Absorbsiya edilmiş neft
Ağırlaşdırılmış məhlul
OBASTAN VİKİ
Ağ neft
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. == Tərkib və xüsusiyyəti == Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 % Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir: doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər. Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Neft
Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir.
Ağ – rənglərdən biri. == İnam və etiqadlarda == Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir. İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir.
Ağ-göy-ağ bayraq
Ağ-göy-ağ bayraq — üç bərabər üfüqi zolaqdan (ağ, göy və ağ) ibarət bayraq. Bu bayraq Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyada müharibə əleyhinə etirazların simvoluna çevrilib. Bayraq 2022-ci ilin əvvəlində müharibə əleyhinə etirazların simvolu kimi Rusiyadakı müxalifət qüvvələri arasında geniş yayılıb. Fəalların fikrincə, bayraq ilk növbədə insanları sülh və azadlıq uğrunda birləşdirən simvoldur. == Tarixi == Ağ-göy-ağ bayrağın istifadə edildiyi ilk məlum yer 2006-cı ildə meydana çıxan Novqorod Respublikasının virtual dövlətinin internet saytı (“Noveqradeskaya Respublika”) olmuşdur. Bayraq Velikiy Novqorodun o vaxtkı rəsmi bayrağına əsaslanırdı. Saytın yaradıcısı, amerikalı proqramçı Martin Posthyumusun sözlərinə görə, layihə Novqorod Respublikasının qoşunlarının Şelon döyüşündə Moskva Knyazlığının qoşunlarını məğlub etdiyi alternativ tarixin nümunəsi kimi düşünülmüşdür. İlk dəfə 22 avqust 2019-cu ildə LiveJournal istifadəçisi Andrey Çudinov tərəfindən Rusiyanın alternativ bayrağı kimi istifadə edilməsi təklif edilib. Bu bayraqdan müharibə əleyhinə etirazın simvolu kimi istifadə edilməsi 28 fevral 2022-ci ildə Tvitter istifadəçilərindən biri tərəfindən təklif edilmişdi. Bundan sonra bu bayraqdan, müharibə əleyhinə çıxış edən müxalifət qüvvələri istifadə etməyə başladılar.
Neft Akademiyası
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Neft Daşları
Neft Daşları — Azərbaycan Respublikasının daxilində, Bakının Pirallahı inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Neft Daşları qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Neft Daşları qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Neft Daşları qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin “Qara daşlar” adlandırılması da məhz bununla əlaqədar idi. Neft Daşları dünyanın ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. “Neft Daşları” paytaxt Bakıdan 90 km aralıda yerləşir.
Neft körfəzi
İran körfəzi həmçinin Ərəb körfəzi və ya Bəsrə körfəzi (türk. Basra Körfezi; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربي‎ - əl-Xəlicül-ərəbi, əl-Xəlic əl-ərəbi) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var.İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır.
Neft platforması
Neft platforması (həmçinin neft platforması, dəniz platforması, neft hasilatı platforması və s. adlanır) — dəniz dibinin altındakı qaya birləşmələrində yerləşən neft və təbii qazı çıxarmaq və emal etmək üçün qurğuları olan böyük strukturdur. Bəzi hallarda platformanın okean döşəməsinə bağlanmasına ehtiyac olur, bu vəziyyətdə platforma süni bir ada kimi görünür. Bəzi hallarda isə platforma hərəkətli də ola bilər. Ümumiyyətlə, neft platformaları qitə sahanlığı daxilində inşa edilirlər, texnologiyanın irəliləməsiylə birlikdə qazma və istehsalı dərin sularda da edilə bilər. Tipik platformalarda otuz əsas mənbə olur və fərqli dərinliklərdəki rezervuarlara çatmaq üçün şaquli sondaja icazə verilir və platformadan 8 km uzaqlıqdan nəzarət edilir. Bir çox platformada quyular kabellər köməyi ilə uzaqdan idarə edilə bilər, bu tək bir quyu üçün və ya fərqli mərkəz bir çox quyu üçün etibarlıdır. Böyük göl və dəniz əsaslı neft platformaları və neft qüllələri (təchizatları) dünyada ki ən böyük insan yapılarılarıdır. Bir neçə müxtəlif tip platforma və qala: Sabit platformalar (Fixed Platforms) Sabit qüllələr (compliant Towers) Yarı batırılmış platformalar (Semi-submersible Platforms) Qaldırımlı platformalar (Jack-up Platforms) Qazma gəmisi (Drillships) Hərəkətli istehsal sistemi (Floating production systems) Tellə sabitlənən platformalar (Tension-leg Platforms) Dirəkli platformalar (Spar Platforms) Petronius Platforması, 610 metr Baldpate Platforması, 579,1 metr Bullwinkle Platforması, 529,1 metr Troll A platforması, 472 metr Gullfaks C, 380 metr Oil Rig Disposal (pdf) — Post note issued by the UK Parliamentary Office of Science and Technology.
