ABİSSAL SAHƏ (ZONA)

okeanların dərin sahələri (2500 m-dən 6000m-ə qədər). абиссальная область (зона) аbyssal area (zone)
ABİSSAL DÜZƏNLİK
ABİSSAL TƏPƏ
OBASTAN VİKİ
Abissal sahə
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Abissal
Abissal — okeanın pelajik zonasındakı təbəqələrdən biri. Sözün kökü yunanca "dibsiz" demək olan ἄβυσσος (ábussos) sözündən gəlir. 4,000–6,000 metr (13,000–20,000 ft) dərinlikləri əhatə edən bu bölgə əbədi qaranlıqda qalır. Okeanın ümumi sahəsinin 83%-ni və Yer səthinin 60%-ni əhatə edir. Abissal zonadakı su kütləsinin böyük hissəsinin temperaturu təxminən 2–3 °C (36–37 °F) arasında dəyişir. Suyun təzyiqi isə 76 meqapaskal (750 atm; 11,000 psi)-a çata bilər. İşıq olmadığı üçün zonada oksigen istehsal etmək üçün bitkilər yoxdur və oksigenin qaynağı əsasən uzun müddət əvvəl qütb sahələrindən ərimiş buzdur. Okean yatağı boyunca suda oksigen mövcud deyil ki, bunun nəticəsində də yuxarıdakı oksigenlə zəngin suya vaxtında qayıda bilməyən və ya aşağı oksigenli mühitdə sağ qala bilməyən orqanizmlər üçün ölüm tələsi yaranır. Bu zona həm də yuxarıdakı okean zonalarından aşağıya doğru enmiş və parçalanmış çoxlu miqdarda ölü üzvi material səbəbi ilə azot, fosfor və silisium kimi qida duzlarının daha yüksək konsentrasiyasına malikdir. Abissal zonanın aşağısında seyrək məskunlaşılmış ultraabissal, yuxarısında isə batial zona yerləşir.
Sahə
Sahə bu mənaları ifadə edə bilər: Sahə (ölçü parametri) — səthin sahəsini ölçmək üçün kəmiyyət; Sahə (film) — Nariman Film tərəfindən çəkilmiş tammetrajlı bədii film; Sahə (fizika) — müəyyən fiziki xassələrə malik boşluq; Yaşayış sahəsi — Yaşayış massivi nəzərədə tutulur; Elm sahəsi — Bir ixtisas daxilində təmərküzləşən elmi təsvir edir; Torpaq sahəsi — Yerin səthinin bir hissəsi; Fəaliyyət sahəsi — bir şəxsin və ya firmanın fəaliyyət göstərdiyi mövzu dairəsi.
Abissal düzənlik
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Abissal çöküntülər
Abissal çöküntülər — dərin dəniz çöküntüləri, abissal zonada 3–4 km-dən çox dərinlikdə müasir və qədim dəniz və okean çöküntüləri. Əsasən karbonatlı və silisli lillər, dərin sulu qırmızı gil daxildir. "Abissal çöküntülər" anlayışı ilk dəfə 1907-ci ildə Almaniya tədqiqatçısı Otto Krümmel tərəfindən təqdim edilmişdir. Onlar müxtəlif mikroorqanizmlərdən və heyvan qalıqlarından (orqanogen çöküntülər), vulkan püskürmələrindən, süxurlardan və minerallardan əmələ gəlir. Abissal çöküntülər okeanın dibinin təxminən 90%-ni əhatə edir.
Allüvial sahə
Allüvial sahə — çay çöküntülərindən əmələ gəlmiş sahə. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev. "Ekologiya" dərs vəsaiti. Bakı, "Bakı Dövlət Universiteti" nəşriyyatı, 2004, s. 379 – 384.
Daşlıq sahə
Daşlıq səhra – zəif aşınmış ana süxurlar (əsas) üzərində yerləşən, səthi çınqıl və digər daşlarla örtülü, demək olar ki, torpaq – bitki örtüyü olmayan sahədir..
