VAHİMƏ

is. [ ər. ] Xəyala gələn qorxulu şeylər, hövl.
Təklik, xarabanın vahiməsi, qaranlıq gecə … bunların heç birisi ərindən qaçmış cavan gəlinə əsər edə bilmədi. Çəmənzəminli.

// Qorxu, dəhşət; təşviş və narahatlıq.
Hamının gözündə küt və vahimə ilə dolu bir ifadə hakim idi. M.İbrahimov.
Qız vahimə və iztirabla yoldaşlarına baxır və heç bir söz demirdi. İ.Əfəndiyev.

□ Vahimə basmaq (götürmək, bürümək) – bərk qorxmaq, dəhşətə düşmək, qorxuya düşmək, vahimələnmək.
Nurəddin qorxaq uşaq deyilsə də, meşənin vahiməsi onu da basmışdı. S.S.Axundov.
Tellini yenidən vahimə bürüdü.
O qorxurdu. S.Hüseyn.

Vahimə etmək – qorxmaq.
[Ağa Kərim:] Gərək o hər necə desə, onun sözündən çıxmayasan və heç vahimə və ehtiyat etməyəsən. M.F.Axundzadə.
Heç vahimə etmirəm əcəldən; Mən qorxmamışam, ana, cədəldən. A.Səhhət.

Vahiməyə düşmək – bax vahimələnmək.
Dolama yollarla enirkən bəzi yoldaşlarımız vahiməyə düşdü. S.Rüstəm.
Xanlar anasının daha da narahat olduğunu, doğrudan da vahiməyə düşdüyünü görüb, onu toxdatmağa çalışdı. S.Rəhimov.

Vahiməyə salmaq – bax vahimələndirmək.
Həyətə girdikdə əsrarəngiz … sükut insanı vahiməyə salırdı. M.İbrahimov.

Синонимы

  • VAHİMƏ vahimə bax qorxu
  • VAHİMƏ qorxu — təlaş — təşviş — dəhşət — narahatlıq

Антонимы

  • VAHİMƏ VAHİMƏ – CƏSARƏT Tellini yenidən vahimə bürüdü. O qorxurdu (S.Hüseyn); Aləm bilir ki, səndə olan cəsarət, kişilik bizim heç birimizdə yoxdur (M
VAHİDLİK
VAHİMƏLƏNDİRİLMƏ

Значение слова в других словарях