Əxtər (qəzet)
Əxtər qəzeti - Qacarlar dövlətində mövcud vəziyyətini tənqid edən və əfkari – ümumiyyəyə güclü təsir göstərən, 1875-ci ildə İstanbulda çapdan çıxan və 20 il fəaliyyət göstərən mühacir mətbu orqanı.
1875-ci ildən etibarən İstanbulda çap edilən «Əxtər» qəzetinin ilk nömrələri gündəlik nəşr olunurdu. Nəşrin üçüncü ilindən həftədə iki dəfə çıxmış, birinci ilindən sonra isə həftəlik olmuşdur. Qəzetin naşiri – imtiyaz sahibi Ağa Məhəmməd Tahir, katibi isə Mirzə Mehdi idi.
«Əxtər»in ətrafında İstanbulda yaşayan nüfuzlu mühacirlər toplaşmışdılar. Qəzet vətənpərvər ziyalılar tərəfindən hazırlanırdı (adətən Qacarlar dövlətinin siyasi sosial məsələləri ilə bağlı yazıların müəlliflərinin adı ya verilmir, ya da şərti və ya baş hərflərlə verilirdi). Çoxlarının şəxsiyyətini müəyyən etmək çətin idi:
«M.Müştəri»
«M.Ə».
«Vətən və azadlıq sevən»
«Əxtər» və s.
Müxtəlif imzalarla müxtəlif iqtisadi, siyasi, mədəni, tarixi məsələlərin qoyuluşu və şərh olunması cəhətdən «Əxtər» o zamankı «Qərb» qəzetlərin nümunəsinə yaxınlaşırdı. Onun səhifələrində dövrün tanınmış azərbaycanlı ziyalıları Əbdürrəhimov Talıbov, Şeyx Əhməd Ruhi, Məhəmməd Tofiq Xəbirülmülk, Mirzə Həbib İsfahani, Mirzə Rza xan Vəkeşlu yaxından iştirak edirlər.