Nerit sahə
Nerit sahə — Dünya okeanının dayaz hissəsi. Materik dayazlığında yerləşir. Suyun güclü hərəkətliliyi, temperaturun dəyişgənliyi, günəş işığının xeyli yayılması, bitki və heyvanat aləminin müxtəlifliyi ilə səciyyələnir. Nerit sahədə əsasən, qırıntı materialları (çaqıl daşı, qabıq əhəngdaşı) toplanır. Dayaz dəniz çöküntüləri. Nerit sahədə əmələ gəlir. Çaqıl daşı, əhəngli lil və qabıq əhəng daşlarından ibarətdir. Nerit çöküntülər kəskin fasial dəyişkənliyi və dəniz dibindəki orqanizm qalıqlarının çoxluğu ilə xarakterizə olunur.
Qırışıq sahə
Qırışıq sahə (rus. складчатая область, ing. fold area) — əsasən geosinklinal sahələrin yerində əmələ gəlmiş mürəkkəb quruluşlu (adətən qırışıqlı qaymalı) və müxtəlif yaşlı (prote-rezoy, baykal, kaledon, hersin və s.) qırışıqlı dağlar. Qırışıq dağlıq ölkələrə uyğun gəlir və o cür də adlandırılır. (Məs: Altay-Sayan qırışıqlıq vilayəti və s.). Sin. qırışıqlıq sistem. Geniş mənada qırışıqlıq vilayətlərinə xas olan və onların inkişaf mərhələlərində yaranan intruzivlərdir. Qırışıqlıq vilayətlərinin intruzivləri məkan etibarilə ensiz üzün qırışılıq zonalarında uzun oxları ilə uzununa, yaxud eninə plutonlar şəklində yerləşir. Tektonik şəraitdən asılı olaraq bu intruzivlər: 1) qırışıqlıqdan qabaq (protektonik); 2) qırışıqlıqla eyni vaxtda (sintektonik) və 3) qırışıqlıqdan sonra (postektonik) üç qrupa ayrılır, mineral və kimyəvi tərkiblərinə görə fərqlənir.
Sahə (Fizika)
Sahə — fizikada mühüm anlayışlardan biri. Sahə müəyyən fiziki xassələrə malik olur. Bərk materialla dolu fəza olub ölçülə bilən fizki xassələrə malikdir. Bu fiuzki kəmiyyətlərə sahənin parametrləri deyilir. Sahənin parametrləri çox komponentli ola bilir.
Sahə (dəqiqləşdirmə)
Sahə bu mənaları ifadə edə bilər: Sahə (ölçü parametri) — səthin sahəsini ölçmək üçün kəmiyyət; Sahə (film) — Nariman Film tərəfindən çəkilmiş tammetrajlı bədii film; Sahə (fizika) — müəyyən fiziki xassələrə malik boşluq; Yaşayış sahəsi — Yaşayış massivi nəzərədə tutulur; Elm sahəsi — Bir ixtisas daxilində təmərküzləşən elmi təsvir edir; Torpaq sahəsi — Yerin səthinin bir hissəsi; Fəaliyyət sahəsi — bir şəxsin və ya firmanın fəaliyyət göstərdiyi mövzu dairəsi.
