Əzablı yollar (film, 1995)
== Məzmun ==
Tammetrajlı film Azərbaycan Demokratik Cümhuriyyətinin banisi və onun rəhbəri, görkəmli siyasi və ictimai xadim Məmmədəmin Rəsulzadənin taleyi haqqında ekran əsəridir. Filmdə ADR liderlərindən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərlərinin həyatı ilə bağlı nadir sənədlərdən də istifadə edilmişdir. Kinolentin ayr-ayrı epizodları Türkiyədə, Fransada, Almaniyada, Karaqandada (Rusiya), Tbilisidə (Gürcüstan), Gəncədə, Bakıda və Abşeronun bir sıra kəndlərində çəkilmişdir.