ABİLƏRİZ
ABİRİN
OBASTAN VİKİ
Abirjit Banerji
Abirjit Vinayak Banerji (Benqal dili: অভিজিৎ বিনায়ক বন্দ্যোপাধ্যায়); 21 fevral 1961, Bombey) — Əslən Benqaldan olan Hindistan və amerikalı iqtisadiyyatçı. O, Massaçusets Texnologiya İnstitutunda iqtisadiyyat üzrə professordur. Banerji 2019-cu ildə İqtisadiyyat üzrə Nobel mükafatını Ester Düflo və Maykl Kremerlə bölüşüb. Onlar qlobal yoxsulluğun aradan qaldırılması üzrə təcrübi yanaşmalarına görə bu mükafata layiq görülüblər. Banerji həyat yoldaşı Ester Düflo ilə birlikdə tarixdə Nobel mükafatını qazanan 6-cı cütlük olub. Banerji iqtisadçı Ester Düflo və Sendhi Mullaynathanla birlikdə Abdul Lətif Cəmil Yoxsulluq Hərəkəti Labaratoriyasının qurucularından biridir. O, həmçinin Yosuluq Hərəkəti üçün Yeniliklərin araşdırmaçı şəriyi və Maliyyə Sistemləri və Yoxsulluq bağlı Konsorsiumun üzvüdür. Bundan əlavə, Banerji Bureau İnkişafın İqtisadi Analizində Araşdırmada prezident, Milli Bureau İqtisadi Araşdırmasının araşdırma köməkçisi, İqtisadi Siyasət Araşdırması Mərkəzinin tədqiqatçı üzvü, Kiyel İnstitutunun beynəlxalq tədqiqat üzvü, Amerika İncəsənət və Elmlər Akademiyası və Ekonometrika Cəmiyyətinin üzvü vəzifələrini icra edir. O, həmçinin Quqqenheym və Alfred P. Sloan Üzvü olmuşdur. O, ''Yoxsul İqtisadiyyat'' kitabının müəlliflərindən biridir.