1. köhn. Keçmişdə yoxsul, aşağı təbəqədən olan adamlara verilən ad.
Kükrər dağlar, bir-birinən deyini; Seçmək olmaz gədasını, bəyini…
[Rizvan:] İnsan dimağı birdir, istər padşah olsun, istər gəda.
[Qoca:] Bizim üçün şah və gəda təfavütü yoxdur.
2. məc. nifr. Səviyyəsiz, ləyaqətsiz adam haqqında. Gədaya borclu olma, ya toyda istər, ya bayramda. ( Ata. sözü ).
Mən Həcərəm, əbrü ətləs geymənəm; Hər yetən gədayə boyun əymənəm.
Ah, nə çıxılmaz yol imiş bu sevda; Tən etdi hər görən, güldü hər gəda.
// məc. Dilənçi, fəqir, yazıq, binəva.
Camalın sədqəsi, hüsnün zəkatı; Mənim tək binəva gədayə düşər.
[Təhmas bəy:] Əlimə çörəkçin baxan bir gəda; Salıb varlığımı bir yanar oda.
3. bax gədə 1-ci mənada.
Rəhmə gəlib, padşahım, deməzsən; Harda qalıb bu dərgahın gədası.
[Ağaməhəmməd xan:] …Ən ədna gədanın mənə yazığı gəlir, hamısının ədavətini qəlbimdən çıxararam.