Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tbilisi meriyası
Tbilisi meriyası (gürc. თბილისის საკრებულო) – Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Azadlıq meydanının cənub hissəsində yerləşən saat qülləsinə malik tarixi binadır. Binada şəhər meriyası və şəhər assambleyası (sakrebulo) yerləşir. == Tarixi == Bina, ilkin olaraq Çar Rusiyası hakimiyyəti dövründə – 1830-cu illərdə inşa edilsə də, sonrakı iki yüz il ərazində dəfələrlə yenidənqurmalara məruz qalmış və ilkin görkəmini əhəmiyyətli dərəcədə itirmişdir. 1879-cu ildə kimi bina, Baş polis idarəsi və polis departamenti kimi fəaliyyət göstərmişdir. 1878-ci ildə binada yenidənqurma işlərinin aparılması və şəhər duması binasına çevrilməsi üçün müsabiqə elan edilmiş və müsabiqədə Pavel Şternin layihəsi qalib elan edilmişdir. Binanın memarlığında o zaman məşhur neomavritan elementləri ilə zəngin ekzotik stil əksini tapmışdır. 1910-cu ildə binaya saat qülləsi əlavə edilmiş, 1912-ci ildə isə binanın aşağı mərtəbəli cinah hissələrinə əlavə mərtəbələr əlavə edilməsi ilə genişləndirilmə işləri aparılmışdır. == Adminstrasiya == Tbilisi meriyası binasında, şəhər meriyası və əlaqəli bir neçə hökumət orqanı, şəhər assambleyası və tarixi əczaxana yerləşir. Binanın birinci mərtəbəsinə lüks kateqoriyalı geyim mağazaları fəaliyyət göstərir.
Mariya
Mariya — Qadın adı. Mariya Stüart — Şotlandiya kraliçası. Mariya Şerifoviç — 2007 Avroviziya Mahnı Müsabiqəsində 1-ci yeri tutan müğənni Mariya İzabel — İspaniya müğənnisi. Mariya Stadnik — Ukrayna əsilli Azərbaycanlı sərbəst güləşçi. Mariya Küri — Mariya Mateva — Bolqarıstanlı bədii gimnast Mariya Antuanetta — Mariya Göppert-Mayer — fizik. Mariya Şarapova — Rusiya və dünyanın məşhur qadın tennisçisi. Mariya-Tereza (rif) — Mariya Korazon Aquino — Mariya Profetissima — Mariya Qriqoryan — Mariya Kaçina — Mariya Korobitskaya — Mariya Peralta — Mariya Vrayiç — Mariya Yelena Kalle — Mariya Zankovetska — Ukrayna və SSRİ aktrisası, USSR-nın xalq artisti.
Meliya
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
Merida
Merida (İspaniya)
Merisa
Merisa (merissa və ya marissa) Cənubi Sudanda məşhur olan ənənəvi fermentləşdirilmiş içki növüdür. Merisa Sudan ölkəsinin sakinləri üçün gəlir mənbəyidir. Merisanı qadınlar hazırlayır.Merisa taxıl, darı və kalış (darıyabənzər dənli bitki) yetişdiyi tarixlərdə hazırlanır. Hazırlama prosesi Qərb şərab istehsal standartları tərəfindən bütün mərhələləri ilə kompleks surətdə təsvir edilmişdir Merisa içkisinin hazır olması — fermentəmələgəlmə (fermentasiya) prosesi 8–10-saatlıq bir prosesdir; hazır içkinin tərkibində alkoholun (spirtin) miqdarı 6%-ə qədər olur. Şimali Sudanda merisa içmək və ya satmaq qanundankənar hesab edilir. Belə qeyri-qanuni hərəkətlər Müsəlman Şəriət qanunlarına görə 40 şıllaq, cərimə ilə cəzalandırılır. Bu qanun pozuntusuna görə hətta həbsxana cəzası da kəsilir.Lakin məlumdur ki, Sudanda babuinlər, təklif edildikdə, merisa içirlər.
Eriya
Eriya (lat. Eria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Anna Mariya
Anna Mariya — qız adı.