Sahə qaydası
Sahə qaydası — təyyarələrin dizaynındakı bir qaydadır, bu səsə yaxın və ya supersonik sürətində dalğa müqavimətini azaltmağa imkan verir. Bu sürət aralığı müasir mülki və hərbi təyyarələr arasında ən çox istifadə olunur. Səsə yaxın uçuş sürətində hava axınının yerli sürəti, axının təyyarənin struktur elementləri ətrafında getdiyi yerlərdə, səs sürətinə çata bilər. Bu davranışın müşahidə olunduğu sürətin dəyəri təyyarənin dizaynından asılı olaraq dəyişir və kritik Max sayı adlanır. Belə yerlərdə yaranan şok dalğaları güclü sürətlə böyüyən bir müqavimətə malikdir. Bu müqavimət dalğa müqaviməti adlanır. Zərbə dalğalarının gücünü azaltmaq üçün təyyarənin kəsişmə sahəsi təyyarənin gövdəsi boyunca mümkün qədər rəvan şəkildə dəyişməlidir. Sahə qaydasında deyilir ki, kəsişən ərazinin eyni uzunlamasına paylanması olan iki təyyarə, bu sahənin eninə füzelyaj istiqamətində paylanmasından asılı olmayaraq eyni dalğa empedansına malikdir (yəni, füzelyajın özündə və ya qanadlarında). Üstəlik, güclü şok dalğalarının meydana gəlməməsi üçün bu paylama hamar olmalıdır. Bu qaydanın tətbiq edilməsinə bir nümunə, təyyarənin qaynaq hissəsinin qanadlarla qovşağında enməsi, kəsişən sahənin dəyişməməsi.
Valunlarsız sahə
Valunlarsız sahə (rus. безвалунная область, ing. driftless area) — Pleystosen örtük buzlaşmasının sərhədlərində buzlaq çöküntüsü olmayan ərazi, bu ərazilərin buzlaqla örtülmədiyini göstərir.
Sahə (film)
Sahə — rejissor İlqar Safatın quruluşunda hazırlanan bədii film. Məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol-nəqliyyat qəzasına düçar olduqlarından polis SAHƏ-sinə düşürlər. Burada, nişanlısına olan inamsızlığa istinad edərək fotoqraf öz daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkar edir. Uzun illər boyu onun qəlbində qadınlara qarşı qorxu hissi yaşayır. Bu SAHƏ-dən sağ-salamat çıxmaq üçün, o, burada öz qorxularını qoymalıdır. Film Azərbaycan (Narimanfilm) və Gürcüstanın (Georgiafilm, Bagirafilm) birgə işidir. Çəkilişlər 16 sentyabr 2008-ci ildə başlamış və 25 noyabr 2008-ci ildə başa çatmışdır. Film bütünlüklə Azərbaycanda 35 mm. kino lentinə çəkilmişdir. Film layihəsi Kler Douns (ssenari müəllifi, Böyük Britaniya) və Cedomir Kolar (prodüser, Fransa) məsləhətləri əsasında İFA-SC treyninq proqramı çərçivəsində işlənib hazırlanmışdır.
Aktiv zona
Aktiv zona — nüvə reaktorunda nəzarət olunan zəncirvari reaksiyanın getdiyi boşluq; ağır elementlərin (uran, plutonium) nüvələrinin bölünmə reaksiyası nüvədaxili enerjinin ayrılması (əsasən, istilik şəklində) ilə müşayiət olunur. Aktiv zonada parçalanan maddə (blok və mil şəklində), yavaşıdıcı (əgər reaksiya sürətsiz neytronlarla baş verirsə), istilik daşıyıcısı (reaksiyadan ayrılan istiliyi aparmaq üçün), həmçinin reaktorun idarə olunması, qorunması və nəzarət üçün cihaz və qurğular yerləşir. Heterogen reaktorların (bu növ reaktorlar daha geniş yayılmışdır) aktiv zonasında yanacaq istilikdaşıyıcısı elementlər şəklində yerləşdirilir. Homogen reaktorlarda istilik borularla dövr edən istilikdaşıyıcı vasitəsilə, yaxud bilavasitə yavaşıdıcı yanacaq qarışığı ilə ayrılır. Fiziki baxımdan aktiv zonanın ən yaxşı forması kürə şəklindədir, konstruktiv baxımdan isə çox vaxt silindir şəklində hazırlanır. Neytronların kənara sızmasını azaltmaq məqsədi ilə aktiv zona neytronları əks etdirə bilən maddələrlə əhatə olunur. == Su ilə idarə olunan reaktorlar == Tipik bir təzyiqli su reaktorunun və ya qaynar su reaktorunun nüvəsinin içərisində hər birinin uzunluğu təxminən 4 m olan iri gel tipli mürəkkəb qələminin diametri olan yanacaq çubuqları var və onlar "yanacaq qurğuları" adlanan dəstələrdə yüzlərlə qruplaşdırılır. Hər bir yanacaq çubuğunun içərisində uran qranulları və ya daha çox uran oksidi uçdan uca yığılır. Həmçinin nüvənin içərisində neytronları asanlıqla tutan bor və ya hafnium və ya kadmium kimi maddələrin qranulları ilə doldurulmuş nəzarət çubuqları var. Nəzarət çubuqları nüvəyə endirildikdə, onlar neytronları udur və beləliklə, zəncirvari reaksiyada iştirak edə bilməzlər.
