NİFRƏTAMİZ

sif. [ ər. nifrət və fars. …amiz] Nifrət oyadan, nifrətə səbəb olan. Nifrətamiz bir mənzərə. Nifrətamiz hərəkət.
// Nifrət bildirən, nifrətlə dolu, nifrətli.
Keçmişdə “millət” sözü bizim dilimizdə az işlənərdi və işləndikdə nifrətamiz bir mənanı ifadə edərdi. F.Köçərli.
Hüseynağa qapıdaca Kərimə nifrətamiz bir nəzər saldı. M.İbrahimov.

NİFRƏT
NİFRƏTƏŞAYAN

Значение слова в других словарях