Araqonlu Mariya
Araqonlu Mariya (29 iyun 1482, Kordova, Əndəlüs – 7 mart 1517, Lissabon) — İspaniya şahzadəsi və Portuqaliya kralı I Manuelin ikinci xanımı olaraq Portuqaliya kraliçası.
Avstriyalı Mariya
Avstriyalı Mariya (21 iyun 1528, Madrid – 26 fevral 1603[…]) — Müqəddəs Roma imperatoru V Karlın qızı və II Maksimilyanın xanımı. İspaniyada olduğu müddət ərzində məşhur ispan bəstəkarı Tomas Luis de Viktoriyanın hamisi olaraq onun yaradıcılığını dəstəklədi. Üstəlik Mariyanın 1603-cü ildə vəfatından sonra bəstəkar onun şərəfinə möhtəşəm bir əsər bəstələdi. == Həyatı == === İlk illəri === Mariya 21 iyun 1528-ci ildə Müqəddəs Roma imperatoru V Karl və Portuqaliyalı İzabellanın böyük qızı olaraq Madriddə dünyaya gəldi. Uşaqlığı bacısı Yuanna və qardaşı Filiplə birlikdə Valyadolid və Toledo saraylarında keçmişdir. Atasının vəzifəsiylə bağlı durmadan səyahət etməsi və bu səbəblə ata qayğısından uzaq qalmasına baxmayaraq bacı və qardaşlarıyla sıx ailə əlaqələri qurdu. === Evliliyi === 15 sentyabr 1548-ci ildə o, əmisi oğlu olan Avstriya hersoqu Maksimilyanla evləndi. Cütlüyün 28 illik evliliyi boyunca 16 övladı dünyaya gəldi. Atasının alman əsilzadələriylə mübarizə apardığı 1548-1551-ci illərdə Mariya və Maksimilyan İspaniyada ona kral naibi olaraq xidmət etdilər. 1551-ci ilin avqustuna qədər Madriddəki kral sarayında yaşayan Mariya və əri, daha sonra Maksimilyanın atasının Vyanadakı sarayında yaşamağa başladılar.
Burqonlu Mariya
Burqonlu Mariya (fr. Marie de Bourgogne) (d. 13 fevral 1457 - ö. 27 mart 1482) — Burqon hersoqu Cəsur Karlın qızı, Burqon hersoqinası. Burqundiya hersoqu Cəsur Karl və xanımı Burbonlu İzabellanın yeganə övladı idi. 5 yanvar 1477-ci ildə baş tutan Nansi döyüşündə atasının həlak olması ilə, onun yeganə varisi olaraq Burqundiya hersoqinası oldu. Fransa kralı XI Lüdovikə qarşı torpaqlarını qorumaq məqsədilə 1477-ci ildə Habsburq ailəsindən Maksimilyanla evləndi. Bu evlilik uzun illər davam edəcək Habsburq-Fransa münaqişəsinə səbəb oldu. == Mənbə == Armstrong, C.A.J. (1957). "The Burgundian Netherlands, 1477-1521".
Fallout (seriya)
Fallout — "Interplay Entertainment" tərəfindən yaradılan postapokaliptika mövzusunda rol videooyunlar və daha sonra döyüş rol oyunları seriyası. Seriyanın hadisələri XXI, XXII və XXIII əsrlərdə cərəyan edir və onun nüvəpank retrofuturistik mövsuzu ilə incəsənəti 1950-ci illər ABŞ-nın müharibə sonrası mədəniyyətindən ilhamlanmışdır. "Fallout" seriyasının sələfi, onun mənəvi varisi olduğu hesab edilən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyunudur. Seriyanın birinci epizodu olan "Fallout" videooyunu "Black Isle Studios" tərəfindən istehsal olunmuş və 1997-ci ildə satışa çıxarılmışdır. Bunun ardından sonrakı il onun sikveli olan "Fallout 2" satışa çıxarılmışdır. "Fallout Tactics: Brotherhood of Steel" taktiki rol videooyununun istehsalından "Micro Forté" və "14 Degrees East" studiyaları məsul olmuşdur. "Interplay" 2004-cü ildə "Black Isle Studios" studiyasını ləğv etmiş və studiya olmadan PlayStation 2 ilə Xbox üçün rol oyunu elementlərinə malik bir döyüş oyunu olan "Fallout: Brotherhood of Steel"i istehsal etmişdir. Əsas seriyanın üçüncü epizodu olan "Fallout 3" videooyunu "Bethesda Softworks" tərəfindən istehsal olunmuş, bundan sonra isə "Obsidian Entertainment" tərəfindən hazırlanan "Fallout: New Vegas" satışa çıxarılmışdır. "Bethesda" 2015-ci ildə "Fallout 4", 2018-ci ildə "Fallout 76" videooyununu satışa çıxarmışdır. "Fallout" əqli mülkiyyətinin sahibi "Bethesda Softworks" şirkətidir.
