XİL

I
(Quba)
bax xiy I
II
(Zaqatala)
meyvə dərmək üçün ucu haça ağac
XİDVA
XİLBİR
OBASTAN VİKİ
Lusiya Xil
Lusiya Xil Santiaqo (isp. Lucía Gil Santiago; 29 may 1998, Madrid) — İspaniya müğənnisi və aktrisası.
Karlos Kastanyo Xil
Karlos Kastanyo Xil (16 may 1965 – 16 aprel 2004) – Kolumbiyada sağçı paramilitar təşkilat olan Kordoba və Uraba Kəndlilərinin Özünümüdafiə Qüvvələrinin (ACCU) qurucusu. Qrup, ataları Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) tərəfindən əsir götürülüb öldürüldükdən sonra Karlos ilə qardaşları Fidel və Visente tərəfindən quruldu. ACCU daha sonra Kolumbiya Birləşmiş Özünümüdafiə Qüvvələrinin (AUC) qurucu üzvlərindən biri oldu. Karlos 1965-ci ildə Amalfidə heyvandarlıqla məşğul olan bir ailənin oğlu olaraq dünyaya gəldi. 1981-ci ildə atası İesus Kastanyo, FARK partizanları tərəfindən qaçırıldı və azad edilməsi üçün 50 milyon peso tələb edildi. Kastanyolar sadəcə 16 milyon toplaya bildilər. Nəğd ödənişə baxmayaraq, atalarını ölümcül vəziyyətdə bir ağaca bağlanmış şəkildə tapdılar. Atalarının ölümü ilə Fidel, Visente və Karlos başda FARK kimi solçu partizanlara qarşı mübarizə aparmaq fikri ilə Kordobada bir çox silahlı paramilitar qrupun yaradılmasında fəal iştirak etməyə başladı. Özünümüdafiə qüvvələri olaraq adlandırılan bu qruplar, ilk başda yerli torpaq və ferma sahibləri ilə biznesmenlər tərəfindən maliyyələşdirildi, daha sonra isə narkotik ticarəti və fidyələrdən gəlir əldə etməyə başladı. Karlosa qardaşı, ordu zabitləri və paramilitar qrupun əməkdaşları, həmçinin, İsrailli Yair Klein tərəfindən döyüş təlimi keçildi.
Xuan Xil Navarro
Xuan Xil Navarro (isp. Juan Gil Navarro) (15 avqust 1973, Buenos-Ayres) — Argentinalı aktyor,Verano del '98, Floricienta, Qaraçı qanı və Lalola telenovellalarında çəkilib. Juan öz təhsilinə Rudolf Ştayner Şul alman məktəbində başlamışdır və məhz aktyorluq sənətini də (teatr)orada başlamışdır.
Emilio Portes Xil
Emilio Kandido Portes Xil (isp. Emilio Cándido Portes Gil, İspanca tələffüz: [eˈmiljo ˈpoɾtes xil]; 3 oktyabr 1890, Syudad-Viktoriya[d], Tamaulipas[d] – 10 dekabr 1978, Mexiko) — Meksika dövlət xadimi, İnstitusional İnqilab Partiyasının sədri və 1928–1930-ci illərdə Meksika Prezidenti. Portes Xil 1914-cü ilin sonundan Venustiano Karransanın rəhbərliyi altında inqilabi hərəkatda iştirak etmişdir. 1920-ci il prezident seçkilərində Karransaya qarşı Alvaro Obreqonu dəstəkləmişdir. Obreqon prezident seçildikdən sonra Portes Xil Tamaulipas ştatının müvəqqəti qubernatoru olmuşdur. O, həmçinin Plutarko Elias Kalyesin prezidentliyi dövründə, 1925–1928-ci illərdə Tamaulipas qubernatoru vəzifəsində çalışmışdır. Meksikanın müvəqqəti prezidenti kimi o, dövrün dominant siyasi qüvvəsi olan eks-prezident Kalyesin təsiri səbəbindən prezident səlahiyyətlərini sərbəst şəkildə həyata keçirə bilməmişdir. Portes Xil 1930–1931-ci illərdə Meksikanın yeganə siyasi partiyası olan İnstitusional İnqilab Partiyasının sədri olmuşdur. Daha sonra o, Meksikanın Fransadakı səfiri və 1931–1932-ci illərdə Millətlər Liqasının nümayəndəsi, baş prokuror və xarici işlər naziri olmuşdur. 1936-cı ildə siyasətdən təqaüdə çıxmışdır.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti
