ADAM-SAAT

is. mal. Bir saat ərzində bir insanın faktiki işinin ölçü vahidi.
ADAM-GÜN
ADAPTER
OBASTAN VİKİ
Saat
Saat — bir sutkadan az olan müddətdə verilmiş vaxt anını və ya vaxt parçasını ölçmək üçün istifadə edilən cihazdır. Saatların əsas tətbiq sahəsi gün ərzində zaman intervalında oriyentasiya yaratmaqdır. Saatların köməyi ilə işləri planlaşdırmaq, müxtəlif hadisələrin uzunluğunu ölçmək, vaxt fərqini təyin etmək mümkündür. == Tarixi haqqında == İlk dəfə qədim misirlilər və çinlilər, yunanlar günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər. Bu saat, meydanlıq bir yerə yüksək bir daş qoymaq və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdən ibarət idi. Misir, vəziyyəti etibarilə şimal yarımkürədə ancaq ekvatora yaxın bir ölkə olduğuna görə, günəş çıxanda, kölgə dərhal qərbdə meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş batanda şərq yönünə çatırdı. Daha sonralar, çarxlı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlanma "saat istiqamətinə dönmə" kimi də adlandırıldı. Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, günəş doğarkən daşın kölgəsi cənuba düşər və günəş yüksəldikcə sola doğru dönməyə başlayar. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edə bilərdi.
Adam
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. == Təkamül == === İlk insanabənzər canlı === İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
Beren Saat
Beren Saat (26 fevral 1984, Ankara) — Türkiyə aktrisası. == Bioqrafiya == Beren Saat 26 fevral 1984-cü il tarixində Ankarada dünyaya göz açıb. Atası Hüseyn futbolçu, anası Ayla isə müəllimdir. Özündən böyük Cem adlı qardaşı var. İlk dəfə "Aşkımızda ölüm var" serialında rol alıb. Daha sonra Eşqə sürgündə Zilan, "Xatırla sevgili"-də Yasəmən obrazını canlandırıb. 2008–2010-cu illərdə Aşk-ı Memnu serialında Bihtər Ziyagil obrazını canlandırıb, hansı ki onu bütün dünyada tanıdıb və bu roluna görə daha çox sevilib. Daha sonra isə "Fatmagülün suçu nə?", İntiqam kimi seriallarda da oynayıb. Son olaraq 2015-ci ildə Möhtəşəm Yüz İl Kösəm serialında Kösəm Sultan rolunu canlandırıb. 2014-cü ildə Kənan Doğulu ilə Los Ancelesdə ailə qurub.
Bioloji saat
Bioloji saat — orqanizmlərin vaxtı müəyyən etməsini təmin edən fizioloji mexanizmlərin cəmi. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Böyük saat
Böyük saat — Türkiyədəki ən uzun saat qülləsidir və uzunluğu 32 metrdir. Adana şəhərində yerləşir. == Tarixi == 1879-cu ildə dövrün Adana valisi Ziya Paşa tərəfindən bugünkü adıyla Ali Ulu prospektində tikintisinə başlanıb. Ziya Paşa 1880-ci ildə vəfat etdiyinə görə bu mühüm əsəri tamamlamaq bu şəhərin ən çalışqan və xeyriyyəçi şəxsi olan Vali Abidin Paşaya nəsib oldu. Adana Böyük saat qülləsi 1882-ci ildə tamamlanıb istifadəyə açıldı. Və o gündən bu yana şəhərin ən mühüm strukturlarından biri hesab edilir. Mənbələr saat qülləsinin inşasına dövrün Adana bələdiyyə rəisi Hacı Yunis Ağanın da çox ciddi töhfələri olduğunu yazır. Ətraf divarları kərpicdən hörülən, kvadrat prizma kimi inşa edilən və hündürlüyü 32 metr olan Adana Böyük saat qülləsinin əsas dərinliyinin də bir o qədər olduğu deyilir.
