Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bilağan
Biləyən, Bilağan — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Biləğan Ağcabədi rayonunun Boyat inzibati ərazi vahidində kənd. 1917-ci ildə Biləqan, 1933-cü ildə isə Biləxan variantında qeydə alınmışdır. Oykonim Beyləqan toponiminin variantı olub, "düzənlik, çöl" deməkdir.
Əzizağa
Əzizağa — kişi adı. Əzizağa Dadaşov — əsgər Əzizağa Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Əzizağa Məmmədov — musiqiçi, müğənni, Azərbaycan Respublikasının xalq artisti. Əzizağa Əsədov — Qarabağ müharibəsinin iştirakçısı Əzizağa Qasımov — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (1982) Əzizağa Əzizbəyov — Azərbaycan Xalq Komissarları Sovetinin sədr. Əzizağa Süleymanov — Milli Qvardiyanın keçmiş komandiri, istefada olan polkovnik. Əzizağa Əzizov — Azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (2015).
Əliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Adilağa gölü
Adilağa gölü — Azərbaycanın Beyləqan rayonu ərazisində göl.
Güllü Əbilova
Güllü Əbil qızı Əbilova (16 sentyabr 1924, Bakı – 17 iyul 1994) — arxeoloq, tarix elmləri namizədi. == Həyatı == Güllü xanım 1924-cü il sentyabr ayının 16-da Bakının "Qara şəhər" adlandırılan bir guşəsində, adlı-sanlı neftçi ailəsində dünyaya göz açmışdır. Atası Əbil Abdulla Əli oğlu yarım əsrdən artıq bir müddətdə neft mədənlərində işləmiş, əməksevərliyinə, işinə olan ciddi məsuliyyətinə görə böyük şan-şöhrət qazanmışdır. Anası Kübra xanım İkinci dünya müharibəsinin ağır illərində əmək fəaliyyətinə başlamış, Bakı Şəhər Sovetinə deputat seçilmişdi. Müharibənin ağır illərində orta təhsilini uğurla başa çatdıran Güllü xanım 1943-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, qədim və zəngin tariximizi öyrənməyi qarşısına məqsəd qoyur. Minillikləri əhatə edən təkrarolunmaz maddi mədəniyyət tariximiz, Azərbaycan arxeologiyası Güllü Əbilovanın əsas maraq dairəsini, elmi araşdırmalarının başlıca istiqamətini təşkil edir. Tələbə ikən çöl axtarışlarında fəal iştirak edir. Onun dövrümüzün ən genişmiqyaslı qazıntıları sayılan Mingəçevir tədqiqatlarında iştirakı daha səmərəli işlərindəndir. Mingəçevir qazıntıları Azərbaycan arxeoloqları, o cümlədən Güllü Əbilova üçün əsl təcrübə məktəbi olmuşdur. Mingəçevirdə — Kürün hər iki sahilində mədəni irsimizin bütün tarixi mərhələlərinə aid 20 mindən artıq nadir maddi mədəniyyət nümunələri üzə çıxarılmışdı.
Əminağa Sadıqov
Əminağa Bəhmən oğlu Sadıqov (18 dekabr 1962, Lerik rayonu) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru. == Həyatı == Əminağa Sadıqov 18 dekabr 1962-ci ildə Lerikdə anadan olmuşdur. 1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1985-ci ildə adı çəkilən universiteti bitirmişdir. 1992-ci ildə həmin Universitetdə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda “Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2 may 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1 may 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi(vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 11 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilmişdir.