Xəzər Hövzə Qəza-xilasetmə Xidməti-Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxildir. Xəzər Hövzə Qəza-xilasetmə Xidməti (XHQXX) Fövqəladə Hallar Nazirliyinin tərkibində önəmli yer tutan qurumlardan biridir. Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin sələfi olan “İxtisaslaşdırılmış Hövzə Qəza-xilasetmə Xidməti” 1959-cu ildən 1991- ci ilə qədər Xəzər Dəniz Gəmiçiliyinin, 1992-2006-cı illərdə isə Azərbaycan Respublikası Nazirlər kabinetinin tərkibində olmaqla dənizdə axtarış-xilasetmə, sualtı-texniki, 1980-cı ildən neft dağılmalarının ləğvi, 1983-cü ildən xilasedici-qoruyucu vasitələrin təmiri,yoxlanılması və sertifikatlaşdırılması işlərini həyata keçirmişdir.Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə Xidmət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi strukturunun tərkibinə verilmiş və Fövqəladə Hallar Nazirliyinin 16 may 2008-ci il tarixli 049a nömrəli əmri ilə yenidən təşkil olunaraq, Əsasnaməsi və strukturu təsdiq edilmişdir. Xəzər Hövzə Qəza-xilasetmə Xidməti Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sektorunda və digər sularda ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, dəniz-hidroloji və s.) və texnogen (neft-qaz hasilatı və emalı obyektlərində, quruda və sularda magistral boru kəmərlərində, dəniz və digər nəqliyyat növlərində, hidrotexniki qurğularda qəzalar, yanğınlar, partlayışlar və s.) xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində öz səlahiyyətləri daxilində idarəetmə, əlaqələndirmə və nəzarət üzrə dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edən və həyata keçirən, habelə quruda və sularda qəzaların baş vermə ehtimalı böyük olduqda, yaxud baş verdikdə neft və neft məhsullarının dağılması ilə əlaqədar yaranmış fövqəladə hallara çevik reaksiya verilməsi, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə fəaliyyətin təşkilini, sularda baş vermiş qəza və hadisələr zamanı axtarış-xilasetmə işlərinin həyata keçirilməsini təmin edən bir qurumdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti bu gün öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, normativ hüquqi aktları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, o cümlədən Xidmətin Əsasnaməsini, Beynəlxalq Əmniyyətli İdarəetmə Məcəlləsinin tələblərini əsas götürərək dənizdə qəza-xilasetmə, yedək, dalğıc, neft dağılmalarının ləğvi, insanların daşınması, xilasedici-qoruyucu vasitələrə xidmət işlərini həyata keçirir. Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin fəaliyyəti Beynəlxalq Menecment sisteminin İSO 9001:2008; İSO 14001:2004; OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun tənzimlənir. Gəmiçilik Dağılmış neftin ləğvi Dalğıc və sualtı texniki işlər Torpaqsorma və dibdərinləşdirmə işləri Xə­zər Höv­zə Qə­za-xi­la­set­mə Xid­mə­ti key­fiy­yət, eko­lo­gi­ya, pe­şə təh­lü­kə­siz­li­yi və əmək mü­ha­fi­zə­si sa­hə­sin­də əl­də et­di­yi uğur­la­ra gö­rə mü­va­fiq ser­ti­fi­kat­la­ra la­yiq gö­rül­müş­dür. Xid­mət BP, Fuq­ro, OS­CA Cas­pian, Sai­pem ki­mi xa­ri­ci şir­kət­lə­rin si­fa­ri­şi ilə də­niz­də müx­tə­lif əmə­liy­yat­lar hə­ya­ta ke­çi­rir. Gə­mi­çi­lik­lə bağ­lı əsa­sən müx­tə­lif tə­yi­nat­lı (ax­ta­rış-xi­la­set­mə, ye­dək, dal­ğıc, yük­sək sü­rət­li və s.) gə­mi­lə­rin is­tis­ma­rı­nı hə­ya­ta ke­çi­rən XHQXX qə­za-xi­la­set­mə ha­zır­lı­ğı­nın apa­rıl­ma­sı, ax­ta­rış-xi­la­set­mə iş­lə­ri­nin təş­ki­lini yerinə yetirir. Xə­zər Höv­zə Qə­za-xi­la­set­mə Xid­mə­ti baş ver­miş qə­za ha­di­sə­lə­ri­nin qey­də alın­ma­sı, təd­qi­qa­tı və qə­za hal­la­rı­nın qar­şı­sı­nın alın­ma­sı­na da­ir təd­bir­lər pla­nı­nı ha­zır­la­ya­raq, qə­za və­ziy­yə­ti­nə düş­müş gə­mi­lə­rin ka­pi­tan­la­rı­na və di­gər üzən va­si­tə­lə­rin rəh­bər­lə­ri­nə təh­lü­kə­siz üz­mə ba­rə­sin­də gös­tə­riş və məs­lə­hət­lər ve­rir.
