Likör
Likör (fr. liqueur; lat. liquor — "maye") — tünd, şirin, ətirli alkoqollu içki.
== Haqqında ==
Likör bir sıra meyvələrlə, ədviyyatlarla, qaymaqla, çiçəklərlə, çərəzlərlə ətirləndirilmiş spirtli içki növüdür. Likör yalnız distilyasia olunmuş alkaqoldan hazırlanır və adətən şirin içki hesab edilir.
Likör sözü (liqoeur) latınca liquifacere (həll etmək / ərimək) kəlməsindən əmələ gəlmişdir. Əksər Likörlərin alkaqol dərəcəsi 15%-30% olmaqla, bəzən 55%-dək arta bilir.
İlk likör XIII əsrdə İtaliyada rahiblər tərəfindən hazırlandığı güman edilir.
Bir sira tanınmış likorlar var ki, bunlara misal olaraq Chambord, Baileys, Kahlua, St-Germain, Cointreau, Sambuca, Jagermeister, Frangelico, Grand Marnier ve s. göstərmək olar.