ZƏBT

is. [ ər. ] Silah gücü ilə, zorla tutma, ələ keçirmə, hakimiyyəti altına alma, ixtiyarına alma; sahiblənmə, yiyələnmə. Qalanın zəbti. Şəhərin zəbti.
□ Zəbt etmək1) zorla tutmaq, ələ keçirmək, hakimiyyəti altına almaq, işğal etmək, ixtiyarına almaq, zorla sahiblənmək.
Güllücə kəndini düşmən zəbt etdi. S.S.Axundov.
[Şah Mirzə Ağa xana:] Niyə məndən izn almamış Heratı zəbt etdin? C.Cabbarlı.
Cəfərqulu Fərhad bəyin evlərini zəbt və özünü həbs etməyə göndərildi. Qantəmir;
// məc. özünə tabe etmək, yiyələnmək.
Təbiəti zəbt edib almağın zamanıdır; Kainata zəlzələ salmağın zamanıdır. M.Müşfiq;

2) klas. qeyd etmək, yazmaq;
3) hafizəsi ilə tutmaq, hafizəsində saxlamaq, qavramaq.

Синонимы

  • ZƏBT zəbt bax işğal
  • ZƏBT qavrama
  • ZƏBT sahiblənmə — yiyələnmə
ZƏBƏRDƏSTLİK
ZƏBT-RƏBT

Значение слова в других словарях

антра́кт бу́днично вви́нчиваться кага́н невы́дача подгото́вочный посторожи́ть прогляде́ть обтя́гивать переключи́ть перестыко́вывать спира́нт супоста́тка три́стих салинг airbraking Bobby massif microtron moonstone neutropause trypsin верхогляд закупать морщина