HAFNİUM

хим. гафний (химический элемент)
HAFİZƏSİZLİK
HAKİM
OBASTAN VİKİ
Hafnium
Hafnium (Hf) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 72-ci element. == Kəşfi == Hafniumun kəşfi atomun quruluşu haqqında kvant nəzəriyyəsinin praktiki surətdə isbatı ilə əlaqədar olaraq, elm tarixində böyük əhəmiyyətə malikdir. Dövri sistemdə 72-ci elementin mövcudluğu atom quruluşunun kvant nəzəriyyəsinin müddəaları əsasında əvvəlcədən müəyyən edilmişdir. Elementi macar kimyaçısı D.Heveşi və holland alimi Koster 1923-cü ildə sirkon mineralının tərkibində kəşf etmiş və ona Kopenhagen şəhərinin adı ilə əlaqədar olaraq, hafnium adı vermişlər. Hafniumun Yer qabığında miqdarı 3,2-10-4%-dir. O səpələnmiş element olub, fərdi minerala malik deyil. Hafnium sirkonium minerallarında izomorf qatışıq (20%-ə qədər olur) şəklində rast gəlir. Bu elementlərin Yer qabığında birlikdə yayılması onların ion radiuslarının çox yaxınlığı (Zr+ - 0,74 A, Hi+-0,74A) və kimyəvi oxşarlıqları ilə əlaqədardır. == Alınması == Hafnium, HfO2-in 1300oC-də natrium ilə reduksiyası nəticəsində alınır: HfO2 + 4Na = 2Na2O + Hf == Fiziki xassələri == Hafnium kompakt halda poladaoxşar ağ metaldır. O çətin əriyir.

Digər lüğətlərdə

алле́ргик вялова́то девятикла́ссник обмо́лвиться о́смос паропрово́дный пенсионе́рка перевёрт помусо́лить пригля́д разве́дчик багро́во кари́йская каторга кру́пный насты́ть неприкоснове́нный остропи́ливать сложённый шерочка aurally cantraip commercial vehicles prednisolone tab washer недодать