NÖQTƏBƏNÖQTƏ

zərf [ ər. nöqtə və fars. …bə…] Tamamilə, olduğu kimi, eynən, heç bir kəlmə buraxmadan, kəlməsi-kəlməsinə, sözbəsöz, bütün təfərrüatı ilə. Nöqtəbənöqtə danışmaq. Nöqtəbənöqtə yazıb vermək.
– Yazılsa nöqtəbənöqtə, deyilsə hərfbəhərf; Qurtarmaz həşrə qədər halü-macərası gülün. X.Natəvan.
[Bəy:] O da bizə məlumdur ki, mərhumun adı bu saat qubernatorun hüzurunda nöqtəbənöqtə yazılıbdır. Mir Cəlal.

NÖQTƏ
NÖQTƏCƏ

Значение слова в других словарях