Erogen zona
Erogen zona (yun. ἔρως, érōs, "sevgi, ehtiras" və γεννᾶν, gennân, "istehsal etmək"), cinsi həyəcan və ya zövq yaradan bədənin hər hansı bir hissəsidir. Bu zonalar, sinir uclarının sıx olduğu və toxunmaya qarşı həssas olan bölgələrdir. Erogen zonaların stimullaşdırılması cinsi oyanmaya və orqazma səbəb ola bilər. == Erogen Zonaların Növləri == Erogen zonalar, birincil və ikincil olmaqla iki əsas kateqoriyaya bölünür: Birincil erogen zonalar: Bu zonalar, cinsi orqanlar və onlara yaxın bölgələri əhatə edir. Bunlara qadınlarda klitoris, vulva və vagina, kişilərdə penis, xayalar və perineum daxildir. Bu zonalar, cinsi funksiya üçün xüsusi olaraq inkişaf etmişdir və ən güclü cinsi cavabları tetikleyebilir. İkincil erogen zonalar: Bu zonalar, cinsi orqanlardan başqa, toxunmaya qarşı həssas olan digər bədən hissələrini əhatə edir. Bunlara dodaqlar, boyun, qulaqlar, məmələr, budun daxili hissəsi və ayaqlar daxildir. Bu zonaların həssaslığı, fərddən fərdi dəyişə bilər və həyat boyu dəyişə bilər.
Litoral zona
Litoral zona - dəniz və okeanların çəkilmələr zamanı vaxtaşırı (hər 12 saat 26,4 dəqiqə-dən bir) quruyan sahilyanı hissəsi. Ən yüksək qabarma (sizigi) və ən aşağı çəkilmə səviyyələri arasında yerləşir. Eni, adətən, 1 km yaxın, bəzən 10–15 km, dərinliyi bir neçə on m-dək olur. Litoral zona səciyyəvi əlamətləri: quru və dəniz rejimlərini göstərən əlamətlərinin qarışığı, dibin vaxtaşırı quruması, işıq bolluğu, suların yüksək mütəhərrikliyi, temperatur və duzluluğunun kəskin dəyişkənliyi, çöküntülərin (valun və çaqılllardan gil materialına kimi) və faunanın müxtəlifliyi. Sinonim: Qabarma-çəkilmə zonası. == Həmçinin bax == Çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Nerit zona
Nerit zona- (yun.nerites-dəniz molyusku)- Dənizin qabarma zamanı ən hündür səviyyəsindən 200 metr dərinliyə qədər olan zonasıdır,ümumiyyətlə materik dayazlığı ilə uyğun gəlir.Nerit zona yaxşı işıqlanması,oksigen ilə zəngin olması,suyun güclü hərəkəti,bitki və heyvanlar aləminin müxtəlif olması ilə fərqlənir.
