OSTEOMİELİT

сущ. мед. остеомиелит (воспаление костного мозга, обычно с распространением на все слои костной ткани)
OSTEOMA
OSTİT
OBASTAN VİKİ
Osteomielit
Osteomielit — sümük infeksiyası. Simptomlara sümükdə ağrı, qızartı, qızdırma və zəiflik daxil ola bilər. Uşaqlarda ən çox qol və ayaqların uzun sümükləri, bud sümüyü və çiyin, böyüklərdə isə topuq, onurğa və yan sümükləri təsirlənir. == Səbəbi == Səbəbi adətən bakterial infeksiyadır, lakin nadir hallarda göbələk infeksiyası da ola bilər. Osteomielitin inkişafı üçün risklər arasında şəkərli diabet, venadaxili narkotik istifadəsi, dalağın əvvəlcədən çıxarılması və həmən bölgənin travması daxildir. Uşaqlarda adətən uzun sümüklərin ucları olan metafizlər təsirlənir. Yetkinlərdə fəqərə və çanaq sümüyü ən çox təsirlənir. Osteomielit ağciyər vərəmi olan xəstələrin 1-3%-də ikinci dərəcəli ağırlaşmadır. Vərəm osteomielitində uzun sümüklər və fəqərələr təsirlənməyə meyllidir. Stafilokokkus aureus, osteomielitin bütün formalarından ən çox təcrid olunmuş orqanizmdir.