Azərbaycan xilaskarlarının xatirəsinə (film, 1937)
Azərbaycan xilaskarlarının xatirəsinə filmi rejissor Vladimir Yeremeyev tərəfindən 1937-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Film Orconikidzenin dəfni günü Bakının mədənlərində, zavodlarında və fabriklərində matəm mitinqlərinə həsr olunmuşdur. Film Orconikidzenin dəfni günü Bakının mədənlərində, zavodlarında və fabriklərində matəm mitinqlərinə həsr olunmuşdur.
Azərbaycan Ərəb Xilafətinin tərkibində
Azərbaycan İslam Xilafətinin tərkibində — VIII əsrdə Sasanilər imperiyasının fəth edilməsi ilə imperiyanın tərkibində olan Cənubi Azərbaycan, Qafqaz Albaniyasının fəth edilməsi ilə isə Şimali Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olmuşdur. 637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yezdəgird Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639–640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639–640-cı ildə vətəninə qayıdır. Bu dövrün hadisələrini əks etdirən ərəb mənbələrinin bir qismi ərəblərin Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 639–640-cı illərdə baş verdiyini qeyd edir. Bu müəlliflərdən "fütuhat" haqqında xüsusi kitab yazmış IX əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın hicri tarixi ilə 18 (639)-ci ildə Huzeyfə ibn əl-Yəmənin başçılığı ilə sülh yolu ilə alındığı barədə məlumat verir. Azərbaycanın real fütuhatının başlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, İyad ibn Ğənmin başçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu ilin avqustunda başlamış Mesopotamiyanın işğalı prosesində Azərbaycan ərazisinə hücum (və bəlkə də hücumlar) olmuşdur.
Bizans - Xilafət müharibələri
Bizans-ərəb müharibələri (VII–XI əsrlər) — Yaxın Şərqdə, Aralıq dənizində və Cənubi Qafqaz uğrunda Xilafətin Bizansla müharibəsi. Cihad və islamın yayılması adı ilə Əbu Bəkrin dövründə Aralıq dənizinin şərq sahilindəki işğallardan başlamışdır. 633-cü ildə Vadi- Ərəbdə(Ölü dənizindən cənuba) ərəblər öz ilk böyük qələbələrini qazandılar. 7-ci əsrin ikinci yarısında Bizans bir sıra məğlubiyətlərdən sonra Suriyada, Fələstində, İraqda, Misirdə, Cənubi Qafqazda, qismən Şimali Afrikadakı mülklərini itirdi. 646-cı ildə Xilafət ordusu İsgəndəriyyəni, Kipr (648) və Rodos (654) adalarını birdəfəlik tutdu. 668-ci ildən hərbi əməliyatlar əsasən Kiçik Asiyada aparılırdı. 668–669,673–678, 716–717-ci illərdə donanmanın dəstəyilə ərəb qoşunları Konstantinopola qarşı bir neçə yürüş təşkil etdilər. Sonuncu yürüş vaxtı(717) Xilafətin ordusu və donanması məğlub oldu, bu Anadoludakı ərəb işğallarına son qoydu. Sonrakı 20 il ərzində bu rayonda müharibə dəyişkən uğurla getdi. 739-cu ildə Bizans ordusu ərəbləri Akroin (indi Karahisar) şəhəri yanında darmadağın etdi, bundan sonra ərəblər Kiçik Asiyanın qərb hissəsindən təmizləndilər.