Neytral zona
Neytral zona (ing. no man's land (azərb. heç kimin torpağı deyil‎)) — narahatlıq və ya qeyri-müəyyənlik üzündən boş qalan və tərəflər arasında fikir ayrılığı olan bir torpaqdır. Bu termin əvvəlcə feodalizm dövründə feodallar arasında iddia edilən torpaqları təsvir etmək üçün istifadə edilmişdir. Müasir dövrdə iki düşmən xəndəyi arasındakı ərazini təsvir etmək üçün istifadə olunur və çox vaxt Birinci Dünya Müharibəsi ilə əlaqələndirilir.
Seysmik zona
Seysmik zona — Zəlzələyə məruz qalan sahədir. Əsasən 2 seysmik zona var. Bunlardan biri Aralıq dənizi və ya Alp-Qafqaz-Himalay zonasıdır ki, Atlantik okeanından Himalay dağlarına , sonra da Malay arxipelaqına qədər geniş zolaq şəklində uzanır, o biri Sakit okean zonasıdır ki, Sakit okeanı əhatə edir. Sesmik zona Yer qabığının ən gərgin tektonik hərəkətlər olan sahələrilə uyğun gəlir.
Silahsızlaşdırılmış zona
Silahsızlaşdırılmış zona— beynəlxalq müqavilə və ya digər (daxili daxil olmaqla) akt əsasında hərbi obyektlərin və digər obyektlərin ləğv olunduğu ərazidir, silahlı qüvvələrin saxlanılması, istehkamların inşası, manevrlərin həyata keçirilməsi qadağandır . Beynəlxalq müqavilələrə müəyən olunmuş Silahsızlaşdırılmış zonalar : Antarktida və sərhədlərindən 120 mil (190 km) məsafədəki boşluq; Kosmik fəza, onun geri sayılması yerin səthindən 100 mil (160 km) başlayır. Qitəyə görə silahsız zonalar aşağıdakılardır: Mərakeşin şimal ilə İspaniyanın Ceuta və Melilla arasındakı ərazi. Bütün Antarktida zonası (60 cənub paralel). Koreyadakı Demilitarizasiya Bölgəsi, 1953-cü ildən bəri Şimali və Cənubi Koreya arasındakı silahsız bölgədir. Kamboca və Taylandın sərhədi. Küveyt və İraq sərhədi. Misirin Sinay yarımadası. Golan yüksəkliklərindəki zona. Kipr adasında BMT zonası.
Subtropik zona
Təbii zona
Təbii zonalıq — coğrafi enliklər üzrə istilik və rütubətin nisbətinin dəyişməsindən asılı olaraq,ekvatordan qütblərə tərəf təbii komplekslərin tədricən dəyişməsi qanunauyğunluluğudur. Təbii zona- hər hansı ərazi üçün səciyyəvi olan və təbii komponentlərin eynilik təşkil etdiyi təbii komplekslərdir. Ekvator boyu rütubətli həmişəyaşıl Rütubətli ekvatorial meşələr zonası yerləşir. Bu zonada orta illik və orta aylıq temperatur 24–26°-dir. Sutqalıq temperatur tərəddüdü temperaturun illik tərəddüdündən artıqdır.Orta illik yağıntılar 1500–2000 mm,bəzi yerlərdə isə 4000–5000 mm-ə çatır. Yağıntılar il ərzində bərabər paylanır. Lakin günəşin ildə iki dəfə ekvator zonası üzərində zenitdə olduğu vaxt (yaz və payız gecə-gündüz bərabərliyi dövrü) daha çox yağış düşür.Ekvator meşələri zonasında nəmlənmə (nəmlənmə əmsalı 1,5–2 ilə 3–4 arası dəyişir)ifrat dərəcədədir. Bu zonanın bitki örtüyü olduqca zəngin(4 mindən artıq ağac növü var), torpaq örtüyü isə kasıbdır. Flora və faunası olduqca zıngindir. Burada hələ də kəşf olunmayan canlılar var.
