi "Qız mənbəsi" adlı filminin motivləri əsasında hazırlanmışdır.
Ən-Nasir
Əl-Nasir Lidinallah (6 avqust 1158 – 5 oktyabr 1225) — 1180-ci ildən 1225-ci ilədək hakimiyyətdə olan 34-cü Abbasi xəlifəsidir. Onun ləqəbinin mənası Allahın dinini müdafiə edən deməkdir. Digər Abbasi xəlifələrindən fərqli olaraq əl-Nasir hakimiyyətini hərbi yolla möhkəmləndirmədi. Xəlifə hakimiyyətini möhkəmləndirmək və müharibələr aparmaq özünü qədim Abbasi hakimləri kimi aparırdı. Bu yolla də rahatlıqla Abbasilərin keçmiş torpaqlarına hərbi yürüşləri qanuniləşdirirdi və ona aid olmayan torpaqları iqta kimi paylayırdı. Hakimiyyəti dövründə müxtəlif aralıqlarla Abbasi xilafətinin sərhədləri Mesopatamiyanın dərinliklərinə və İranın cənub sərhədlərinə qədər uzanmışdı. 47 illik hakimiyyəti dövründə dövləti möhkəmləndirmək üçün korrupsiya halları ilə mübarizə aparmış, Bağdadda sülhü bərqərar edə bilmişdi. Ən-Nasir sonuncu ən güclü Abbasi xəlifəsi sayılır. Dövründə Bağdadda mədrəsələr açılmışdır. Lakin öz dövlətinin möhkəmlənməsi və digər hakimlərin zəifləməsi üçün monqolları Azərbaycan və Xarəzm hökmdarları üzərinə hücuma dəvət etmişdir.
Ən-Nur
Ən-Nur (ər. النور) — Allahın adlarından biri. Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.
Ən-Nəfi
Ən-Nəfi (ər. النافع) — Allahın adlarından biri.
Düşünən adam
Düşünən Adam — Ogüst Roden tərəfindən yaradılan bədii əsər, heykəl. Parisdə yerləşən Rodin Muzeyində sərgilənən “Düşünən Adam” heykəli bürünc və mərmər qarışığından hazırlanmış və fəlsəfi düşüncəni izah edən bir simvol olaraq istifadə edilməkdədir. Orijinal əsər 1,85 metr ölçüsündə çılpaq kişi modelidir, fəlsəfi yanaşmalara görə, oturan və dərin düşüncə halında görünən fiqurun eyni zamanda ruhi bir dinclik içində olduğu da qəbul edilir. Kiçik ölçüdə ilk dəfə gips forması 1880-ci hazırlandı. Böyük ölçüdəki ilk halına bürünc tökmə olaraq, 1902-ci ildə başlayan Rodin bunu 1904-ci ildə tamamladı. İndiki halını 1906-cı ildə tapan “Düşünən Adam” heykəli 1922-ci ildə o dövrün Hoteli olan Rodin Muzeyinə köçürülüb. Heykəlin yaradılma fikri isə bir komissiya tərəfindən Parisə yeni bir qapı təsvirinin hazırlanması istəyiylə doğulmuşdur. Rodin müasir Avropanın fikir atalarından sayılan Dantenin İlahi Komediya adlı əsərindəki Cəhənnəm və Cənnət hissələrindən xüsusilə, Cəhənnəm təsvirinin təsirində qalaraq və onlardan ilham alaraq işlərə başlamışdır. İlk olaraq, Cəhənnəm qapıları təsvirini ön planda tutan Rodin bu mərhələdə əvvəllər daha kiçik və fərqli heykəl fiqurları yaratmağı planlamışdır. Rodinin yaratdığı heykəlin çılpaq olması ciddi mənada müstəqillik göstərməsi, bəzi reaksiyalara səbəb olsa belə, heykəltəraşa olduqca məşhurluq qazandırmışdır.
Dəmir adam
Dəmir adam (ing. Iron Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Sten Li tərəfindən yaradılmş personaj, Larri Liber tərəfindən inkişaf etdirilmiş, rəssamlar Don Hek və Cek Körbi isə onun dizaynını işləmişlər. İlk dəfə Tales of Suspense #39 (üz qabığı tarixi mart, 1963) təqdim edilən personaj, Iron Man #1 nəşri ilə (üz qabığı tarixi may, 1968) fərdi başlıq əldə etmişdir. Varlı amerikan biznesmeni, playboy və dahi alim olan Entoni Edvard “Toni” Stark (ing. Anthony Edward "Tony" Stark) oğurlanması zamanı sinəsindən ciddi yaralanır. Cinayətkarlar onu kütləvi qırğı silahı yaratmağa məcbur edərkən, Stark özünə gücli zirehli kostyum yaradaraq həyatını xilas edir və əsirlikdən xilas olur. Sonradan Toni kostyumunu inkişaf etdirərək ona, sahib olduğu “Stark Industries” şirkəti tərəfindən inkişaf etdirilmiş silahlar və müdafiə texnologiyaları əlavə edir. O, dünyanı xilas etmək üçün kostyumunu Dəmir adam adı ilə istifadə etməyə başlayır. Həmçinin ilk söz-söhbətdən sonra, Stark, Dəmir adam olmasını ictimayətə bəyan edir.