Boçkaşəkilli xilokorus
Boçkaşəkilli xilokorus (lat. Chilocorus renipustulatus Scriba.) — Bədəni ovalşəkillidir, üzərində iki ləkəsi var, parlaqdır, başın yanları tükcüklə örtülüb. Bədəni ovalşəkillidir, üzərində iki ləkəsi var, parlaqdır, başın yanları tükcüklə örtülüb. Rəngi xakidir, iri gözləri aydın bilinir. 4–5 mm böyüklükdədir. Naxçıvan üçün xarakterik növdür, meyvə bağlarında, qovaq ağacında və bəzi yabanı bitkilər üzərində yayılır. Yastıcalarla qidalanır. İl ərzində iki nəsil verir. Quru xəzəllərin və qurumuş ağacların qabığı altında qışlayır. Müxtəlif növ yastıcalarla qidalanırlar.
Döyüş axtarış-xilasetmə
Döyüş axtarış-xilasetmə müharibə və ya münaqişə zamanı təhlükəli ərazidə müttəfiq heyəti xilas etmək üçün qısa mübarizə aparılmasıdır. Bu əməliyyatlarda əsasən Sikorski UH-60, Eurocopter Cougar kimi helikopterlərdən; C-130, CN-235 kimi hərbi nəqliyyat təyyarələridən istifadə edilərək, həmçinin hava qüvvələrinin dəstəyi ilə düşmən hücumunu dəf etməklə şəxsi heyətin xilas edilməsi əsas məqsəddir. Əvvəlcə əməliyyatda təhlükə altındakı heyətin yeri müəyyən edilir və sonrakı mərhələdə havadan və qurudan bölgəyə sızaraq heyətə kömək edilir. İlk yardım və tibbi yardım yanına çatılmış heyətin həyati funksiyalarını qiymətləndirdikdən sonra tətbiq olunur. Təhlükəsizlik təmin edildikdən sonra qrup və xilas edilmiş heyət ərazidən təxliyə edilir.
Dünyanı xilas edən adam (film, 1982)
Dünyanı xilas edən adam (türk. Dünyayı kurtaran adam)1982-ci il, türk filmi.
Dünyanın xilaskarı
Dünyanın xilskarı (isp. Salvator Mundi) — Məşhur rəssam Leonardo da Vinçinin əsəri. Leonardo da Vinçi "Salvator Mundi" rəsmini 1506–1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib. Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər. Əvvəllər "Salvator Mundi"nin sahibi amerikalı bir diller olmuşdur. Əsərin 2011-ci ilin noyabrında London milli qalereyasında auksiona çıxarılması gözlənilirdi. "Salvador Mundi" 2017-ci ilin noyabrında "Kristis" auksionunda 450 milyon dollara satılmaqla, ən bahalı rəsm əsəridir. Ən bahalı rəsm əsərlərinin siyahısı Qiyməti 201 milyon dollar olan portret!
Dünyanın xilaskarı (da Vinçi)
Dünyanın xilskarı (isp. Salvator Mundi) — Məşhur rəssam Leonardo da Vinçinin əsəri. Leonardo da Vinçi "Salvator Mundi" rəsmini 1506–1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib. Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər. Əvvəllər "Salvator Mundi"nin sahibi amerikalı bir diller olmuşdur. Əsərin 2011-ci ilin noyabrında London milli qalereyasında auksiona çıxarılması gözlənilirdi. "Salvador Mundi" 2017-ci ilin noyabrında "Kristis" auksionunda 450 milyon dollara satılmaqla, ən bahalı rəsm əsəridir. Ən bahalı rəsm əsərlərinin siyahısı Qiyməti 201 milyon dollar olan portret!