Yaşıl zona
Yaşıl ilə bağlı terminlər — Populyasiyanın sayı optimum səviyyəyə qədər bərpa olunduğu üçün Qırmızı kitabdan çıxarılan bitki və heyvan növlərinin siyahısı. Şəhər və yaşayış məntəqələri ətrafında olan təbii və süni meşələr, meşə-parklar. Yaşayış məntəqələri ətrafında havanı sağlamlaşdırır, küləkdən, tozdan, tüstüdən, qazdan mühafizə edir, bəzi əlverişsiz təbii iqlim amillərini mülayimləşdirir və əhalinin istirahət yeri hesab olunur. Azərbaycan Nazirlər Sovetinin qərarı ilə (28 yanvar 1983-cü il, 4 №-li qərar) Azərbaycanın dağlıq rayonlarında şəhərlərin, digər yaşayış məntəqələrinin və sənaye müəssisələrinin ətrafında 38,6 min hektar (o cümlədən meşə-park hissəsi 8,3 min ha, meşə-təsərrüfatı hissəsi 30,3 min ha), düzən rayonlarda isə 8,5 min ha hektar (o cümlədən meşə-park hissəsi 6,9 min ha, meşə-təssərüfatı hissəsi 1,6 min ha) təbii və süni meşələr, meşə-parklar yaşıl zona kimi ayrılmışdır. Şəhər, qəsəbə, sənaye obyektlərində yaşıllıqların salınması, qorunması üzrə planlı tədbirlər sistemi. Müasir yaşıllaşdırma quruculuğu biologiya, aqronomiya, meşəçilik, ekologiya, tibb və arxitekturanın nailiyyətlərinə əsaslanaraq xalq təsərrüfatının mühüm sahəsi hesab olunur. Siyasi partiya və ictimai hərəkat olub məqsədi planetdə ekoloji situasiyanı yaxşılaşdırmaqdır. Qərbi Avropa (Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, İspaniya, Portuqaliya və s. ölkələr), ABŞ, Yaponiyada mövcuddur. Müxtəlif ölkələrin "Yaşıllar"ını birləşdirən beynəlxalq təşkilat – "QRİNPİS" (1971-ci ildə təşkil olunub) daha böyük nüfuza malikdir.
Geokimyəvi zona
Geokimyəvi zona – termin. Bu termin akademik A. Fersman tərəfindən elmə gətirilmişdir. Ərazicə geokimyəvi zonalar (qurşaqlar) geokimyəvi yarımzonalara (əyalətlərə), horizontlara bölünməklə, həm nisbətən iri regional-geokimyəvi diferensiasiyasına, həm də coğrafi və geoloji inkişaf tarixinə görə fərqlənir. Burada elementlərin geokimyəvi davranışı, onların süxurlarda, təbii sularda, torpaqlarda və orqanizmlərdə paylanması məsələləri öyrənilir. Bütöv planeti əhatə edən geokimyəvi zonallıqla yanaşı həm də faydalı qazıntı yatağı, torpaq, mineral və s.-in özünəmxsus zonallığı mövcuddur. Məsələn, dənizlərin sahillərindən hövzənin mərkəzi hissəsinə doğru çöküntülərin fasiyal zonallığı dəyişir. Torpaqlarda, aşınma qabıqlarında, okean sularında və atmosferdə də şaquli geokimyəvi zonallıq müşahidə edilir. Geokimyəvi zonalar coğrafi mühitdən – dəniz səviyyəsi, coğrafi enlik və uzunluq, landşaft zonallığından, habelə endogen və ekzogen proseslərdən asılı olaraq geoloji inkişaf yolu keçmişdir. Bioloji mühit flora və faunanın inkişafı və təkamülü üçün mühiti, coğrafi mühitin müəyyən şərtləri üçün biogeosenozların xüsusiyyətlərini əks etdirir. Litosfer, atmosfer, hidrosfer və biosfer arasında qarşılıqlı əlaqənin xarakteri baxımından yer qabığının ən dinamik hissəsidir.