Əmirağa Ağayev
Əmirağa Mahir oğlu Ağayev (29 may 2002, Surra, Dəvəçi rayonu – 11 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmirağa Ağayev 29 may 2002-ci ildə Şabran rayonu Surra kəndində dünyaya göz açmışdır. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra Əmirağa 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Əmirağa Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə sonuncu dəfə 11 oktyabr tarixində əlaqə saxlayan Əmirağa Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Əmirağa Ağayevin nəşi 10 fevral 2021-ci ildə tapılmış və 11 fevral tarixində Şabran Şəhidlər Xiyabanında dəfn edilmişdir. Onun dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirağa Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirağa Ağayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirağa Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əzizağa Dadaşov
Əzizağa Ramiz oğlu Dadaşov (1 iyul 1994, Sumqayıt – 19 oktyabr 2020, Yarəhmədli, Cəbrayıl rayonu) - əsgər, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Əzizağa Ramiz oğlu Dadaşov 1994-cü il iyulun 7-də Sumqayıt şəhəri Corat qəsəbəsində anadan olub. 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olanlardan biri də Sumqayıt şəhərinin Corat qəsəbə sakini 26 yaşlı Əzizağa Dadaşovdur. Uşaq yaşlarından atasız böyüyən Əzizağa zəhmətkeş və vətənə bağlı olub. Əzizağa Dadaşov İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 19 oktyabrda Füzulinin Yarəhmədli kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. 26 yaşlı şəhidimiz Əzizağa Dadaşov Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub. == Hərbi xidməti == Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əzizağa Dadaşov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Əzizağa Elsevər
Əzizağa Elsevər (Ələkbərov) (tam adı: Əzizağa Bəhrəm oğlu Ələkbərov; d.10 sentyabr 1952, Azərbaycan SSR, Cəlilabad rayonu, Sabirabad kəndi) – Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Əzizağa Bəhrəm oğlu Ələkbərov 1952-ci il sentyabrın 10-da Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuşdur. 1968-ci ildə Sabirabad kənd 8 illik məktəbini, 1971-ci ildə Cəlilabad şəhər 7 saylı orta məktəbini fərqlənmə ilə bitirmiş və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunmuşdur. 1975-ci ildə həmin universitetin tarix fakültəsini bitirmişdir. 1975-1984-cü illərdə Sabirabad kənd orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü il sentyabrın 18-dən -1997-ci il aprelin 28-dək Azərbaycan EA “ Elm” nəşriyyatında redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrində işləmişdir. 1997-ci il aprelin 28-də Azərbaycan EA A.A.Bakıxanov adına Tarix İnstitutunun “ Azərbaycanın Böyük Vətən müharibəsi və müharibədən sonrakı dövr tarixi” şöbəsinə elmi işçi vəzifəsinə köçürülmə yolu ilə qəbul edilmişdir. 2001-ci il oktyabrın 31-də “ Azərbaycan avtomobil nəqliyyatının bərpa və inkişaf etdirilməsi tarixi (1946-1960-cı illər)” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Əzizağa Ələkbərov akademik nəşr olan çoxcildlik “Azərbaycan tarixi”nin VII cildinin müəlliflərindən biridir. Hazırda o, “Azərbaycan SSR-nin Qazaxıstan və Mərkəzi Asiya respublikaları ilə əlaqələri tarixi (1946-1991-ci illər)” adlı doktorluq dissertasiyasını tamamlamaq üzrədir.
Əzizağa Hüseynov
Əzizağa Nizami oğlu Hüseynov (1 fevral 1999, Bozavand, Ağsu rayonu – 16 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əzizağa Hüseynov 1 fevral 1999-cu ildə Ağsu rayonunun Bozavand kəndində dünyaya göz açmışdır. İlk təhsilini 2005-ci ildən Ağsu rayon Natiq Mirzəliyev adına Ağarx kənd tam orta məktəbində alan Əzizağa 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. == Hərbi xidməti == Əzizağa Hüseynov 2017-ci ildə hərbi xidmətə yollanmış, Şəmkirdəki hərbi xidmət müddətini 2018-ci ildə başa vurmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Əzizağa Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əzizağa Hüseynov 16 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzizağa Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzizağa Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzizağa Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əzizağa Məmmədov
Məmmədov Əzizağa Seyfəddin oğlu (1960, Tivi, Ordubad rayonu) — musiqiçi, müğənni, Azərbaycan Respublikasının xalq artisti. == Həyatı == Əzizağa Məmmədov 1957-cı ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. Əzizağa Məmmədovun musiqi mədəniyyəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib [1]. O, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti [2], 2008-ci ildə isə Xalq artisti [3] fəxri adlarına layiq görülüb və Prezident mükafatçısı olub [4]. == Yaradıcılığı == Əzizağa Məmmədovu fərqləndirən bir cəhət də onun repertuarında həmişə Azərbaycan və qədim Naxçıvan, Vətənimiz haqqında mahnıların əsas yer tutmasıdır. “Naxçıvan”, “Batabat”, “Nə gözəldir, Azərbaycan”, “Üçrəngli bayrağım”, “Azərbaycan oğluyam” və başqa mahnılar onun repertuarında həmişə sevilə-sevilə oxunur. == Təltif və mükafatları == Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti. Azərbaycan Respublikasının əməkdar artisti[5] Azərbaycan Respublikasının xalq artisti[6]. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Respublikasının Xalq artisti Əzizağa Məmmədov - Barı Naxçıvan [7]. Naxçıvan Dövlət Filarmoniyasında xalq artisti Əzizağa Məmmədovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.[8] Naxçıvan Dövlət Filarmoniyasında xalq artisti Əzizağa Məmmədovun 60 illik yubileyi təntənəli şəkildə qeyd olunub [9].
