Bəxtiyar Məmmədov (neftçi)
Məmmədov Bəxtiyar Məmməd Rza oğlu (18 oktyabr 1925, Nuxa – 26 mart 1989, Bakı) — Azərbaycan neftçisi, exnika elmləri namizədi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSRİ-nin Dövlət mükafatı laureatı, Respublikanın əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, SSRİ-nin neft ustası fəxri adlarına layiq görülmüşdür. Qırmızı Əmək Bayrağı, Oktyabr İnqilabı ordenləri və medallarla təltif edilmişdi. Bəxtiyar Məmmədov 4 çağırış Azərbaycan SSR-in, 1 çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdu.
== Həyatı ==
Bəxtiyar Məmməd Rza oğlu Məmmədov 18 oktyabr 1925-ci ildə Şəki şəhərində anadan olmuşdur. Erkən yaşlarından zəhmətə alışan Bəxtiyar orta məktəbi qurtardıqdan sonra 1943-cü ildə o dövrün ən nüfiızlu ali məktəblərindən olan Azərbaycan Sənaye İnstitutuna daxil olmuş və oranı 1949-cu ildə bitirərək, dağ-mədən mühəndisi ixtisasına yiyələnmişdir. Bəxtiyar Məmmədov neft-qazçıxarma sənayesində əmək fəaliyyətinə institutda oxuduğu illərdən başlamışdır.
1948-ci ildə Orcenikidzeneft neft-mədən idarəsinin neft hasilatı üzrə usta köməkçisi, usta, mədən rəisinin köməkçisi, böyük mühəndis; 1951–1952-ci illərdə Qobustanneft trestinin böyük mühəndisi, Umbakı mədəninin rəisi, 1952–1955-ci illərdə Gürganneft neft- mədən idarəsində I və II mədənlərin müdiri; 1955–1962-ci illərdə Gürganneft (indiki Neft Daşlan NQÇİ) neft-mədən idarəsinin rəisi; 1962–1963-cü illərdə "Azneft" Birliyinin rəis müavini, baş mühəndis; 1963–1965-ci illərdə Başdənizneft idarəsinin rəisi; 1965–1970-ci illərdə Azərbaycan SSR-in Neft Sənayesi naziri; 1970–1972-ci illərdə Xəzərdənizneft İstehsalat Birliyinin rəisi; 1972–1974-cü illərdə 26 Bakı Komissan adma NQÇİ-nin rəisi; 1974–1976-cı illərdə xarici ölkəyə xidməti ezamiyyətdə — Nigeriyada kontrakt rəhbərinin məsləhətçisi; 1976–1982-ci illərdə "Dənizneftqazlayihə" DETL İnstitutunun elmi işlər üzrə direktor müavini; 1982–1986-cı illərdə "SSRİ-nin 50 illiyi" adına NQÇİ-nin ("Bulla-dəniz" NQÇİ) rəisi; 1986–1989-cu illərdə Dənizneftqazlayihə DETL İnstitutunda şöbə rəisi işləmişdir.
1943-cü ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. Onun əmək fəaliyyəti bütünlüklə Azərbaycanda neft yataqlarının mənimsənilməsi ilə bağlı idi. İnstitutu bitirdikdən sonra o Ordjenikidzeneft trestinin mədənlərində neft hasilatı və qazılması üzrə usta köməkçisi, usta, böyük mühəndis, sonra isə, Qobustanneft trestinin ÜmBakı yatağında baş mühəndis və mədən rəhbəri işləmişdir.