Kilovatt-saat
Kilovatt-saat (kVt • saat) — elektroenergetikada hasil olunan elektrik enerjisinin və eləcə də məişətdə, təsərrüfatda sərf olunan elektrik enerjisinin miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahidi. 1 k V t ⋅ s a a t = ( 3600 s a n . ) [ k V t ] = 3600 [ s a n . ] [ k J s ] = 3600 k i l o c o u l ( k J ) = 3.6 m e q a c o u l ( M J ) {\displaystyle \mathrm {1kVt\cdot saat} =(3600\,\mathrm {san.} )\lbrack \mathrm {kVt} \rbrack =3600\,\lbrack \mathrm {san.} \rbrack {\Bigg \lbrack }{\frac {\mathrm {kJ} }{\mathrm {s} }}{\Bigg \rbrack }=3600\,\mathrm {kilocoul(kJ)} =3.6\,\mathrm {meqacoul(MJ)} } Kilovatt-saat dedikdə bir saat ərzində istifadə olunan enerjinin miqdarı nəzərdə tutulur. == 1kVt • saata görülən iş == 20 Vatt gücə malik notbuk 50 saat; 200 Vatt gücə malik notbuk 5 saat; 140 Vatt gücə malik televizor 7 saat işləmə imkanına malikdir. 65 Vatt gücə malik müasir televizor aparatı 15 saat işləmə imkanına malikdir. 2400 Vatt gücə malik tozsovuran aparatı 25 dəqiqə işləmə imkanına malikdir. 1400 Vatt gücə malik fen aparatı 45 dəqiqə çalışma imkanına malikdir. 1kVt • saat enerji ilə 80 kq çəkiyə malik insan 10 km məsafə qət edə bilir (1 kcal = 4,184 kJ = 4184 kVt • san = 1,162 kVt • saat). 10 kWh enerji hasil etmək üçün 1 m³ təbi qaz, 1 l neft, 1 l benzin, 1 kg kömür, 2 kg odun 10 saat 1 m² səthə düşən günəş şüası tələb olunur.
Mavi saat
Mavi saat (Fransızca: l'heure bleue), günəş doğmazdan və günəş batmazdan əvvəl, gündüz və gecə arasındakı dövrdə demək olar ki, bütün səmanın mavi rəng ilə dolu olduğu alatoranlıq. Rayleighin səpilməsi təsirindən yaranır. Qızıl saat (İngiliscə: Magic hour/Golden hour (Sehrli saat/Qızıl saat)) ilə keyfiyyətli bir işıq mühiti yaratdığından bu rəng xüsusilə fotoqraflar tərəfindən seçilir. Ancaq “Mavi saat”ın heç bir sahədə rəsmi tərifi yoxdur. “Mavi saat” vaxtı səhər və axşam təxminən 20 dəqiqə davam edir və qırmızı şüaların kosmosa doğru geriyə çəkilərkən mavi işıqların atmosferə səpələnməsi nəticəsində baş verir. Günəş üfüqdə 4 ilə 8 dərəcə olduqda, mavi işıq spektrları daha aydın olur. == Sənət dünyasında mavi saat == === Musiqi === Hər cəhətdən vizual bir ziyafət yaradan və insanlara estetik zövq verən bu təbiət hadisəsi bir çox sənətçi və musiqi qruplarını ilhamlandırmışdır. İçində Mavi saat keçən bəzi mahnılar: Vanessa Daou - This Blue Hour Roy Orbison - When the Blue Hour Comes Turin Brakes - Blue Hour Stephen Cummings - Blue Hour Rod Webber - Blue Hour Andreas Vollenweider - Chanson de l'Heure Bleue (Song of the Blue Hour) Christian Death - The Blue Hour Raise the Dragon - The Blue Hour Vika and Linda - The Blue Hour Nina Gordon - The Blue Hour Division Kent - L'Heure Bleue Yasmine - Uur blauw Faun - Blaue Stunde === Fotoqrafiya === Fotoqrafiyada, xüsusən də memarlıq fotolarında, mühit işığında xüsusi bir keyfiyyət yaradan bu zaman binalar və səma arasında gözəl bir kontrast uyğunluğu yaradır. Göy qaranlıqlaşdıqda, binaların konturları qeyri-müəyyən olur, görüntünü təhrif edir, ancaq Mavi saatda sərhədlər və kənarlar aydın qalır, fotonu daha cəlbedici edir. Günün bu hissəsində işıq dərinin daha yaxşı görünməsinə səbəb olan isti bir kölgə də yaradır.
