Abil İslam
Abil İslam (19 noyabr 1958, Alıkənd, Göyçay rayonu) — azərbaycanlı şair, jurnalist, fotoreportyor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
== Həyatı və fəaliyyəti ==
İslamov Abil Yolçu oğlu (Abil İslam) 19 noyabr 1958-ci ildə Göyçay rayonunun Alıkənd kəndində doğulub. O, 4 illik ibtidai təhsilini Alıkənd kəndindəki məktəbdə alıb (1966–1970). Həmin məktəbdə 4-cü sinfi bitirdikdən sonra Mırtı kənd Qasım Həsrətov adına orta məktəbdə təhsilini davam etdirərək, 1976-cı ildə həmin məktəbin 10-cu sinfini bitirib. Sonra Bakıya gələrək əmək fəaliyyətinə başlayıb. Əmək fəaliyyətini davam etdirərək Bakı Maşınqayırma Texnikumunun "Metalların kəsməklə emalı" fakültəsini bitirərək texnik ixtisasına yiyələnib. Hərbi xidmətdən sonra təhsilini davam etdirmək üçün Ukraynanın Xarkov şəhərinə gedib və təhsilini Xarkov Kommunal Tikinti Mühəndisləri İnstitutunda davam etdirib.
Abil İslam "İnşaatçı" qəzetində müxbir, fotomüxbir, poeziya şöbəsinin müdiri , "Bioloji Təbabət" Klinikasında mətbuat katibi və Bakı Sənaye-Pedaqoji Kollecində "ədəbi dram dərnəyinin rəhbəri" vəzifəsində işləyib.
Abil İslam Bakının Nizami rayonu "Müharibə və Əmək veteranları" təşkilatının sədr müavinidir. Hazırda İctimai Xəbər Agentliyinin direktor müavinidir.