Azərbaycanda saat

Azərbaycanda vaxt və ya AZVAzərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00).[1]

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir.[2] Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.[3]

  1. Nautical Almanac Office (U S ). The Nautical Almanac for the Year 2014. Government Printing Office. 17 May 2013. səh. 262. ISBN 978-0-16-091756-1. 10 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2016.
  2. ""Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarının ləğv edilməsi barədə"". 2019-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
  3. "Azərbaycanda yay vaxtına keçid ləğv edildi" (azərb.). lent.az. 17 mart 2016. 2016-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2016.