Qızıl saat
Qızıl saat və ya sehrli saat; fotoqrafiyada istifadə edilən şəkil çəkməzdən əvvəl istifadə olunan havanın sarımtıl rənginə verilən addır. Günün bu saatı Günəşin batması ilə qaranlıq arasındakı zamana uyğundur. Başqa bir tərif verilmiş olarsa, günəşin üfüqdən altı dərəcə aşağı olmasıdır. Bundan əlavə, kölgələr bu zamanda uzanır. Saat sözü istifadə olunsa da, qızıl saatın həqiqətən altmış dəqiqə davam etməsi demək deyil. Ekvatora yaxın yerlər üçün günəşin sürətlə hərəkət etməsi səbəbindən bu müddət daha qısadır, lakin qütb dairələrində olan bölgələrdə Qızıl Saat nəzəri olaraq bütün gün davam edə bilər.
Saat (Amerikalılar)
Saat (ing. The Clock) — Amerikalılar teleserialının 1-ci mövsümünün 2-ci seriyasıdı. 6 fevral 2013-cü ildə ABŞ-nin FX kanalında yayımlanmışdı. == İstehsal == Seriyanın ssenaristi Co Uayzberq, rejissoru isə Adam Arkindir. == Qəbul == === Reytinq === "Saat" Nielsen Media Research-un məlumatına görə ABŞ-də 1.97 milyon nəfər tərəfindən izlənmiş və 18–49 yaş arası 0.8 reytinq qazanmışdı.
Saat (bürc)
Saat (lat. Horologium) — göyün cənub yarımkürəsində bürc.
Saat (şahmat)
Şahmat saatı — şahmat yarışlarında vaxtı ölçən cihaz. == Tarixi == Mançester şahmat klubunun üzvü Tomas Brayt Uilsonun kəşf etdiyi şahmat saatlarından ilk dəfə 1883-cü ildə keçirilmiş beynəlxalq şahmat turnirində istifadə olunmuşdur. Bu, şahmat görüşlərinin daha maraqlı və gərgin mübarizə şəraitində keçməsinə səbəb olmuşdur. Əvvəllər görüşlər saatın nəzarəti olmadan keçirildiyi üçün çox çəkirdi. Bəzi şahmatçılar rəqiblərinin saatlarla fikirləşməsinə tab gətirmirdilər. Hətta ingilis şahmatçısı Staunton həmvətənlisi Vilyamla görüşərkən hesabda irəli çıxsa da (6:2), hər bir gediş üzərində rəqibin saatlarla fikirləşməsinə dözməyərək, matçda təslim olduğunu bildirmişdir. 1851-ci ildə Londonda keçirilmiş birinci beynəlxalq turnirin qaydalarında dəyişikliklər edildi. Belə ki, şahmat stollarının yanında xüsusi nəzarətçilər əyləşərək, görüş zamanı baş verən hadisələri qeydə alırdılar. Bəzən rəqiblər yuxuya getdikləri üçün görüşlər yarımçıq qalırdı. Sonralar Nürnberqdə keçirilmiş beynəlxalq turnirdə çox fikirləşən şahmatçıları cərimə etmək qərara alındı.
Saat Qabağı
Saat Qabağı — Təbrizin ən önəmli meydanının adıdır və qədim zaman oraya Milli Məclis deyərmişlər, amma indi bələdiyyə tikintisidir.
Saat dairəsi
Ulduzlar hər an səmavi kürə üzərində bir paralel tuşunda çönməkdədirlər. paralel tüşünda çönməkdə olan ulduz hər an bir meridian üzərində dir ki bu meridian səmavi kürənin oxunu qapsayıb bir dairə təşkil edir. bu dairəyə astronomiya geodeziyasında saat dairəsi adlanır.