Fil adam
"Fil adam" (ing. The Elephant Man) — ABŞ kinorejissoru Devid Linçin 1980-ci ildə çəkdiyi film. Filmin əsasında XIX əsrin tanınmış britaniyalısı Cozef Merrikin bioqrafiyası durur. Filmin süjeti Frederik Trivzin "Fil adam" və müəyyən qədər Eşli Monteqyunun "Fil adam: İnsan ləyaqəti haqqında etüd" (The Elephant Man: A Study in Human Dignity) kitablarından götürülüb. == Məzmun == Çox böyük qüsurlarla dünyaya gələn "fil adam"ın xarici görünüşü ona baxanlarda dəhşət yaradır. Onun belə qeyri-adi görünüşündən istifadə edən birisi Merriki küçə sərgilərində insanlara nümayiş etdirərək pul qazanır. Lakin sonradan Con Merrik London hospitalının həkimi Frederix Trivz tərəfindən hospitala aparılır. Burada həkimlə Merrik arasında belə bir dialoq olur: - Həkim, siz məni sağalda bilərsiz? - Yox, biz səni sağalda bilmərik, amma qayğına qala bilərik.. Merrikin anadangəlmə qüsurlarının sağalması mümkün olmasa da o, xəstəxanada yeni bir həyata başlayır, qayğıkeş insanların əhatəsində özünü getdikcə daha yaxşı hiss edir.
Gülən adam
Gülən adam (fr. L'Homme qui rit) — Viktor Hüqonun 1869-cu ildə nəşr olunmuş ən məşhur romanlarından biri. Süjetin başlanğıcı Portlenddə 29 yanvar 1690-cı ildə müəmmalı şəraitdə bir uşaq atılır. == Tarixi == Viktor Hüqo "Gülən adam" romanının siyasi düşüncələri səbəbindən sürgün edildiyi Çanel adalarında keçirdiyi 15 ay ərzində qələmə almışdır. Kitab üzərində işləyərkən kitabın adını "Kralın Əmrində" kimi düşünsə də, dostlarının məsləhəti ilə onu "Gülən Adam" olaraq dəyişib. Gülən Adam — Viktor Hüqonun 1869-cu ilin aprelində fransızca "L'Homme qui rit" — " Gülən adam " adı ilə nəşr olunmuş romanıdır. O, həmçinin Kralın sərəncamı ilə roman kimi nəşr edilmişdir. 1928-ci ildə Pol Leninin rejissorluğu ilə Konrad Veydt, Meri Filbin və Olqa Baklanovanın rol aldığı eyniadlı film buraxıldı. == Personajlar == Quinpen — əslzadə atası kralı təhqir etdiyi üçün onu cəzalandırılmaq üçün Qunpen bu hala salınır. O, tərk edildiyi qarlı gecədə haraya getdiyini bilmədən sığınacaq axtararkən qar içində soyuqdan doyaraq ölmüş qadın cəsədinin qucağında gözləri kor körpəni götürüb xilas edir.
Günahsız adam
Günahsız adam (hanqıl: 세상 어디에도 없는 착한 남자; YR: Sesang Eodiedo Eobneun Chakan Namja, ing. The Innocent Man) — 2012-ci il Cənubi Koreya istehsalı olan melodram serialı. Serial 2012-ci ildə sentyabrın 12-dən noyabrın 15-ə qədər yayımlanıb. Və yüksək reytinq göstərib. == Rollarda == Son Qun Ki , Mun Çae Von , Park Si Yeon , Li Kvan Soo , Li Yoo Bi və Li San Yeob. == Mövzusu == "Kang Ma Roo" tibb universitetində oxuyan , gələcəyi ilə əlaqədar parlaq fikirləri olan gənc bir tələbədir. Uşaqlıqdan tanıdığı və sevdiyi "Han Jae Hee" isə həm oxuyub həm də bir televiziya kanalında müxbirlik edən gənc bir qızdır. Bir gün "Kang Ma Roo" evə gəldikdə bacısı "Kang Cho Ko"nun bərk xəstələndiyini görür. Bacısını xəstəxanaya çatdırmaq istəyəndə isə "Han Jae Hee"dən bir telefon zəngi alır. Telefonda "Han Jae Hee"nin səsinin pis olduğunu eşidir və bacısını qoyub özünü onun yanına çatdırır.