Fransalı Mariya
Fransalı Mariya (fr. Marie de Lorraine) (d. 22 noyabr 1515 — ö. 11 iyun 1560) — Şotlandiya kralı V Ceymsin ikinci xanımı, Şotlandiya kraliçası. 1538-ci ildə Şotlandiya kralı ilə evləndi və Şotlandiya kraliçası oldu. Ən kiçik övladı Mariya Stüartın doğumundan 6 gün sonra kral vəfat etdi və körpə qızcığaz Şotlandiya kraliçası elan edildi. Ceyms Hamiltonun 12 illik naibliyinin ardından Mariya 1554-cü ildə kraliçanın naibəsi olaraq vəzifəyə gətirildi. 6 illik naibəliyi dövründə katolik Fransa krallığı ilə əlaqələri gücləndirmiş, İngiltərədən azad və katolikləşmiş bir Şotlandiya krallığı qurmaq istəmişdi. Ancaq Şotlandiyadakı protestant reformasiyasının önünü ala bilmədi və ölümündən sonra qızına iğtişaşlarla çalxalanan bir krallıq buraxdı. == Həyatı == === Uşaqlıq illəri === Medlin 22 noyabr 1515-ci ildə Lotaringiyadakı Bar-le-Dyuk sarayında Quiza hersoqu Klaud və xanımı Burbonlu Antuanettanın ilk qızı olaraq dünyaya gəldi.
Henretta Mariya
Henretta Mariya (fr. Henriette Marie, ing. Henrietta Maria) (d. 25 noyabr 1609 — ö. 10 sentyabr 1669) — İngiltərə, İrlandiya və Şotlandiya kralı I Karlın xanımı, Fransa kralı IV Henrinin qızı. O həmçinin İngiltərə kralı II Karl və onun xələfi olan II Ceymsin anası idi. Bununla birlikdə ərinin yazdığı fərmanla bütün İngiltərədə Kraliça Mariya olaraq tanınsa da, o bu adı bəyənmədi və öz məktublarında "Henriette R" imzasından istifadə etdi. Onun Roma-Katolik məzhəbinə bağlılığı İngiltərədə güclənməsinə mane oldu. Məhz bu səbəblə heç vaxt tacqoyma mərasimi keçirilmədi. İngiltərə vətəndaş müharibəsinin alovlandığı 1644-cü ildə ən kiçik qızı və adaşı olan Henrettanın dünyaya gəlişinin ardından Fransaya sığındı.
II Mariya
II Mariya (ing. Mary II of England) (d. 30 aprel 1662 – ö. 28 dekabr 1694) — İngiltərə, Şotlandiya və İrlandiyanın kraliçası, II Ceymsin qızı. == Mənbə == Baxter, Stephen B., William III and the Defense of European Liberty, 1650–1702 (1966) OCLC 473975225 Chapman, Hester W., Mary II: Queen of England (1953) OCLC 753145632 Churchill, Winston. A History of the English-Speaking Peoples: Age of Revolution. Weidenfeld & Nicolson, (2002). ISBN 0-304-36393-6 Claydon, Tony, William III: Profiles in Power (2002) ISBN 0-582-40523-8 Van der Kiste, John (2003) William and Mary. Stroud, Gloucestershire: Sutton Publishing. ISBN 0-7509-3048-9.