Əzizağa Qasımov
Əzizağa (Ağababa) Qasım oğlu Qasımov (5 iyul 1928, Bakı – 18 fevral 1985, Bakı) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (1982), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru. == Həyatı == Əzizağa Qasımov 1 iyun 1928-ci ildə Bakı şəhərində anadan olub.Əsil adı Ağababa idi,lakin oynadığı tamaşaların əksəriyyətinin afişasında və proqramlarında Əzizağa yazılıb.1936-cı ildə Bakı şəhəri 19 saylı məktəbin birinci sinifinə gedib.Yeddici sinifi bitirəndə ailəsinin ağır güzəranda yaşaması ilə əlaqədar işləyib,həmçini 4 saylı sənət məktəbində oxuyub.1946-cı ildə Bakı Teatr məktəbinə daxil olub.Ancaq Azərbaycan Dövlət Teatr İnstitutunun(indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) açılması ilə əlaqədar olaraq 1948-ci ildə Teatr məktəbi bağlayıb.Əzizağa Qasımov Yüngül Sənaye Texnikumuna daxil olub və oranı 1951-ci ildə bitirib.Tələbə ola-ola Akademik teatrın yardım heyətində çıxış edib,Xalq artisti bəstəkar Cahangir Cahangirovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosunun xorunda çıxış edib (1950-1953) Oxumağa böyük həvəs göstərən Əzizağa Qasımov Bakı Sənaye-Pedaqoji Texnikumunu (indi ki Bakı Sənaye-Pedaqoji Kolleci) bitirən ili sənədlərini Bakı Musiqi Məktəbinin vokal şöbəsinə verib. Müsabiqədən və imtahanlardan uğurla keçib.Buranı uğurlu başa vuraraq 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indi ki Bakı Musiqi Akademiyası) qəbul edilib.1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (indi ki Azərbaycan Dövlət Musiqili Teatrı) müəyyən fasilədən sonra yenidən fəaliyyətə başlayanda kollektivin bədii rəhbəri Şəmsi Bədəlbəyli truppaya gənc vokalistləri dəvət edirdi.İkinci kursda oxuyan Əzizağa Qasımov teatrın aktyor truppasına solist dəvət olundu və ömrünün sonuna kimi bu kollektivlə çalışdı.Teatrda çalışdığı üçün təhsilini yarımcıq qoyub.Ə.Qasımov teatrda çalışa-çalışa bir müddət Əbilov adına klubda dram dərnəyinə rəhbərlik edib. Əzizağa Qasımovun səs tembiri bariton idi,cingiltili və gur ahəngi ilə seçilirdi.Nəfəsi geniş,ləhcəsi aydın və ifadəli dinlənilirdi.O uzun illər bu teatrda həm mürəkkəb partiyaları oxuyub,həm də xarakterik rollar ifa edib.Əzizağa Qasımov teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib.Azərbaycanfilmin istehsalı olan "Ulduz"(Əliş) "Musiqi müəllimi" (Coğrafiya müəllimi) "Qara qız"(Bəy) ekran əsərlərində kiçik rollara çəkilib. Maraqlı yaradıcılıq bioqrafiyası yaratmış Əzizağa Qasımov 1982-ci ildə Azərbaycan SSR-nin Əməkdar artisti fəxri adı ilə təltif olunub.18 fevral 1985-ci ildə Bakıda vəfat edib və Yasamaldakı köhnə qəbiristanlıqda dəfn olunub. == Teatr sahəsindəki rolları == Vokal imkanları geniş olan səhnə personajları 1. Süleyman və Rüstəm bəy - («Arşın mal alan»,«O olmasın bu olsun» Üzeyir Hacıbəyli) 2. Gülümsərov - («Ulduz»,Sabit Rəhman və Süleyman Ələsgərov) 3. Nadir - («Qızılgül», Məhərrəm Əlizadə və Soltan Hacıbəyov) 4. Qaçay - («Kəndimizin mahnısı»,Kərim Kərimov və Zakir Bağırov,Ənvər Əlibəyli ) 5.