Saat pavilyonu
Saat pavilyonu (fr. Pavillon de l'Horloge) —Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla həm də Sülli pavilyonu kimi tanınan tarixi pavilyon. Tikili Karre həyətinin qərb qanadının mərkəzində yerləşir. Hazırda Saat pavilyonu və Sülli pabilyonu adları Karre həyətinin qərb və şər qanadlarındakı iki fərqli pavilyona aid edilir. == Saat pavilyonu == Saat pavilyonunun inşasına XIII Lüdovikin sifarişi ilə 1624-cü ildə köhnə Lesko qanadının şimal tərəfində başlanılmış, XIV Lüdövikin hakimiyyəti dövrünə təsadüf edən 1654-cü ildə isə inşaat tamamlanmışdır. Məşhur kvadrat formalı günbəzə malik olan tikili parisli memar Jak Lemersye (1585–1654) tərəfindən dizayn edilmişdir. Pavilyonun adı sonradan onun fasadına quraşdırılmış saatdan (fr. horloge) qaynaqlanmışdır. Pavilyonun yuxarı hissəsi kariatidalarla bəzədilmiş fasadı Luvr həyətinin qərb tərəfində dominantlıq təşkil edir. Crédit Lyonnais bankının baş ofis binasının memarlığı Saat pavilyonunun təsiri altında yaradılmışdır.
Saat qurşağı
Saat qurşağı — Yerin müəyyən hissəsində uyğun qanuna əsasən təyin olunmuş xüsusi zaman qurşağı. Yer öz oxu ətrafında fırlandığından qütblər istisna olmaqla şimaldan cənuba uzanan meridian üzərində olan bütün nöqtələr qərbdən şərqə doğru fırlanaraq səmada dairə cızırlar. Nəticədə gecə-gündüz yaranır. Yer kürə formasında olduğundan Günəş şüaları onun bütün səthini eyni vaxtda işıqlandıra bilmir. Günəşin işıqlandırdığı hissədə gündüz, qaranlıqda qalan hissədə isə gecə olur və Yerin fırlanması ilə əlaqədar olaraq bu növbələşmə ardıcıl olaraq davam edərək gecə-gündüzü əmələ gətirir. Bu səbəblərdən Yer səthinin müxtəlif hissələrində saatlar müxtəlif zamanı göstərir. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. Eyni meridian üzərindəki məntəqələrdə vaxt eyni olur və yerli vaxt adlanır. 0-cı (24-cü) saat qurşağı Qrinviç meridianından başlanır.
Zəngli saat
Zəngli saat — müəyyən edilmiş zamanda səs və ya işıq effekti ilə vaxtı bildirən mexaniki saat. Zəngli saat həmçinin taymer rolunu da oynaya bilər. Mexaniki Zəngli saatı 1787-ci ildə amerikalı Levi Xatçins ixtira edib.
Kilovat-saat
Kilovatt-saat (kVt • saat) — elektroenergetikada hasil olunan elektrik enerjisinin və eləcə də məişətdə, təsərrüfatda sərf olunan elektrik enerjisinin miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahidi. 1 k V t ⋅ s a a t = ( 3600 s a n . ) [ k V t ] = 3600 [ s a n . ] [ k J s ] = 3600 k i l o c o u l ( k J ) = 3.6 m e q a c o u l ( M J ) {\displaystyle \mathrm {1kVt\cdot saat} =(3600\,\mathrm {san.} )\lbrack \mathrm {kVt} \rbrack =3600\,\lbrack \mathrm {san.} \rbrack {\Bigg \lbrack }{\frac {\mathrm {kJ} }{\mathrm {s} }}{\Bigg \rbrack }=3600\,\mathrm {kilocoul(kJ)} =3.6\,\mathrm {meqacoul(MJ)} } Kilovatt-saat dedikdə bir saat ərzində istifadə olunan enerjinin miqdarı nəzərdə tutulur. == 1kVt • saata görülən iş == 20 Vatt gücə malik notbuk 50 saat; 200 Vatt gücə malik notbuk 5 saat; 140 Vatt gücə malik televizor 7 saat işləmə imkanına malikdir. 65 Vatt gücə malik müasir televizor aparatı 15 saat işləmə imkanına malikdir. 2400 Vatt gücə malik tozsovuran aparatı 25 dəqiqə işləmə imkanına malikdir. 1400 Vatt gücə malik fen aparatı 45 dəqiqə çalışma imkanına malikdir. 1kVt • saat enerji ilə 80 kq çəkiyə malik insan 10 km məsafə qət edə bilir (1 kcal = 4,184 kJ = 4184 kVt • san = 1,162 kVt • saat). 10 kWh enerji hasil etmək üçün 1 m³ təbi qaz, 1 l neft, 1 l benzin, 1 kg kömür, 2 kg odun 10 saat 1 m² səthə düşən günəş şüası tələb olunur.