I Mariya
I Mariya (1516-1558) — İngiltərə və İrlandiya kraliçası, İspaniyanın kraliça-konsortu. I Mariya (1734-1816) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya və Braziliya kraliçası.
Kalabriyalı Mariya
Alba qrafinyası Kalabriyalı Mariya (it. Maria; 6 may 1329, Neapol – 20 may 1366, Neapol) — böyük bacısı Kraliça I İoannanın ölümündən sonra Neapol tacını miras almış Anju-Siciliya ailəsinin neapollu şahzadəsi. == Həyatı == === Erkən həyatı === Mariya Kalabriya hersoqu Karlın (Neapol Kralı Müdrik Robertin böyük oğlu) və Valualı Mariyanın (Fransa Kralı VI Filippin ögey bacısı) beşinci və ölümündən sonra dünyaya gələn övladı idi. O, atasının ölümündən təxminən altı ay sonra, 9 noyabr 1328-ci ildə anadan olub. Onun doğulduğu vaxt, üç böyük bacısı və bir qardaşından yalnız 1325-ci ilin martında anadan olmuş bacısı İoanna sağ idi. İki il sonra, 23 oktyabr 1331-ci ildə Mariyanın anası Valualı Mariya Bariyə ziyarəti zamanı öldü və Mariya və onun böyük bacısı İoanna (hazırda Neapol taxtının varisi) yetim qaldı. Hər ikisi ata tərəfdən babaları Kral Robertin Neapoldakı sarayında böyüdülər. 30 iyun 1332-ci il tarixli qərarla Papa XXII İoann rəsmi olaraq Mariya və onun böyük bacısının Macarıstan Kralı I Karlın oğulları ilə evlənəcəyinə qərar verdi: İoanna Macarıstanlı Endryu ilə nişanlandı, Mariya isə böyük qardaşı ilə nişanlandı — Macarıstan taxtının varisi, Macarıstan Kralı I Lüdovik; lakin bu nişan, İoannanın evliliyi başa çatana qədər öldüyü təqdirdə Mariyanın kiçik qardaşı Endryu ilə evlənəcəyini şərtləndirdi. Kral Robert bu yolla Neapol tacından məhrum olan böyük qardaşının övladları ilə öz qan soyunu öz xeyrinə barışdırmaq istəyirdi. Mariyanın babası 20 yanvar 1343-cü ildə vəfat etdi.
Kastiliyalı Mariya
Kastiliyalı Mariya (isp. María de Castilla) (d. 14 noyabr 1401 - ö. 7 sentyabr 1458) – Araqon və Neapol kraliçası. Kastiliya kralı III Henrinin qızı və Araqon kralı V Alfonsonun xanımıdır. Əri səltənətinin böyük hissəsini səfərlərdə keçirdiyi üçün onun yerinə naibə olaraq ölkəni idarə etmişdir. Bundan başqa qardaşı Con dünyaya gələnədək Kastiliya taxtının varisi olaraq Asturiya şahzadəsi ünvanını daşımışdır. == Həyatı == === İlk illəri === Mariya Kastiliya kralı III Henri və Lankasterli Ketrinin ilk övladı idi. Onun xaç anası isə anasının ögey xalası olan rahibə Mariya Ayala oldu. Kastiliyalı mürəbbiyələr tərəfindən böyüdülən Mariya 6 yanvar 1402-ci ildə Toledo kortesi tərəfindən taxtın varisi və Asturiya şahzadəsi ünvanlarını aldı.
