Məhərrəm Abuşov
Məhərrəm Abuşov (7 iyul 1962, Əliquluuşağı, Qubadlı rayonu – 2 oktyabr 1994, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid.
== Həyatı ==
Abuşov Məhərrəm Qubad oğlu 1962-ci il 7 iyulda Qubadlı rayonunun Əliquluuşağı kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası- Həndəsə, Cəbr müəllimi Anası- Həkim. 1988-ci ildə Azərbaycan Texniki Universitetini bitirərək " Bakı Neft-Kimya sənayesi "zavodunda Mühəndis vəzifəsində çalışmışdır.1992-ci ildə könüllülərdən ibarət dəstəyə daxil olaraq, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə fərqləndiyinə görə "Baş leytenant" hərbi rütbəsinə qədər irəliləmişdir.1994-cü il oktyabrın 2-si Füzuli rayonunda qəhrəmancasına şəhid olmuşdur.
== Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı ==
==== Laləzar körpüsündə döyüş ====
1992-ci ilin Mart ayının 17-si idi. Həmin gün Məhərrəm nədənsə çox narahat idi. Tez-tez postlara baş çəkir, kəndlə əlaqə saxlayırdı. Bir yandan da rayondan qayıdan avtobus gecikirdi. Axşamın düşməyinə az qalırdı amma avtobus hələdə yox idi.