Hörümçək-adam
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər.
Omer Adam
Omer Adam (ivr. ‏ עומר אדם‏‎; 22 oktyabr 1993, Şimali Karolina, ABŞ[…]) — İsrail müğənnisi. Mizrahi şərq musiqisi üslubunda müasir musiqi alətlərinin müşayəti ilə mahnılar ifa edir. 2009-cu ildə İsraildə keçirilən Koxav Nolad musiqi müsabiqəsinə qatıldıqdan sonra məşhurlaşmışdır. 2010-cu ildə "Names Mimeh" adlı ilk albomunu satışa çıxarmışdır.
Qardan adam
Qardan adam — sıxışdırılmış qardan düzəldilən insana bənzər heykəl. Ümumiyyətlə, uşaqlar tərəfindən, əylənmək məqsədiylə düzəldilir. Gövdəsi və başı müxtəlif həcmli üç böyük qar topundan, qollar budaqdan düzəldilir. Burnunu adətən kök, gözünü isə kömür əvəz edir. Boynuna şal bağlanılır. Başına papaq əvəzinə adətən vedrə qoyulur və əlinə süpürgə verilir. Gövdəsinin önünə düyməəvəzi kiçik daşlar düzülür. İlk Qardan adamın nə vaxt edildiyi naməlumdur. Ancaq Araşdırmaçı Bob Eckstein, Avropa muzeyləri, sənət qalereyaları və kitabxanalarda bədii təsvirləri araşdıraraq orta əsrlərdə bəri qardan adam etmə ənənəsinin olduğunu isbat etmişdir. Qardan adam uşaqların əyləncəsi olduğu qədər, Milad və qış bəzəmələri üçün də istifadə edilən məşhur bir temadır.
Qarışqa-adam
Henk Pim (ing. Hank Pym) — Marvel Comics personajı. Əsasən Qarışqa-adam kimi tanınır. Lakin müxtəlif vaxtlarda Qoliaf, Eşşək arısı, Sarı Jaket və Nəhəng adam kimi adlarla da çıxış etmişdir. Qisasçılar komandasının qurucu və sabiq üzvüdür. Ən yaxın partneri həyat yoldaşı Eşşək arısıdır. Henk Pim ilk dəfə "Heyranedici hekayələr" antologiyasının 7-ci buraxılışında yer alan 7 səhifəlik "Qarışqa yuvansındakı adam" hekayəsində peyda olmuşdur. Yaradıcı heyət redaktor-rəssam Sten Li, ssenarist Lari Liber, yazıçı Cek Kirbi və Dik Ayersdən ibarət idi. 2008-ci ildə Sten Li demişdi: "Mən kiçilən insandan və onu təqib edən qarışqalardan bəhs edən "Qarışqa yuvasındakı adam" adlı komiks yaratdım. Düşünmüşdüm ki, belə bir super qəhrəman yaratmaq əyləncəli olardı".
Qurd adam
Canavar adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir canavar adam tərəfindən dişləndikdən sonra canavar adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar "skinwalker"lər barədə rəvayətlər mövcuddur. İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar canavar adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə canavar adamlarla bağlı anlayış da dəyişir. Canavar adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır.
Ruh adam
Ruh adam — məşhur türk şairi, yazıçısı, tarixçisi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Hüseyn Nihal Atsızın romanlarındandır. Atsızın digər romanlarının əksinə olaraq simvolizmi mənimsədiyi əsəridir. Qədim türkcə əsərin izahı ilə başlayan hekayə, Türkiyə Cümhuriyyətinin qurulduğu illərdə yaşamış zabitin hekayəsidir. Əsərin qəhrəmanı məhkəmədə sədaqət andını daha əvvəl Sultana edən və indi Cümhuriyyətə bağlanan zabitlərin necə olub da Osmanlını bu qədər tez tərk edə bildiyinə heyrətlənməsindən bəhs edir. Roman evli olduğu halda başqa qadına aşiq olan kapitan Burkayın acılarını anladaraq başlayır. Romanın qəhrəmanı kapitan Səlim Pusatdır. Səlim Pusat dostu Şərəf ilə birlikdə monarxist olduğunu gizlətmir. Buna görə də dostu Şərəf ilə birlikdə hərbi sahədən qovulurlar. Məhkəmə prosesi zamanı günahsız olduqları bilinsə də, rütbələri əllərindən alınmışdır. Səlim Pusat və dostu Şərəf iki il həbsə məhkum edilirlər.
