Məndə sığar iki cahan... (film, 1973)
Məndə sığar iki cahan… — 1973-cü ildə çəkilmiş qısametrajlı sənədli film.
== Məzmun ==
Film dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Bakıda və Moskvada keçirilən yubiley tədbirləri, Nəsiminin tədqiqatçıları ilə müsahibələr filmdə öz əksini tapmışdır. Eyni ildə çəkilən "Nəsimi" bədii filmindən fərqli qısametrajlı sənədli film olaraq çəkilmişdir.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Rejissor: Xamis Muradov
Ssenari müəllifi: Əhmədağa Muğanlı, Xamis Muradov
Operator: Vladimir Konyagin, Rasim İsmayılov
Səs operatoru: Şamil Kərimov
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.