Əzizağa Qənizadə
Əzizağa Tofiq oğlu Qənizadə — ehtiyatda olan Azərbaycan hərbçisi, I Qarabağ müharibəsi iştirakçısı, "701 saylı Hərbi Hissənin Veteranları" İctimai Birliyinin sədri, polkovnik. == Həyatı == Əzizağa Qənizadə Cəmşid Naxçıvnski adına Hərbi liseyi bitirdikdən sonra 1976-ci ilin avqust ayında Bakı Ali Ümumqoşun Komandanlıq məktəbinə daxil olub və 1980-ci ildə oranı bitirdikdən sonra Qırmızı Bayraqlı Türküstan Dayirəsinin 44077 saylı hərbi hissənin taqım komandiri vəzifəsinə təyin olunub. 1981-ci ilin may ayından israrlı xahişi ilə Əfqanıstana göndərilib. 1981-ci ilin sentyabr ayına kimi 51884 saylı hərbi hissədə motoatıcı taqım komandiri vəzifəsində çalışıb. Kabul şəhəri Taborun Qərargəh rəisi mayor Ruslan Auşev olub. Həmin ilin sentyabr ayında sonradan İnquşetiya Respublikasının prezidenti olan Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevın təqdimatı ilə döyüşlərdə qəhrəmanlıq nümunələrini göstərdiyinə görə “Qırmızı Ulduz” ordeni almağa təqdim olunub. 1981-ci ilin sentyabr ayından 1982-ci ilin noyabr ayına kimi 78864 saylı Hərbi hissədə motoatıcı bölüyün komandiri vəzifəsində döyüşlərdə iştirak edib.1982-ci ilin aprel ayında döyüşlərdə fərqləndiyinə görə vaxtından əvvəl baş leytenant hərbi rütbəsini alıb.1982-ci ilin noyabr ayında döyüşlərdə fərqləndiyinə görə yuxarı pilləyə, 39676 saylı hərbi hissədə motoatıcı bölüyün komandiri vəzifəsinə təyin olunub. 1982-ci ildə fevral aiında SSRİ Ali Sovetinin fərmanı ilə döyüşlərdə qəhrəmanlıq göstərdiyinə görə “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. 1982-ci ilin mart ayında döyüşlərdə misilsiz şücaət göstərdiyinə görə 39676 saylı hərbi hissənin komandanlığı tərəfindən İkinci “Qırmızı Ulduz” ordeninə təqdim olunub. 1982-ci ilin may ayında Əfqanıstanda xidmətini bitirib.
Əzizağa Süleymanov
Əzizağa Mirpaşa oğlu Süleymanov — Milli Qvardiyanın (Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti) keçmiş komandiri, istefada olan polkovnik. == Həyatı == Süleymanov Əzizağa Mirpaşa oğlu 1957-ci ildə Şamaxı rayonunda anadan olub. Ali Hərbi təhsilli hüquqşünasdı və Bakı Dövlət Universitetinin tarix fakultəsini qiyabi bitirib. 3 xarici dövlətdə hərbi kurslarda təhsil alıbdır. 1991-ci ildən Milli Qvardiyanın təməlini qoyan zabitlərdən biridir. 1993-cü il aprel ayının 5 -də Birinci Qarabağ döyüşlərində göstərdiyi igidliyə görə prezident Əbülfəz Elçibəy tərəfindən Milli Qəhrəman adına layiq görülsə də naməlum səbəbdən bu addan məhrum olub.