Keriya rayonu
Keriya rayonu (Uyğurca: كېرىيە ناھىيىسى, Kériye Nahiyisi, Keriyə Nah̡iyisi, Çincə: 于田县/於田縣; Pinyin: Yútián Xiàn) — Çin Xalq Respublikası ərazisində yerləşən, Sintszyan-Uyğur Muxtar Rayonunun cənubunda yerləşən, Hotan regionuna aid rayondur. == Yerləşməsi == Qərbində Zira rayonu, şimalında Sayar rayonu, şərqində Niya rayonu və cənubunda Tibet Muxtar Vilayəti yerləşmişdir. Bu bölgədən axan Keriya çayı və Keriya qəsəbəsi rayonda yerləşmişdir. Qərbi Han sülaləsi dövründə xaraba qalan şəhərlər oaln Yuanşa və ya Şumbulak Qum (Çincə: 圆沙古城, Yuansha gucheng) burada yerləşir. Keriya qəsəbəsinin 170 kilometr şimalındakı Tonqquzbastidə (T'ung-ku-tzu-pa-ßu-t'e) digər uyğurlardan çox fərqli dinə mənsub olan təxminən yüzə yaxın Uyğur ailəsi yaşayır. == Qəsəbə və kəndlər == Keriya ərazisi iki qəsəbə (镇 zhen), on üç çöl diyarı (乡 xiāng) və üç xüsusi çöl diyarı (虚拟 乡) kimi məskunlaşma vahidlərindən təşkil olunmuşdur. Mahalın əsas mərkəzi Keriya bir vahə sahəsidir. == Tarixi == Han sülaləsi dövründə Keriya ərazisində yaradılmış krallığa Jumi (拘 彌) adı verilmişdir. Juminin (Keriya ərazisi) Ninqmi (寧 彌) əsas mərkəzi hesab olunurdu. Bu krallıq Liuzonqdan (Lukçun) 4900 li (2037 km), Aide (qərb bölgəsindən) yaşayış məntəqəsindən və Luoyanqdan (洛陽 市) 12800 li (5325 km) uzaqlıqda yerləşmişdir.
Lavrenti Beriya
Lavrenti Pavloviç Beriya (gürc. ლავრენტი პავლეს ძე ბერია; 17 (29) mart 1899, Merxeuli[d], Kutaisi quberniyası – 23 dekabr 1953, Moskva) — dövlət və siyasi xadimi, Baş Dövlət Təhlükəsizliyi Komissarı (1941), Sovet İttifaqı Marşalı (1945), Sosialist Əməyi Qəhrəmanı (1943). == Fəaliyyəti == SSRİ Nazirlər Soveti Sədrinin müavini (1946–1953), SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini (1953). SSRİ Dövət Müdafiə Komitəsinin üzvü (1941–1944), SSRİ Dövət Müdafiə Komitəsi sədrinin müavini (1944–1945). VII çağırış SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvü, I–III çağırış SSRİ Ali Sovetinin deputatı. ÜİK(b)P MK üzvü (1934–1953), MK Siyasi Bürosu üzvlüyünə namizəd (1939–1946), Siyasi Büro üzvü (1946–1953). İosif Stalinə yaxın insanlardan biri olub. Stalinin tapşırığı ilə bir sıra vacib sahələrə, o cümlədən nüvə silahının yaradılmasına rəhbərlik edib. Stalinin vəfatından bir qədər sonra şpionajlıqda və hakimiyyəti ələ keçirməkdə ittiham edilərək həbs edilib. 23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin Xüsusi Heyətinin qərarı ilə güllələnib.
Macarıstanlı Mariya
Arpad sülaləsindən olan Macarıstanlı Mariya (mac. Mária; 1257, bilinmir – 25 mart 1323, Neapol) — Kral II Karlla evliliyi ilə Neapol Kraliçası olmuş qadın. O, Macarıstanlı V İştvan və onun həyat yoldaşı Kumanlı Yelizavetanın qızı idi. Mariya ərinin olmadığı müddətdə 1290–1294-cü illərdə Provansda və 1295–1296, 1296–1298 və 1302-ci illərdə Neapolda regent vəzifəsində çalışmışdır. == Ailəsi == Mariyanın anası digər kumanlar kimi şamanizm inancına sahib idi. O, Avropanın müasir xristianları tərəfindən bütpərəst hesab olunurdu və Yelizaveta Mariyanın atası İştvan evlənmək üçün katolikliyi qəbul etməli oldu. Onun hansı yaşda xristianlığı seçdiyi məlum deyil, lakin ola bilər ki, o, uşaqlıqdan Macarıstan kral sarayında pravoslav kimi böyüyüb. Mariya altı uşağın ikincisi idi. Onun bacıları Yelizaveta və Yekaterina hər ikisi Serbiyanın Kraliçası oldular. Başqa bir bacı, Anna II Andronik Paleoloq ilə evləndi.