Fatimilər xilafəti
Fatimilər xilafəti (ərəb. الخلافة الفاطمية‎, əl-Xilafa əl-Fatimiyyə) — Fatimilərin idarə etdiyi hərbi-teokratik dövlət. Şimali Afrikada yaranmışdır. Antifeodal xarakter daşıyan ismaililər hərəkatının genişlənməsindən istifadə edən ilk Fatimi xəlifəsi Ubeydullah əl-Mehdi (909–934) ərəb və bərbər tayfalarının köməyi ilə Əğləbiləri hakimiyyətdən salaraq Fatimilər xilafətinin əsasını qoymuşdu. O, az bir muddətdə Mərakeş istinsa olmaqla bütün Şimali Afrikanı tutmuşdur. Yarım əsr sonra Misir və Suriya da Fatimilər xilafətinə daxil edilmişdir. 969-cu ildə Fatimi sərkərdəsi Cauhər Misiri tutmuş və Qahirə şəhərinin əsası qoyulmuşdur. 973-cü ildə ildə Qahirə xilafətin paytaxtı elan edilmişdir. X əsrin sonunda Fatimilərin hakimiyyəti Suriyadan Mərakeşə qədər yayılmışdı. Fatimi xəlifələri (xəlifə eyni zamanda ismaili imamı sayılırdı) tədricən feodal hakimlərinə çevrilmişdilər.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli 511 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə" təsdiq edilmiş və həmin tarixdən etibarən Müfəttişlik fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamə" təsdiq edilmişdir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Əsasnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarda kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və su keçidlərinin təhlükəsiz istismarına texniki nəzarəti, həmçinin çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır. kiçikhəcmli gəmilərin və onların dayanacaq bazalarının istifadəsi zamanı dövlət və texniki nəzarəti, kiçikhəcmli gəmilərin dayanacaq bazalarında insanların təhlükəsizliyi ilə bağlı tələblərə əməl olunmasına nəzarəti həyata keçirir; kiçikhəcmli gəmilərin təsnifatına uyğun olaraq onların dövlət qeydiyyatını və uçotunu aparır, onları ilkin və illik texniki müayinədən və baxışdan keçirir; kiçikhəcmli gəmilərə dövlət - bort nömrəsinin, qeydə alınmış gəmilərə gəmi biletinin və digər sənədlərin verilməsini təmin edir; kiçikhəcmli gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin, su keçidlərinin, eləcə də çimərliklərin texniki baxışdan keçirilməsini təmin edir; kiçikhəcmli gəmilərin reyestri, onları idarə etmək hüququ verən sürücülük vəsiqələri, həmçinin kiçikhəcmli gəmilərin və gəmi sürücülərinin qeydiyyat sənədlərinin uçotunu aparır; kiçikhəcmli gəmilərin öz təyinatı üzrə istismar olunmasına nəzarət edir; çimərliklərdə, su hövzələrində və sututarlarda insanların axtarışını və xilasını, dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirir; çimərliklərin yararlı hala salınması və çimərliklərdə təhlükəsizlik qaydalarına əməl edilməsi üçün tədbirlər görür, burada yaradılmış xilasetmə məntəqələrinin xilasetmə avadanlıqları, rabitə və digər texniki vasitələrlə təchizatına nəzarət edir; kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısını almaq və insanların su obyektlərində təhlükəsizliyini təmin etmək məqsədi ilə əhali arasında maarifləndirmə işləri aparır, bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kiçikhəcmli gəmilərə nəzarət üzrə 5 region şöbəsi var: Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Şimal regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Muğan regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Cənub regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Daxili su hövzələri üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi. Bu region şöbələri kiçik həcmli gəmilərə texniki nəzarət, qeydiyyatdan yayınan kiçik həcmli gəmilərin qeydiyyata cəlb olunması, gəmilər üzərində seriya və bort nömrəsinin yazılmasına nəzarət, əhali arasında maarifləndirmə işinin aparılması və sair bu kimi funksiyaları həyata keçirirlər. Kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə ölkə ərazisindəki fiziki və hüquqi şəxslərə məxsus kiçik həcmli gəmilərə texniki nəzarəti həyata keçirir. Texniki baxış zamanı gəminin texniki sənədləri yoxlanılaraq gəminin tutumu, onun yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, yelkənlərin sahəsi, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, gəmidə xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatı yoxlanılır. Texniki baxışdan keçirilmiş kiçik həcmli gəmilər Xidmət tərəfindən dövlət qeydiyyatına alınaraq müvafiq bort və seriya nömrələri, gəmi bileti və texniki talonlarla təmin edilirlər.
