İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Ən-Nur (ər. النور) — Allahın adlarından biri.
Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. (Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər.[1]
Allah "Nur" sifətinin sahibidir və yuxarıdakı ayədə də bildirildiyi kimi göylərin və yerin nuru Odur. Ancaq Allah bu sifətini insanlar üzərində də təcəlli etdirir. Allaha iman edən, Onun böyüklüyünü tanıyıb təqdir edən, haqq din olan İslama yönələn və İslam əxlaqıyla yaşayan qullarına da Özündən bir "nuru" nemət olaraq verir:
Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər.[2]
İnkarçıların vəziyyəti isə bunun tam ziddidir. Onlar üçün yer üzündə tək bir "nur" qaynağı belə yoxdur. İçində olduqları qaranlıqlardan çıxmaq üçün bir yol tapmaları da mümkün deyil. Allah inkarçıların içlərində yaşadıqları qaranlığı belə təsvir edir: Yaxud (onların əməlləri) əngin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də (başqa) bir dalğa örtər; onun da üstündə bir bulud vardır; bir-birinin üstündə olan qaranlıqlar! (İnsan) əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz.[3]
Allah kafirləri qaranlıqlar içində buraxdığı kimi mömin qullarını da hər işlərində qaranlıqdan işıqlığa çıxarır. Bu iki qrupun vəziyyətlərinin bir-birindən çox fərqli olduğuna və möminlərin tam üstün olduqlarına dair Quranda belə bir nümunə verilmişdir: Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi.[4]
Möminləri doğru yola, "Özündən olan bir nura" yönəltmək üçün Allah müxtəlif xəbərdarlıqlar edir. Həm elçiləri, həm də elçiləriylə göndərdiyi haqq kitabları bir "nur" qaynağı edir. Onların gətirdiyi hökmlərə tabe olanlar isə doğru yola çatmış və Allah Qatından bir "nuru" qazanmışlar. Bu gerçək ayələrdə belə xəbər verilir:
Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik. (Səni) həm də Allahın izini ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi (göndərdik).[5]
Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir.[6]
Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur (Məhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izini ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir.[7] Allahın saleh qulları sonsuza qədər məmnuniyyət içində yaşayacaq, nurlarıyla tanınacaqlar. İnkar edənlər isə axirətdə də sonsuz bir qaranlıq içində qalacaq və möminlərin sahib olduğu nurdan istəyəcəklər. Axirətdə möminlərlə inkarçıların arasındakı bu ziddiyyətlər ayələrdə belə bildirilmişdir:
O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. (Onlara:) "Bu gün sizin müjdəniz (ağacları )altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!"– (deyiləcək.) Bu, böyük uğurdur. O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: "(Bir az) gözləyin ki, biz də sizin işığınızdan alaq"– deyəcəklər. (Onlara) deyiləcəkdir: "Geriyə qayıdıb işıq axtarın!" Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir.[8]
Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.[9]
Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də (sizin üçün bağışlanma diləyərlər). (Allah) möminlərə qarşı Rəhmlidir.[10]
Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, (əməllər yazılmış) kitab (hər kəsin qarşısına) qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir.[11]
Allaha və Onun elçilərinə iman gətirənlər – məhz onlar doğru olanlardır. Şəhidlər isə öz Rəbbi yanındadırlar. Onların öz mükafatları və öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm sakinləridir.[12]
Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə (düz yolla) getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir.[13]
İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |