1. klas. Vaxt, zaman.
Bilmədin halını, bihudə keçirdin ovqat.
Onunçün bir ovqat teleqrafları çap etməklə, gələcəkdə tazə bir qəzavüqədərə müntəzir olduq.
2. Əhval-ruhiyyə, ruhi vəziyyət, hal, kef.
Ovqatı qarışıqdır.
◊ Ovqatına soğan doğramaq zar. – kefini, əhvalını pozmaq.
[Əşrəf bəy:] İndi mən bilirəm, şəhərdə bu xeyir xəbər neçə adamın ovqatına soğan doğrayıb.
Ovqatı təlx – kefi, əhvalı pozulmuş.
Axşam xan ovqatı təlx evə qayıtdı.
Əmi ovqatı çox təlx evə gəldi.