ALAĞIZLANMAQ

Azca xörək yeməklə mədəni sakitləşdirməyə respublikanın bəzi rayonlarında “alağızlanmaq” deyirlər. Güman edirəm ki, söz al (aldatmaq) ağız kəlmələrindən əmələ gəlib, yəni “ağızı aldatmaq”deməkdir. İkinci ehtimal da ola bilər: dilimizdə alaçiy, alatoran, alaqaranlıq kimi sözlər var və həmin sözlərdəki ala sözü “yarımçıq”anlamında işlədilib. Ola bilsin ki, alağız sözü ala və ağız kəl­mələrinin birləşməsindən törəyib: “yarımçıq, az miqdarda yemək”, “ağıza azca (tam olmayan, ala) nəsə ötürmək” deməkdir. Qaqauz dilində “tələm-tələsik” mənasında işlədilən alatlan kəlməsi var. Alat isə “tələsmək” mənasını verir. Bu baxımdan alağızlan sözü “atüstü, tələsik bir tikə yemək” anlamını da verir və alat kəlməsi ilə də bağlı ola bilər. 

ALAGÖZ
ALAKEŞ

Digər lüğətlərdə

душо́нка отечестволю́бие похо́дочка шелева́ть акт контаминацио́нный подсвети́ть промока́шка растя́па редукциони́ст чха́ть греметь рель artistry claystone conventionality idée fixe muzzle-loading pack-ice partridge valvula обрызгивать по-пластунски синеть сознание