Azərbaycanda saat
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Ağıllı saat
Ağıllı saat — saat formasında olan geyinilə bilən kompüter. Müasir ağıllı saatlar gündəlik istifadə üçün yerli sensor ekran interfeysini təmin edir, əlaqəli smartfon tətbiqi isə uzunmüddətli biomonitorinq kimi idarəetmə və telemetriyanı təmin edir. İlk modellər hesablama, rəqəmsal vaxtın göstərilməsi, tərcümə və oyun oynamaq kimi əsas vəzifələri yerinə yetirə bilsə də, 2015-ci ildən sonra buraxılan ağıllı saatlar mobil tətbiqlər, mobil əməliyyat sistemi və Wi-Fi/Bluetooth bağlantısı daxil olmaqla smartfonlara bənzər ümumi funksionallığa sahib olmağa başladı. Bəzi ağıllı saatlar FM-radio və Bluetooth qulaqlıq vasitəsilə rəqəmsal audio və video faylları oxutmaqla portativ media pleyer kimi fəaliyyət göstərə bilir. Saat telefonları (və ya telefon saatları) adlanan bəzi modellər telefon zəngləri etmək kimi mobil şəbəkə funksiyalarına sahibdir. Daxili avadanlıqları fərqli olsa da əksəriyyətində arxa işıqlı LCD və ya OLED olan elektron vizual displey mövcuddur. Bəziləri daha az enerji sərf etmək üçün transflektiv və ya elektron kağızdan istifadə edir. Adətən yenidən doldurula bilən lityum-ion batareya ilə təchiz edilirlər. Periferik cihazlara rəqəmsal kamera, termometr, akselerometr, addımölçən, ürək döyüntüsünü ölçən cihaz, altimetr, barometr, kompas, naviqasiya cihazı, kiçik səsucaldanlar və əksər kompüterlər tərəfindən yaddaş qurğusu kimi tanınan SD kartlar daxil ola bilər. Proqram təminatına rəqəmsal xəritə, zamanlayıcı və gündəlik, kalkulyator və müxtəlif növ saat üzlükləri daxil ola bilər.
127 saat
127 saat (ing. 127 Hours) — əvvəllər "Xarabalıqdan çıxmış milyonçu" filmində birlikdə işləmiş Denni Boyl və ssenarist Simon Bofoyun rejissorluğu ilə çəkilmiş bədii film. Film Ralstonun "Qaya ilə sərt yer arasında" (ing. Between a Rock and a Hard Place) kitabına əsaslanır. Film 5 noyabr 2010-cu ildə ABŞ kinoteatrlarında nümayiş olunmuşdur. == Məzmun == Film 2003-cü ildə əli 300 kq-dan çox çəkisi olan qayada ilişdikdən sonra təxminən altı gün dağ yarığında qalan alpinist və kanyon tədqiqatçısı Aron Ralstonun əsl həyat hekayəsindən bəhs edir. Səfərə çıxmazdan əvvəl o, hara getdiyini heç kimə deməmişdi. Yanında olan az miqdarda su və yemək qurtardıqda əlini amputasiya etmiş, bunun sayəsində kanyondan çıxa bilmişdi və xilasedici helikopterə zəng edərək turistləri tapa bilmişdi.
Pik saat
Pik saat — günün yollarda tıxacın və ictimai nəqliyyatda sıxlığın ən yüksək olduğu hissəsi. Normalda bu, hər iş günü ərzində iki dəfə, səhər və axşam, əsasən insanların çoxunun işə gedib-gəldiyi getdiyi vaxtlarda baş verir. Termin tez-tez bir saatdan çox davam edə bilən pik tıxac dövrü üçün istifadə olunur. İnternetin pik saatı termini buna bənzədilərək məlumat şəbəkəsinin pik istifadə dövrlərini təsvir etmək üçün istifadə edilmişdir ki, bu da gecikmələrə və məlumat paketlərinin daha yavaş çatdırılmasına səbəb olur. == Tərifi == Bu ad bəzən yanlış adlandırılır, çünki pik saat adətən bir saatdan çox davam edir və "pik" onun sürəti yox, trafikin həcmidir. Pik saat ölkədən, şəhərdə, bölgədən və mövsümdən asılı olaraq dəyişə bilər. İctimai nəqliyyatın tezliyi adətən pik saatlarda daha yüksək olur və adətən daha uzun qatarlar və ya daha böyük nəqliyyat vasitələri istifadə olunur.