Mariya Anna
Mariya Anna (isp. María Ana de España) (18 avqust 1606, Eskorial – 13 may 1646, Lins, Ens[d]) – İspaniya infantası, Müqəddəs Roma imperatoru III Ferdinandın xanımı. Fərqli zamanlarda ərinin yerinə naibə olaraq xidmət etmişdir. Atası İspaniya kralı III Filipp, anası isə Avstriyalı Marqaritadır. == Həyatı == === Uşaqlıq illəri === Mariya Anna 18 avqust 1606-cı ildə Madrid yaxınlığındakı Eskorial sarayında İspaniya kralı III Filipin qızı olaraq dünyaya gəldi. Valideynləri ikinci dərəcəli qohum idi. Belə ki, atası III Filipin babası V Karl və anası Marqaritanın babası I Ferdinand qardaş idi. Uşaq yaşlarından etibarən Mariya Annanın evlilik məsələsi atasının siyasi planlarında istifadə olundu. İlk namizədi dayısı olan Müqəddəs Roma imperatoru II Ferdinandın böyük oğlu və varisi Con-Karl idi. Ancaq nişanlısı 26 dekabr 1619-cu ildə anidən vəfat etdi və nişan pozuldu.
Mariya Antuanetta
Mariya Antuanetta (fr. Marie-Antoinette, əsl adı Mariya Antoniya Jozefa İohanna Habsburq-Lotringen, alm. Maria Antonia Josepha Johanna von Habsburg-Lothringen‎, ; 2.11.1755, Vyana, Avstriya — 16.10.1793, Paris, Fransa) — Fransa kraliçası, Kral XVI Lüdovikin arvadı. Avstriya imperatorunun qızı. == Həyatı == Həyat yoldaşı ilə birlikdə Fontenblo sarayında yaşayırdı. Fransa inqilabı başlanandan əksinqilabçıları, sui-qəsdçiləri və müdaxiləçiləri dəstəkləmişdir. Məhz buna görə konvent tərəfindən mühakimə olunmuş və edam edilmişdir. Kraliça Mariya Antuanetta edam olunmazdan əvvəl özünü çox sakit aparıb.
Mariya Bohun
Mariya Bohun (ing. Mary de Bohun; təq. 1369 – 4 iyul 1394, Piterboro qəsri[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı IV Henrinin ilk xanımı və V Henrinin anası. Əri onun vəfatından sonra İngiltərə taxtına çıxdı və bu səbəblə Mariya heç vaxt İngiltərə kraliçası ola bilmədi. == Həyatı == Herford qrafı Hemprey Bohun və xanımı Yuanna Fitzalanın qızı olan Marqarita ana şəcərəsindən Uels monarxlarının sülaləsindən gəlir. O və bacısı Elyanora atasının önəmli mülklərinin varisi idi və bu səbəblə kiminlə evlənəcəkləri mühüm problemə çevrilmişdi. Bacısı Elyanora III Eduardın kiçik oğlu Tomasla evləndi. Ancaq Tomas xanımının mirasının bölüşdürülməməsi üçün baldızını rahibə olmağa və kilsəyə qapanmağa məcbur edirdi. Gentli Conla müttəfiq olan xalasının köməyilə Tomasın yanından qaçdı və Arundel qalasına sığındı. Daha sonra bu qalada Gentli Conun oğlu Henriylə evləndi.