Kordova xilafəti
Əndəlüs Əməvi Xilafəti (ərəb. خلافة قرطبة‎) və ya Kordova Xilafəti - indiki İspaniya və Portuqaliyada mövcud olmuş tarixi sünni İslam xilafəti. Kordova xilafəti ərəblər tərəfində 756-cı ildə Avropada yaranmışdır.
Müqəddəs Xilaskar İsa Məsih kafedralı (Şuşa)
Müqəddəs Xilaskar Kafedralı (erm: Սուրբ Ամենափրկիչ մայր տաճար /Surb Amenaprkiç mayr taçar/) və ya Qazançetsots Kilsəsi (erm: Ղազանչեցոց Եկեղեցի /Ğazançetsots Yekeğetsi/) və ya bəzən Azərbaycan mənbələrində Qazançı Kilsəsi/Kafedralı adlandırılan, 8 noyabr 2020-ci ilə qədər Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının mərkəzi hesab edilən kilsə kompleksi. Erməni mənbələrinin verdiyi məlumata görə, kilsənin hazırkı yerində Abidənin 1987-ci ildə hazırlanmış pasportunda "Qazançılar kilsəsi"nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub".1722-ci ildən bəri mövcud olmuş başqa bir kilsə yerləşmişdir. Həmin qaynaqlara görə daha köhnə kilsənin zəng qülləsi 1858-ci ildə Xandəmiryants ailəsinin vəsaiti hesabına inşa edilmişdir. Hazırkı kilsə isə, Culfanın Qazançı kəndindən Şuşaya köçmüş ermənilərin vəsaiti hesabına 1868–1887-ci illər arasında tikilmişdir. Bu səbəbdan də kilsəyə Qazançılı mənasına gələn Ğazançetsots (erm. Ղազանչեցոց) kilsəsi deyilməkdədir. 20 sentyabr 1888-ci ildə dualarla rəsmi açılış mərasimi ilə dindarların istifadəsinə verilmişdir. 1920-ci ildə Qarabağda ermənilərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı üsyan hərəkatının yatırılması zamanı kilsə ciddi dağıntılara məruz qalmışdır. Sovet hakimiyyətinin Qafqazda bərqərar olmasından sonra, yeni rejimin din və dini obyektlərə münasibəti kəskin olduğundan, kilsə ibadət üçün bağlanmış və 1940-cı ildən etibarən anbar kimi istifadə edilmişdir. 1950-ci illərdə kompleksin ətrafındakı divarlar uçurulmuşdur.
Neft və qaz çıxarılan rayonlarda qəza-xilasedici və bərpa işləri (film, 1974)
Tədris filmində respublikamızın neft və qaz çıxarılan bölgələrində hər cür təbii fəlakətlərin və baş verə biləcək qəzaların qarşısını almaq üçün görülən tədbirlərdən-xilasedici və qəzabərpa işlərindən söhbət açılır. Film SSRİ Mülki Müdafiə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Rəşidi xilafəti
Rəşidi Xilafəti - İslam tarixində ilk 4 xəlifə – “Doğru idarə edilən” və yaxud “Rəşid xəlifələr” dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən böyük imperiyası idi. 632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr əs-Siddiq ilk "Xəlifə-i Resul-il-Lah" - “Allahın Rəsulu”nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı.Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəsilə Məhəmməd peyğəmbərə bağlanmışdı. Onlar İslamı ilk qəbul edənlər idi və cənnətin açıqca vəd edildiyi 10 nəfər arasında idilər, birlik və dəstəkləri ilə Məhəmməd peyğəmbərin ən yaxın əshabələri olaraq onun tərəfindən yüksək qiymətləndirilirdilər və yaranmaqda olan Müsəlman cəmiyyəti daxilində onlara rəhbərlik rolu həvalə edilmişdi.
Spartalı Xilon
Spartalı Xilon (təq. e.ə. 600, Sparta, Peloponnes – təq. e.ə. 520) — Yunanıstanın yeddi müdriyindən biri. Spartalı Damaetin oğlu. Spartada efor seçilərkən (beş ali vəzifə sahibindən biri) qardaşının paxıllıqdan - niyə səni seçirlər, məni yox? - sualına Xilon belə cavab vermişdir: - Ona görə ki, mən ədalətsizliyə dözə bilirəm, sən isə yox. Həyatı haqqında məlumat çox azdır. Eforlar həm də hakim kimi məhkəmə işlərinə baxdıqlarına görə qoca yaşlarında Xilondan soruşulanda ki, -ədalətsiz hökm çıxarıbmı?