Əzizağa Şahverdiyev
Əzizağa Şahverdiyev (azərb. Şahverdiyev Əzizağa Xanbaba oğlu, rus. Шахвердиев Азизага Ханбаба оглы; d. 1951-ci il, 10 yanvar, Əli Bayramlı rayonu, Azərbaycan SSR, SSRİ) - Texnika elmləri doktoru, professor. Moskvada Neft və Qaz Hasilatı Proseslərinin Sistemli Tədqiqi İnstitutunun baş direktoru. == Həyatı == Şahverdiyev Əzizağa Xanbaba oğlu 1951-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Əli Bayramlı rayonunun (indiki Şirvan rayonu) Ağaməmmədli kəndində anadan olub. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini “maye və qazın mexanikası” ixtisası üzrə bitirib. Elmi fəaliyyətə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda kiçik elmi işçi kimi başlayıb. SSRİ Elmlər Akademiyasının Yerin Fizikası İnstitutunda və akademik A.P.Krılov adına Ümumittifaq Neft-Qaz Elmi-Tədqiqat İnstitutunda təcrübə keçmək üçün Moskvaya göndərilib. Aspiranturada təhsilini başa vurduqdan sonra namizədlik dissertasiyası müdafiə edib, daha sonra Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləyib.
Əzizağa Əsədov
Əzizağa Əsədov — 23 dekabr 1973-cü ildə Hacıqabul rayonunda anadan olmuşdur. Əzizağa Əsədov Qarabağ müharibəsinin iştirakçısıdır. 2 yanvar 1993-cü ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == Həyatı == Əzizağa Əsədov 23 dekabr 1973-cü ildə Hacıqabul rayonunda anadan olmuşdur. Hacıqabul rayonu 1 saylı orta məktəbi bitirib. == Şəhidlik zirvəsi == Əzizağa Əsədov 1992-ci ildə Şirvan şəhərindən hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Əzizağa Əsədov 1993-cü ilin 2 yanvar tarixində Laçın rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur. Hacıqabul şəhərində dəfn olunmuşdur. == Ailəsi == Subay idi.
Əzizağa Əzizbəyov
Əzizağa Əzizbəyov (tam adı: Əzizağa Məşədi oğlu Əzizbəyov; 14 (27) aprel 1903, Bakı – 24 iyun 1966, Bakı) — Azərbaycan Xalq Komissarları Sovetinin sədr müavini, intendant xidməti general-mayoru. Məşədi Əzizbəyovn oğlu. Püstəxanım Əzizbəyovanın atası. == Həyatı == Əzizağa Məşədi oğlu Əzizbəyov 1903-cü il aprelin 3-də Bakı şəhərində inqilabçı Məşədi Əzizbəyovun ailəsində doğulmuşdu. 15 yaşında ikən kommunist gənclər ittifaqı sıralarına daxil olmuş Ə.Əzizbəyov Azərbaycanda sovet hakimiyyəti qurulmazdan əvvəl bolşeviklərin Bakı Komitəsinin tapşırığı ilə partiya təşkilatları arasında rabitəni təmin edirdi. 1920-ci il aprelin 28-də Azərbaycan İnqilab Komitəsi Ə.Əzizbəyovu özünün Bakı qəza təşkilatının yerlərdə komsomol özəklərini yaratmaq üçün göndərmişdi. Sonradan o, həmin işi Quba qəzasında davam etdirmişdi. 1921-ci ildə Ə.Əzizbəyov Moskvaya Şərq zəhmətkeşlərinin Kommunist Universitetinə oxumağa ezam edilmişdir. == Fəaliyyəti == 1923-cü ildə Bakıya qayıdan Ə.M.Əzizbəyov respublikanın sovet və təsərrüfat orqanlarında məsul vəzifələrdə çalışmışdır. O, vətəgə müdiri, Ümumittifaq Balıq Ticarəti İdarəsi Zaqafqaziya bölməsinin rəisi, Azərbaycan Dövlət Balıqçılıq Trestinin mudiri vəzifələrində işləmişdir.
Əzizağa Əzizov
Əzizağa Ağayar oğlu Əzizov (20 oktyabr 1960, Hacıqabul, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (2015). == Həyatı == 20 oktyabr 1960-cı ildə Hacıqabul rayonunda anadan olmuşdur. Hərbi dənizçilik sahəsinə üz tutmaq istəsə də, təsadüf nəticəsində incəsənət sahəsinə gəlmişdir. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyoru fakültəsini bitirib. İş fəaliyyətinə 1985-ci ildə Gəncə Dövlət Dram teatrına II kateqoriyalı aktyor kimi başlayıb. 1986-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor vəzifəsində çalışır. Teatrda çalışdığı illərdə Ə.Əzizov özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yadda qalan surətlər yaradıb. "O olmasın, bu olsun"da Qoçu, "Bankir adaxlı"da Zaur, "Əlin cibində olsun"da 1-ci adam, "Volqalı canan"da Doymarov, "Səhnədə məhəbbət"də Şvartseneger, "Aldın payını, çağır dayını"da Məzarov, "Bir günlük xəlifəlik"də şah və s.