Tənha adam
Tənha adam (türk. Issız Adam) — rejissoru Çağan İrmak olan, 2008-ci il istehsalı türk melodram filmi. Baş rollarda Melis Birkan və Camal Hünalın çəkildiyi film, Alpər adlı aşpazla, uşaq geyimlərinin dizaynı və tikilməsi ilə məşğul olan Ada adlı gənc qızın sevgisindən və xüsusilə müasir həyatın insanları necə təcrid etdiyini izah edir. Çəkilişləri beş həftə çəkən film 2008-ci il noyabrın 7-də Türkiyədə kinoteatrlarda nümayiş etdirilib. Türkiyəli tamaşaçıların böyük marağına səbəb olmuş film, 15-ci həftəsində 2 milyon 765 min izləyiciyə çatmışdır. Film 2009-cu ildə Rhode İsland film festivalında (ABŞ) "Ən Yaxşı Film Mükafatı"na layiq görülüb. Alpər öz restoranında aşpazdır. Dəbdəbəli yaşamağı, işində uğur qazanmağı sevən lakin günlərini hər gün fərqli qadınlarla keçirərək şəxsi həyatını nizamlaya bilmirdi. Ada, Alpərin müasir həyatından fərqli olaraq, çox təvazökar, həyatda eniş-yoxuşları çox olmayan, Taksimdə uşaq geyimləri dizaynı və tikişi ilə məşğul olan gənc qızdır. Bir gün köhnə bir kitab tapmaq üçün Bəyoğlu ətrafında gəzərkən Alpər və Ada eyni kitab evinə girirlər və onlar üçün sevgi ilə ziddiyyətli bir həyat başlayır.
Adam Klark
Adam Klark – (Clark Ádám) 14 avqust 1811, Edinburq, Şotlandiya - 23 iyun 1866, Budapeşt, Avstriya-Macarıstan) — Macarıstandakı işi ilə tanınan şotlandiyalı inşaat mühəndisi. == Bioqrafiya == Fəhlə ailəsində dünyaya gələn Adam Klark texniki təhsilini (Darling & Hume və G. Manwaring & Co) aldıqdan sonar, Hunter & English şirkətində çalışıb. 1834-cü ildə A. Klark qraf İştvan Seçeninin dəvəti ilə Dunay çayının axınını tənzimləmək üçün yeni dibçəkən gəminin tikintisinə nəzarət etmək məqsədilə Budapeştə gedir. İki il sonra isə Şotlandiyaya qayıdır. 1839-cu ildə A. Klark Dunay çayı üzərində Buda və Peşt şəhərlərini birləşdirməli olan Zəncirli körpünü tikintisinə nəzarətçi kimi Macarıstana geri qayıdır. Körpü 1839-cu ildə Qraf Şeçeninin təşəbbüsü ilə ingilis mühəndisi Villiam Tierney Klark (William Tierney Clark) (heç bir qohumluq əlaqəsi yoxdur) tərəfindən layihələndirilib. Lakin Villiam Tierney Klark köpünün tikintisinə nəzarət etmək üçün Macarıstanda qala bilmir və ya istəmir. Sonradan bu layihə, İştvan Seçeni tərəfindən Adam Klarka həvalə olunur. Adam Klarka, körpünün inşası üzərində on il çalışmışdır. 1847-ci ildə Milli Kommunikasiyalar Komitəsinin (Yollar üzrə) (Kozlekedési Országos Bizottság) müşaviri, 1848-ci ildə isə İctimai İşlər Nazirliyinin (Kozmunkák Minisztérium) texniki məsləhətçisi olmuşdur.