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Rayanı xilas etməli (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Raynı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Xilafət
Xilafət (ərəb. خلافة‎ — yəni əvəzetmə, varislik) — müsəlmanlarda islamın dəyişməz prinsiplərinə əsaslanan teokratik dövlət-hüquq sistemi, habelə xəlifələrin (müavin, varis) başçılıq etdikləri müsəlman dövlətlərinin tarixi ədəbiyyatda adı.
Xilafətin ləğvi
Xilafətin ləğvi — dünyada sonuncu tanınmış xilafət olan Osmanlı xilafətinin Türkiyə Böyük Millət Məclisinin 3 mart 1924-cü il tarixli fərmanı ilə ləğv edilməsi. Bu proses Atatürkün Osmanlı imperiyasının Türkiyə Cümhuriyyəti ilə əvəzlənməsindən sonra həyata keçirdiyi islahatlardan biri idi. II Əbdülməcid sonuncu Osmanlı xəlifəsi kimi taxtdan salınmışdı. Xəlifə nominal olaraq dünyadakı bütün müsəlmanların ali dini və siyasi lideri idi. Hadisədən əvvəlki illərdə, davam edən Türkiyə İstiqlaliyyət müharibəsi zamanı xilafətin qeyri-müəyyən gələcəyi dünya miqyasında sünni islam icması arasında kəskin reaksiyalara səbəb olmuşdu. Xilafətin ləğv edilməsi ehtimalına Hindistandakı Xilafət hərəkatı fəal şəkildə qarşı çıxmış, bütün müsəlman dünyasında qızğın müzakirələrə səbəb olmuşdu. Xilafətin ləğvi Osmanlı sultanlığının ləğvindən 18 aydan az bir müddət sonra baş vermişdi. Osmanlı sultanlığının ləğvi Nafi, Basheer. The Abolition of the caliphate: causes and consequences // The Different aspects of Islamic culture, v. 6, pt.
Xilasedicilər (cizgi filmi, 1977)
Xilasedicilər (ing. The Rescuers) — 1977-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir, Disney studiyası tərəfindən yaradılmış sayca 23-cü cizgi filmi. İlk nümayişi 22 iyun 1977-ci ildə təqdimatı olmuşdur. 16 noyabr 1990-cı ildə Disney studiyası filmin sikvelini — "The Rescuers Down Under" cizgi filmini təqdim etmişdir. 20 may 2003-cü ildə "Xilasedicilər" DVD-də yenidən satışa çıxarılmışdır. 21 avqust 2012-ci ildə "Xilasedicilər" Blu-ray-də yenidən satışa çıxarılmışdır. Rəsmi sayt Xilasedicilər — Internet Movie Database saytında.
Xilasetmə (film, 2020)
Xilasetmə (ing. Extraction) — ABŞ istehsalı triller filmi. Film 24 aprel 2020-ci ildə Netflix-də yayımlanmışdır. Muzdlu əsgər Tayler Reyk, Hindistanın ən böyük narkotik alverçisinin qaçırılan oğlu Ovi Mahacanı Banqladeşin Dəkkə şəhərindən xilas etmək üçün tapşırıq alır. Ovini xilas etdikdən sonra şəhərin ən böyük narkotaciri Əmir şəhəri bağladır. Tayler artıq hər addımında düşmənlə üz-üzə gələcək. Yolboyu Taylerin kiçik yaşda itirdiyi oğlu ağlına gəlir və Oviyə qarşı yaxınlıq hiss edir. Ovinin atasının sağ qolu Sacu xidmət haqqını ödəməmək üçün uşağı tək başına xilas etməyə cəhd edir. Hər nə qədər Sacu və Tayler bir-biriləri ilə dalaşıb Ovini xilas etməyə cəhd etsələr də şərtlər ikisini də əsgərlər və polislər ilə döyüşüb şəhərdən çıxmağa məcbur edir. Sacu döyüş zamanı ordu lideri tərəfindən öldürülür.