168 saat
"168 saat" — Həftəlik ictimai qəzet "168 saat" qəzeti 1991-ci il may ayının 14-də yaranıb. İlk sayı Sumqayıt şəhərində işıq üzü görüb. Müasir Azərbaycan mətbuatının ən stajlı qəzetlərindən biridir. Dünya miqyasında gənclərin problemlərini işıqlandırmaq, habelə anti AİDS və antinarkomaniya mövzusunda fəal təbliğata görə 2001-ci ildə «168 saat» qəzeti Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının Fəxri Diplomuna layiq görülüb. Beynəlxalq miqyasda ictimai və milli azlıqları müdafiə etmək sahəsindəki uğurlarına görə də qəzet təltif olunub. Belə ki, 2001-ci ildə «Asiya qitəsində yaşayan türkmən xalqının mənəviyyatını təbliğ etdiyi üçün «168 saat» İraq-Türkmən cəbhəsi Türkiyə təmsilçiliyinin fəxri təqdirnaməsinə layiq görülüb. Qəzetin və bütün Azərbaycan qəzetçiliyinin daha bir uğuru: 2001-ci ilin mayında dünyanın 162 ölkəsinin bazarını tədqiq edən Beynəlxalq «Business İnitiative Directions» İnsitutu tərəfindən XVIII Beynəlxalq Paris Konvensiyası çərçivəsində 2000-ci ilin yeganə Kütləvi İnformasiya Vasitəsi kimi «168 saat» qəzeti «İnternational Gold Star» mükafatına layiq görülüb. 2002-ci ilin iyulunda dünya biznesini araşdıran təsisatlar «168 saat» qəzetlər qrupunun «Futbol proqnoz» idman əlavəsini Cenevrə şəhərində ən yaxşı nəşr kimi «Century İnternational Quality Era Award» mükafatına layiq görüblər. 2003-cü ildəki müstəsna fəaliyyətinə görə isə «168 saat» qəzetlər qrupu Avropa qitəsinin ən möhtəşəm EMRC ali mükafatına layiq görülüb. (Nüfuzlu «Europian Market Research Center» təsisatının təqdimatında).
Kilometr bölünsün saat
Kilometr bölünsün saat (km/st formasında da göstərilir), sürət vahidi. Bir cismin 1 saat boyunca getdiyi yolu bildirir. Qısaca km/st ya da km·st−1 istifadə olunur. Bir çox ölkədə sürət vahidi kilometr bölünsün saat hesab olunur.
Mil bölünsün saat
Mil bölünsün saat, (mph ya da MPH formasında da göstərilir) bir ölçü vahidi. Rəsmi olaraq sadəcə ABŞ və Böyük Britaniyada bu sürət vahidindən istifadə olunur.
Topxana saat qülləsi
Topxana saat qülləsi — Digər tanınan adıyla Nusrətiyə saat qülləsi, İstanbulun Topxana səmtində Nusrətiyə Məscidinin yanında yer alan saat qülləsi. XIX əsrin ikinci yarısında, 1848-ci ildə Sultan Əbdülməcid tərəfindən tikdirilən saat qülləsi yuxarı doğru mərhələli olaraq daralan, saatlı hissəylə birlikdə dörd mərtəbəli bir binadır. Dörd səmti bir-birinə bənzər olaraq hazırlanan tikilinin dənizə baxan hissəsinin qapısının üstündə Əbdül Məcidə məxsus Tuğranın üz tərəfi yerləşdirilib. == Mənbə == Tophane Saat Kulesi Arxivləşdirilib 2014-01-05 at the Wayback Machine == Qalereya == == Xarici keçidlər == Topxana saat qülləsi restavrasiya olunur.

Значение слова в других словарях