Neft qiymətləri
Neftin qiymətləri dedikdə bir qayda olaraq, fyuçers bazarında sərbəst satılan marka növlərindən birinin bir barel neftinin, adətən Şimali Dəniz Brent markalı və ya hərdən Amerika WTI markalı neftinin spot qiyməti kimi başa düşülür. Nadir hallarda və ya daha çox əvvəllər, Dubai Crude etalon qarışıqları və OPEC səbəti istifadə edilirdi. Digər çeşidlərin qiymətləri, sıxlığı və kükürd tərkibi, habelə yatağın yerləşdiyi yerdən, keyfiyyətindən asılı ola bilər; lakin, onlar marker növlərindən birinə nisbətən tez-tez təyin olunur. Bəzi təşkilatlar, xüsusən Enerji Məlumat İdarəsi (EIA, ABŞ) ABŞ neft emalı zavodları tərəfindən alınan neftin orta çəkili maya dəyərini “dünya neftinin qiyməti” kimi istifadə edir. Neftə qlobal tələb elastikdir - qiymət dəyişkənliyi ilə praktiki olaraq dəyişmir. Bununla yanaşı, neftin etalon növlərinin spot qiymətləri əhəmiyyətli dərəcədə dəyişkənliyə məruz qalır və qlobal xarakterli bir çox siyasi və iqtisadi şərtlərlə müəyyən edilir. XX əsrin birinci yarısına qədər dünya neft hasilatına, daşınmasına, ticarət və emalının təxminən 95% -nə "Yeddi bacı" adlandırılan Chevron, Esso, Gulf Oil, Mobil, Texaco, British Petroleum və Shell tərəfindən nəzarət edilirdi. Neftin qiymətləri tədarük müqavilələrinə əsasən iki ilə qədər müəyyən edilirdi. 1948-1970-ci illərdə qiymət Koreya müharibəsi (1950-1953) və Altı Günlük Müharibə (1967) dövründəki artımları nəzərə almasaq, bir barrel üçün 2.5-3 dollar arasında dəyişirdi . 1970-ci illərin əvvəllərində spot neft bazarının təməli qoyuldu.
Neft tankeri
Neft tankeri (ing. Oil tanker) - Xam neftin və ya işlənmiş neft məmulatlarının daşınmasında istifadə olunan gəmi növü. Xam neft və yeyinti məhsulları daşıyan gəmilər xarici görünüş baxımıdan bir-birlərinə oxşasalarda, daxili tərtibat və quruluş baxımlarından fərqliliklərə sahibdirlər. Dünyada ilk neft tankeri Azərbaycanda istismara verilmişdir. Belə ki, 1879-cu ildə Nobel qardaşlarının Bakıdakı neft mədənlərindən çıxarılan xam neftin daşınması üçün sifariş etdiyi Zərdüşt gəmisi dünyada istifadəyə verilmiş ilk neft tankeri hesab olunur.
Neft yataqları
Neft yatağı - Neft və qazın yer qabığının məsaməli mühitindəki təbii yığımına neft və qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticəsində əmələ gəlir. Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə çatır), qaz yatağı üçün daha əlverişli sayılır. məsamələrində neft-qaz toplana bilən və yatağın istismarı zamanı həmin nefti və qazı özündən buraxa bilən süxura kollektor süxur deyilir.. Dünyada ən böyük neft yataqlarından Səudiyyə Ərəbistanının Qavar yatağı və Küveytin Burqan yatağını göstərmək olar. Bu yataqların balan ehtiyatları 60 milyard barel (təxminən 8.2 milyard ton) həcmində qiymətləndirilir.
Neft yatağı
Neft yatağı - Neft və qazın yer qabığının məsaməli mühitindəki təbii yığımına neft və qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticəsində əmələ gəlir. Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə çatır), qaz yatağı üçün daha əlverişli sayılır. məsamələrində neft-qaz toplana bilən və yatağın istismarı zamanı həmin nefti və qazı özündən buraxa bilən süxura kollektor süxur deyilir.. Dünyada ən böyük neft yataqlarından Səudiyyə Ərəbistanının Qavar yatağı və Küveytin Burqan yatağını göstərmək olar. Bu yataqların balan ehtiyatları 60 milyard barel (təxminən 8.2 milyard ton) həcmində qiymətləndirilir.