Mariya Boleyn
Mariya Boleyn (İngiliscə: Mary Boleyn) (d. 1499/1500 - ö. 19 iyul 1543) — İngiltərə kralı VIII Henrinin hakimiyyəti boyunca böyük gücə sahib olan Boleyn ailəsinə mənsub olan Kraliça Anna Boleynin bacısı. 1521-1526 tarixləri arasında Kral VIII Henrinin sevgililərindən biri olmuşdur. Kralın iki övladını dünyaya gətirsə də, kral bu uşaqların heç birini qəbul etmədi. Hətta bəzi şayələrə görə Mariya Boleyn 1515-1519 tarixlərində VIII Henrinin rəqibi Fransa kralı I Fransiskin də sevgilisi olmuşdur. Mariya Boleyn iki dəfə evləndi: 1520-ci ildə William Carey ilə və 1534-cü ildə William Stafford ilə gizlicə evləndi. Mariya Boleynin gizlicə baş tutan ikinci evliliyi isə həm bacısı Kraliça Anna Boleyni, həm də Kral VIII Henrini hirsləndirdi və nəticədə Mariya kral sarayından sürgün edildi. Həyatının geri qalanı haqqında məlumat çox azdır. Bacısı Anna Boleynin edamından sonra daha 7 il yaşadı.
Mariya Borisova
Mariya Borisova (d. 28 iyul 1997) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Mariya Borisova, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Mariya Borodakova
Mariya Borodakova — rusiyalı qadın voleybolçu. Dinamo Kazan klubunda kapitan olan Mariya blokçu möqeyində oynayır. == Karyerası == Mariya Borodakovanın karyerasının çox hissəsi Dinamo Moskvada keçmişdir. Voleybolçu burada beş sezon forma geyindikdən sonra Əczacıbaşına transfer olunmuşdu. Moskvada keçirdiyi beş mövsümdə üç dəfə Rusiya çempionatının qızıl medalını qazanan voleybolçu Türkiyədə heç bir çempionluq yaşaya bilməmişdi. 2010-cu ildə transfer olunduğu Dinamo Kazanda ən böyük uğurlarını yaşayan Mariya burada kapitanlıq sarğısına da yiyələnmişdi. Klubla keçirdiyi ilk mövsümdə Rusiya çempionatını və kubokunu qazanan voleybolçu 2013-14 sezonunda Çempionlar Liqasının kubokunun başı üzərinə qaldırmışdı. Həmin mövsümün öncəsi və sonrası Rusiya çempionatı qazanan Dinamo Kazanın kapitana Mariya 2014-cü ildə Klublararası dünya çempionatıında da çempionluq sevinci yaşamışdı.Borodakovanın milli komanda karyerası da klub karyerası kimi rəngarəndir. Hər bir voleybolçunun qazanmaq arsuzu olduğu dünya çempionatında iki dəfə fəxri kürsününün ən yüksək pilləsinə qalxmışdı.
Mədiya
Mədiya (ərəb. المدية‎) — Əlcəzairdə şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Medeya ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 80 km cənub-qərbdə və Blida şəhərindən 40 km cənubda, dəniz səviyyəsindən 880 metr yüksəklikdə yerləşir. == Əhalisi == İllərə görə şəhər əhalisi: == Nəqliyyat == Ən yaxın hava limanı Blida şəhərində yerləşir.
Kuriya-Muriya adası
Kuriya-Muriya adası (ərəb. جزر خوريا موريا‎ tərcümə. "Cuzur Xuruiya Muruiya") — Omana aid olan Ərəbistan dənizində yerləşən adalar qrupu. Ölkənin cənub-şərq sahilindən 40 kilometr məsafədə yerləşmişdir. == Coğrafiyası == Qrupa beş ada daxildir. Adalar ümumilikdə 73-lə km² ərazini əhatə edir. Qərbdən şərqə doğru: Əl-Xasikiya, Əs-Səud, Əl-Xallaniya, Qarzant və Əl-Kibliya adaları bir-birlərini əvəz edir. Adalar qranitdən ibarətdir və batırılmış dağ silsiləsinin zirvələrini təşkil edir. Adaların maksimum dəniz səviyyəsindən hündürlüyü 501 metrə bərabərdir. == Tarixi == Belə hesab edilir ki, əsasən bu adalar Insulae Zenobii adı altında bizim eramızın I əsrinin yazı mənbələrində xatırlanır.