Balağa Ağayev
Ağayev Balağa Məmməd Hənifə oğlu (17 oktyabr 1899, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Balağa Ağayev 1919-cu ildə Bakıdakı kommersiya məktəbini bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən tibb sahəsində təhsil almaq üçün Fransanın Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat hələlik aşkar olunmamışdır.
Əliağa Alim
Əliağa Alim — şair.Molla Pənah Vaqifin oğlu Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şe'rlər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi. Əliağa "Alim" təxəllüsü ilə şerlər də yazmışdır. Müfti Mirzə Hüseyn əfəndi Qayıbzadə "Məcmuə"sində Vaqifin oğlu Əliağa Alimlə şerləşməsini də vermişdir. Hətta Səməd Vurğunun sağlığında Moskvada rusca nəşr olunmuş (1948-ci ildə) seçilmiş əsərlərində Əlibəyin adının qarşısında "Vaqifin birinci arvadından olan oğlu" sözləri yazılmışdır. Bu izahat sonrakı rusca nəşrlərinin hamısında saxlanılmışdır. Amma əsərin Azərbaycan dilində olan nəşrlərində "Əlibəy Vaqifin oğlu" yazmaqla kifayətlənmişlər.
Əliağa Aslan
Əliağa Aslan — Şair. == Həyatı == Əliağa Aslan Surxay oğlu 1961-ci il yanvar ayınin 1-də Qubadlı rayonunun Qaracallı kəndində müəllim ailəsində doğulmuşdur. Qaracallı kənd orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakıya gəlmiş, Qara Qarayev adına musiqi təmayüllü ota məktəbdə 9-10-cu sinifi oxumuş, məktəbi bitirdiyi ildə Naxçıvan Pedaqoji İnstitutunun Filologiya fakultəsinə qəbul olmuşdur. 1983-cü ildə institutu bitirmiş, yaşadığı Qaracallı kəndində müəllim işləməyə başlamışdır. 1991-ci ildə Qaracallı kənd Sovetinin sədri seçılmiş, 1992-ci ildə Qubadlı Rayon İcra Hakimiyyətinin Qaracallı kəndi üzrə İcra nümayəndəsi vəzifəsinə təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Əliağa Aslan uşaq yaşlarından şeir yazmağa başlamış, yerli mətbuat orqanında ( Qubadlıda) şeirləri dərc olunmuşdur. 1998-ci ildə ilk kitabı "Ayrılıqlar içində" çapdan şıxmışdır. Əliağa Aslan 2009-cu ilin mart ayının 2-də ağır xəstəlikdən (qara ciyər serrozundan) sonra dünyasını dəyişmişdir. Kİtablarından birinə (Bu dünya qonaq saxlamır) tanınmış tənqidçi, filologiya elmləri doktoru, Füzulişünas Vaqif Yusifli ön söz yazmış, haqqında dəyərli sözlər işlətmişdir. Əliağa Aslanın bir çox şeirlərinə musiqilər bəstələnmişdir.
Əliağa Ağayev
Əliağa İsmayıl oğlu Ağayev (9 (22) mart 1913, Bakı – 13 noyabr 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1954). == Həyatı == Azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan, səhnəyə hər tamaşada ilk gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş duzlu, cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub. Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qaradır. == Fəaliyyəti == Əliağa Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının tamaşasında Dlk rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb.