Neft müharibəsi
Neft müharibəsi — neft ehtiyatları və ya onların daşınması, istehlakı və ya tənzimlənməsi ilə bağlı münaqişə. Termin ümumiyyətlə neft ehtiyatlarını ehtiva edən və ya təşkilatın neft məhsulları üçün hasilat və ya nəqliyyat infrastrukturuna malik olduğu və ya inkişaf etdirmək istədiyi coğrafi mövqedə yerləşən regionda hər hansı münaqişəyə aid edilə bilər. Bu, həmçinin bir sıra xüsusi neft müharibələrindən hər hansı birinə istinad etmək üçün istifadə olunur. Emili Meyyerdinq tərəfindən aparılan tədqiqatlar neft müharibələrini əsasən mif kimi xarakterizə etmişdir. O, neft müharibələrinin tərəfdarlarının xarici neft yataqlarını ələ keçirmək və istismar etmək qabiliyyətini lazımi səviyyədə qiymətləndirmədiyini və beləliklə də neft müharibələrinin dəyərini şişirtdiyini müdafiə etmişdir. Meyyerdinq adətən neft müharibələri kimi təsvir edilən dörd hadisəni ( Yaponiyanın İkinci Dünya müharibəsində Niderland Ost-Hindinə hücumu, İraqın Küveyti işğalı, İran-İraq müharibəsi və Boliviya ilə Paraqvay arasında Çako müharibəsi) tədqiq etmiş, əlavə neft ehtiyatlarına nəzarət münaqişələrdə təcavüzün əsas səbəbi olmadığı qənaətinə gəlmişdir.
Neft məhsulları
Neft məhsulları neft emalı zavodlarında emal edildiyi üçün xam neftdən (neftdən) alınan materiallardır. Neftin böyük hissəsi neft məhsullarına çevrilir ki, bunlara bir neçə yanacaq sinfi daxildir. Xam neftin tərkibinə görə və bazarın tələbindən asılı olaraq neft emalı zavodları müxtəlif növ neft məhsulları istehsal edə bilir. Neft məhsullarının ən böyük payı müxtəlif növ mazut və benzinin payına düşür ki, onlar da "enerji daşıyıcıları" kimi istifadə olunur.
Ağ maddə
Narkotik (və ya "Ağ ölüm") yunan "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə "yuxu" deməkdir. Narkotik maddələr ilk öncə tibbdə istifadə olunmağa başlamışdır. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotik maddələr hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Narkotik bitkilər (yun. narke – donub qalma, quruyub qalma, mat qalma) – tərkibində mərkəzi sinir sistemini qıcıqlandıran, tədricən onun fəaliyyətini zəiflədici maddə olan bitkilər. Bir sıra Narkotik bitkilərdən tibdə ağrıkəsən dərman kimi istifadə edilir. Narkotik bitkilərdə təsiredici maddə alkoloidlərdir; Narkotik bitkilərdən alınan preparatlardan çox istifadə etdikdə narkomaniya baş verir. Narkotik bitkilərin əksəriyyəti ali bitkilərə aiddir.
Ağ Partiya
Ağ Partiya, yaxud rəsmi olaraq Ağ Partiyası və ya qısaca AĞP — Azərbaycanda fəaliyyət göstərən mühafizəkar siyasi partiya. 1993-cü ildə əsası qoyulan Vahid Azərbaycan Partiyasının 2016-cı ildə adının dəyişdirilməsi ilə yaradılmışdır. Partiyanın sədri 2016-cı ildən Tural Abbaslıdır. Partiya 2020-ci ilin may ayının 5-də Ağ Partiyası adı ilə dövlət qeydiyyatına alınmışdır. Partiyanın sədri Tural Abbaslı müxtəlif vaxtlarda verdiyi açıqlamalarda Ağ Partiyasının Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ağ Partiya üzvlərinin 80%-i kişi, 20%-i isə qadın olmuşdur. == Tarixi == === Sələfi === Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Partiyanın ilk sədri Kərrar Əbilov olmuşdur. O, 1993-cü il prezident seçkilərində iştirak edib. Kərrar Əbilov 2016-cı ilin yanvarında vəfat etmişdir.
Ağ kərkəs
Ağ kərkəs (lat. Neophron) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Ağ mələk
Ağ mələk — Serb və pravoslav sənətinin şah əsərlərindən biri olan Serb Pravoslav Mileşev Monastırının Yüksəliş Kilsəsi freskası. Ağ mələk təsviri 13-cü əsrə aiddir və Paleologian İntibah dövrünə aiddir. 20-ci əsrdə bərpa işləri zamanı çıxarılan bu təsvirin üzərinə XVI əsrdə yeni təsvir çəkilmişdir. Freska kilsənin cənub tərəfində yerləşir. Ağ tunika geyinmiş bir mələk daşın üstündə oturur və əli ilə Məsihin boş məzarı başında qadınlara işarə edir.