Adam Yeyts
Adam Riçard Yates (7 avqust 1992) — hazırda UCI WorldTeam BAE Team Emirates komandasında yarışan britaniyalı peşəkar yol və trek yarışı velosipedçisidir. Yeyts 2016-cı il Tour de France-da ümumi hesabda dördüncü yeri tutdu və əkiz qardaşı Simonu bir il qabaqlayaraq gənc atlıların təsnifatını qazanan ilk britaniyalı sürücü oldu. == Yetkinlik dövrü və həvəskar karyera == Ataları Con avtomobil idarə edərkən toqquşma nəticəsində Adam və Simon yaralandıqdan sonra velosiped sürməyə başladılar — sağalma müddətində əkizləri Mançester Velodromuna aparılaraq velosiped klubu Bury Clarion tərəfindən idarə olunan seansları izlədilər. Hər iki qardaş tezliklə Bury Clarion komandası üçün yolda və Eastlands Velo trekində sürməyə başladılar. Simon Britaniya Velosiped İdmanı Olimpiya Akademiyası proqramı üçün seçildiyi halda, Adam Deyv Rayner Fondunun maliyyə yardımı ilə yol yarışı karyerasını Fransada davam etdirdi. Yates Böyük Britaniya millisini təmsil edərkən 2013-cü il Tour de l'Avenir-in ümumi təsnifatında ispaniyalı atlı Rubén Fernándezdən sonra cəmi 55 saniyə ilə ikinci olub. == Peşəkar karyera == === 2014 === Fransız həvəskar CC Etupes komandası ilə uğurlu bir mövsüm keçirərək, 2014-cü ildə qardaşı ilə birlikdə Avstraliyanın UCI Dünya Turu komandası Orica–GreenEDGE-ə qoşuldu. Argentinada keçirilən ilk peşəkar yarışında, Tur de San Luis yarışında Yates ümumi hesabda on birinci, gənc atlıların təsnifatında birinci oldu. Yeytsin yüksək nəticələri 2014-cü il aprelin sonu və may ayının əvvəllərində Türkiyə Turunda əldə edildi. O, qardaşı ilə birlikdə ümumi təsnifat üçün komandanın qorunan atlılarından biri idi.
Adam içində
Adam içində — ANS TV-də yayımlanmış veriliş. == Verliş haqqında == Verilişin ilk qonaqları bəstəkarlar Nailə Mirməmmədli, Elçin İmanov, bəstəkar-müğənni Elza Seyidcahan və cazmen Cavan Zeynallı olub. 2 saat davam edən proqramın ilk mövzusu "müğənnilik sənəti" olub. 2 saat ərzində övladlarını müğənni görmək istəyən analar və müğənnilik arzusu ilə yaşayan gənclər müzakirə olunub. "Adam içində" proqramı həftəiçi hər gün 2 saat, 17:00–19:00 arası birbaşa efirdə olub. Verilişin prodüserləri telejurnalist Afət Rahilqızı və teleprodüser Şahin Əhədovdur. "Adam içində" verilişi sosial tok-şou xarakterlidir. Verilişdə əsasən sosial, ailə münaqişələri, şou-biznes, mistik və gündəmdə olan məsələlər, fövqəladə hadisələr müzakirə edilir. "Adam içində" hər mövzuya uyğun tanınmış qonaqlar və ekspertlər də dəvət olunur. Prodüseri Şahin Əhədov olan, sözügedən verilişin aparıcısı isə Elgiz Əkbərdir.
Adam oğurluğu
Adam oğurluğu — gizli və ya aşkar şəkildə, yaxud aldatma yolu ilə şəxsi ələ keçirməyə, onu təbii mikrososial mühitindən çıxarmağa, yaşadığı yerdən köçürməyə, sonra isə öz iradəsinə zidd olaraq başqa yerdə saxlamağa yönəlmiş məqsədyönlü, qanunsuz əməl. Qadınlar, uşaqlar, miqrantlar və qaçqınlar insan alverçilərinin hədəfində olan ən həssas əhali arasındadır. Əksər hallarda, bu, eqoist məqsədlərlə törədilir və oğurlanmış şəxsin qohumlarından və ya yaxınlarından fidyə almaq, habelə bu şəxsləri qaçıranlar üçün zəruri olan hərəkətləri etməyə məcbur etmək məqsədi daşıyır. == Haqqında == Yeni ölkəyə köçmüsünüzsə tanımadığınız insanlarla, xüsusən sizə iş və digər imkanlar təklif edən və ya daha yaxşı həyat vəd edənlərlə ünsiyyət qurarkən diqqətli olun. Hər hansı bir iş görməzdən əvvəl həmişə şəxsin və ya təşkilatın qanuniliyini və etibarlılığını yoxlayın. Tək olduğunuz zaman barlardan, klublardan və digər oxşar yerlərdən uzaq durun. Şəxsi məlumatlarınızı daim məxfi saxlayın. Ünvan, telefon nömrəniz və sosial media profilləriniz kimi şəxsi məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmaqdan çəkinin. İnsan alverçiləri sizi izləmək və hədəf almaq üçün bu məlumatdan istifadə edə bilərlər. === Növləri === Məcburi əmək — qaçırılan şəxslər hədələnərək işləməyə məcbur edilirlər.