Əliağa Bakir
Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev; 1 noyabr 1923, Bakı – 22 may 1998, Bakı) — şair. == Həyatı == Məhəmməd Füzuli ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olan Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev) 1923-cü il noyabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. İlk təhsilini Bakının bir neçə məktəbində alsa da (“Bədəlbəyin məktəbi”, 25, 136 və 171 nömrəli məktəblər), 171 nömrəli orta məktəbdən məzun olmuşdur (1941). Ədəbiyyata hələ uşaq illərindən böyük həvəs göstərən şair ilk şeirini 6-cı sinifdə oxuyarkən İspaniyada mübarizə aparan respublikaçılara həsr etmişdir (1937). Əliağa Bakir ilk əmək fəaliyyətinə 1941-ci ildə SSRİ Müdafiə Nazirliyinin 610 nömrəli hərbiləşdirilmiş zavodunda fəhlə olaraq başlamışdır. Daha sonra ikinci dünya müharıbəsinin ən şiddətli günlərində cəbhəyə yola düşmüş və Qudermes yaxınlığında alman qırıcı təyyarələrinin sovet hərbi qatarını bombardman etməsi nəticəsində ağır yaralanmışdır (1943). Şair gənclik çağlarında çox sıxıntılı və iztirablı günlər yaşamışdır. O, 1955-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirərək, inşaat mühəndisi ixtisasına yiyələnmişdir. Qırx ildən artıq bir dövr ərzində respublika Kənd Təsərrüfatı Nazirliyinin Baş Baytarlıq İdarəsində mühəndis vəzifəsində çalışmışdır. Böyük söz ustadı Əliağa Vahidin tələbələrindən olmuş Əliağa Bakir ədəbi fəaliyyətə 1940-cı illərdən başlamışdır.
Əliağa Cəfərli
Əliağa Cəfərov (Tam adı: Əliağa Qafar oğlu Cəfərov; 16 may 1954, Bakı) — nasir, publisist, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), Beynəlxalq Ekologiya və Təbii Sərvətlərdən istifadə Akademiyasının həqiqi üzvü (2003). AMEA "Akademkitab" idarəsinin direktoru. == Həyat və fəaliyyəti == Əliağa Cəfərov 1954-cü ildə mayın 16-da Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə Qubadlı rayonunun Əli-Qulu Uşağı kənd orta məktəbini bitirmişdir. 1970–1973-cü illərdə Sumqayıt Politexnik Tüxnikumunda təhsil almışdır. 1973–1975-ci illərdə Əliağa Cəfərov hərbi xidmətdə olmuşdur.1975–1979-cu illərdə Sumqayıt Superfosfat zavodunda çalışmışdır. Burada o, 5-ci dərəcəli bənna, komsomol komitəsinin katibi, 1975–1982-ci illərdə isə maddi-texniki təchizat şöbəsində mühəndis işləmişdir. 1980–1982-ci illərdə həmin zavodda böyük mühəndis vəzifəsində çalışmışdır. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1982–1991-ci illərdə Sumqayıt şəhərindəki 69 saylı kitab mağazasında satıcı, müdir, 1991–1993-cü illərdə isə həmin təşkilatın Plan-İqtisad şöbəsinin rəisi olmuşdur.
Əliağa Cəfərov
Əliağa Cəfərov (Tam adı: Əliağa Qafar oğlu Cəfərov; 16 may 1954, Bakı) — nasir, publisist, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), Beynəlxalq Ekologiya və Təbii Sərvətlərdən istifadə Akademiyasının həqiqi üzvü (2003). AMEA "Akademkitab" idarəsinin direktoru. == Həyat və fəaliyyəti == Əliağa Cəfərov 1954-cü ildə mayın 16-da Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə Qubadlı rayonunun Əli-Qulu Uşağı kənd orta məktəbini bitirmişdir. 1970–1973-cü illərdə Sumqayıt Politexnik Tüxnikumunda təhsil almışdır. 1973–1975-ci illərdə Əliağa Cəfərov hərbi xidmətdə olmuşdur.1975–1979-cu illərdə Sumqayıt Superfosfat zavodunda çalışmışdır. Burada o, 5-ci dərəcəli bənna, komsomol komitəsinin katibi, 1975–1982-ci illərdə isə maddi-texniki təchizat şöbəsində mühəndis işləmişdir. 1980–1982-ci illərdə həmin zavodda böyük mühəndis vəzifəsində çalışmışdır. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1982–1991-ci illərdə Sumqayıt şəhərindəki 69 saylı kitab mağazasında satıcı, müdir, 1991–1993-cü illərdə isə həmin təşkilatın Plan-İqtisad şöbəsinin rəisi olmuşdur.
Bitaga
Bitaga (gürc. ბითაგა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 720m hündürlüktə, Suxumidən 70 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 433.