Ağ quyruqsallayan
Ağ quyruqsallayan (lat. Motacilla alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin quyruqsallayanlar fəsiləsinin quyruqsallayan cinsinə aid heyvan növü. == Təsviri == Ağ quyruqsallayanların bədən uzunluğu 16–19 sm təşkil edir. Onlar üçün uzun quyruq xarakterikdir. Onların bədənlərinin üst hissəsi boz, aşağı hissəsi isə ağ rəngdə olması ilə seçilir. Başları ağ, boğaz nahiyəsi isə qara rəngdə olur. Ümumi çəkiləri cəmi 20–23 q təşkil edir. Adları quyruqlarının hərəkətinə əsasən verilmişdir. == Qidalanması == Qidalanmasının əsasını həşəratlar təşkil edir. Xüsusi ilə ikiqanadlılar dəstəsinə aid olan ağcaqanadlar və milçəklər üstünlük təşkil edir.
Ağ saksaul
Ağ saksaul (lat. Haloxylon persicum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin saksaul cinsinə aid bitki növü. == Botaniki xüsusiyyətləri == 1,5 - 2,5 m, bəzən isə 5 m-ə qədər hündürlükdə olan, qumluq səhralarda bitən kol bitkisidir. Yarpaqları çoxda böyük olmayan pulcuqşəkillidir. Yem kimi yaşıl gövdələri istifadə olunur. İllərdir dəvələrin ən yaxşı, bəzən isə yeganə qidasıdır. Dəvələr saksaul kolunu 3 m-ə hündürlüyə qədər yeyə bilirlər və bir koldan 12 kq-a qədər yem kütləsi əldə edirlər. Qoyunlar isə yerə düşmüş quru yarpaq və budaqlarla qidalanırlar (bir koldan 1 kq-a qədər yem).
Ağ vağ
Ağ vağ (lat. Egretta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Ağ-təpə
Ağ-təpə yaşayış yeri — Ağdam rayonunun Çəmənli kəndindən 3 km şərqdə, Sarıcalıtayı abidəsindən 800 m cənubda təbii təpə üzərində yerləşir. Planda uzunsov-oval formalı olub şimal-cənub oxu boyu uzunu 250 m, eni 150 m-dir. Təpənin hündür yeri şimalda 7–8 m-ə çatır. Burada təpə kəsilərkən "dərin qobu ilə sərhədlənir". Qobunun dibi ilə "Bino" kəhrizinin suyu axır. Dərin qobu Ağ təpənin şərqindən keçərək cənub-şərq istiqamətində uzanır və düzənliyə çıxır. == Haqqında == Cənubda təpənin hündürlüyü xeyli azalır və 4–5 m-ə çatır. Göy-təpə və Sarıcalıtayı yaşayış məskənlərində olduğu kimi Ağtəpə şərq-qərb istiqamətli çökəklə iki yerə ayrılır. Yaşayış məskənlərində müşahidə olunan bu topoqrafik xüsusiyyət yalnız stasionar qazıntı işləri nəticəsində aydınlaşdırıla bilər. İlk tunc dövrü keramikası Kür-Araz mədəniyyətinin müxtəlif mərhələlərini (ilk və inkişaf etmiş) əks etdirir.
Ağ dünya
Ağ dünya tammetrajlı bədii televiziya filmi rejissor Şahmar Qəribli tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film "Sabah" Eksperimental Yaradıcılıq Birliyi-Sınaq Studiyasında istehsal edilmişdir. Psixoloji dramın mərkəzində dəli Səməd dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır. Filmdə əsas rolları Şahmar Qəribli, Muxtar Maniyev, Sədaqət Nuriyeva, Məzahir Süleymanov, Bahar Abdullayeva, Almaz Amanova və Kazım Abdullayev ifa edirlər. == Məzmun == Psixoloji dramın mərkəzində dəli Səməd (Şahmar Qəribli) dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır: Qardaşı (Kazım Abdullayev) tərəfindən işgəncəyə məruz qalan Səməd, simicliyindən arvadını (Bahar Abdullayeva) çərlədən Kərbəlayi Eyvaz (Məzahir Süleymanov) və dilinin sərtliyi ucbatından əri (Muxtar Maniyev) tərəfindən döyülən Züleyxa (Sədaqət Nuriyeva) filmin əsas personajlarıdır. Bu hadisələrin hamısına biz dəli Səmədin gözü ilə baxırıq.
Ağ işıq
Ağ işıq — Dalğa uzunluğu butun işıqların dalğa uzunluqlarından ibarət olan şüaya ağ şüa və ya ağ işıq deyilir. Ağ işığın tərkibində insan gözü ilə görünən 7 şüadan başqa infraqırmızı və ultrabənövşəyi şüalar da var. Qızdırılmış dəmir infraqırmızı şüa şüalandırır. Ağ işıq prizmadan keçdikdə rəngli spektr yaranır, çünki prizma işığı parçalayır.
Ağ kəklik
Lagopus lagopus (lat. Lagopus lagopus) – ağ kəklik cinsinə aid quş növü.