Advanced Encryption Standard (AES)

Qabaqcıl şifrləmə standartı – elektron məlumatları qorumaq üçün istifadə edilən, ABŞ hökuməti tərəfindən bəyənilmiş şifrləmə alqoritmini müəyyən edir (2000-ci ildən qüvvədədir). AES alqoritmi informasiyanın şifrlənməsi və deşifrlənməsi üçün simmetrik blok şifridir.
ADSL
Advanced Persistent Threat (APT)
OBASTAN VİKİ
AES
Atom elektrik stansiyası — bir və ya daha çox nüvə reaktorunun yanacaq olaraq radioaktiv maddələri istifadə edərək elektrik enerjisi hasil etdiyi təsisat. Radioaktiv maddələr istifadə edildiyinə görə digər elektrik stansiyalarından fərqli olaraq AES-lərdə daha güclü təhlükəsizlik tədbirləri həyata keçirilir.
Standard Insurance
Standard Oil
Standard Oil Company, Inc. —1870-1911-ci illərdə fəaliyyət göstərmiş ABŞ mərkəzli neft hasilatı, nəqli, emalı və marketinqi şirkəti. Standard Oil fəaliyyətinin zirvəsində dünyanın ən böyük neft şirkəti idi və onun uğuru onun həmtəsisçisi və sədri Con Rokfelleri "bütün zamanların ən varlı amerikalıları" və "tarixin ən varlı insanları" sırasına daxil etmişdir. Dünyanın ilk və ən böyük transmilli korporasiyalarından biri olan şirkətin tarixi 1911-ci ildə ABŞ Ali Məhkəməsinin onun qeyri-qanuni inhisar olduğuna qərar verməsi ilə başa çatmışdır. Şirkət 1863-cü ildə Rokfeller və Henri Flaqler tərəfindən təsis edilib və 1870-ci ildə korporasiyaya çevrilib. Standard Oil neft məhsulları bazarında əvvəlcə emal sektorunda üfüqi inteqrasiya yolu ilə, daha sonra sonrakı illərdə şaquli inteqrasiya yolu ilə üstünlük təşkil etdi. Standard Oil tresti hasilat və logistikanı asanlaşdırdı, xərcləri aşağı saldı və rəqibləri üstələdi. Tənqidçilər şirkəti rəqibləri məhv etmək və digər biznesləri təhdid edən inhisar yaratmaq üçün "aqressiv" qiymətlərdən istifadə etməkdə günahlandırdılar. Rokfeller 1897-ci ildə təqaüdə çıxana qədər şirkətin sədri kimi rəhbərlik etdi. O, əsas səhmdar olaraq qaldı və 1911-ci ildə trestin 43 kiçik şirkətə dağılması ilə Rokfeller müasir tarixin ən varlı insanı oldu, çünki bu fərdi müəssisələrin ilkin gəlirləri tək bir iri şirkətin gəlirindən qat-qat böyük idi.
Akkuyu AES
Akkuyu AES (türk. Akkuyu Nükleer Güç Santrali) — Mersin vilayətinin Gülnar ilçəsində Yanisli məhəlləsinin Akkuyu səmtində tikintisi davam edən nüvə stansiyası. İnşasının tamamlanması halında Türkiyənin ilk nüvə enerji stansiyası olacaq. İkitərəfli dövlətlərarası razılaşma nəticəsində Akkuyu yatağı Rusiyanın Atomstroyexport ASM-yə qarşılıqsız təhvil verilmişdir. Rus ictimai şirkəti burada nüvə stansiyası tikərək, əldə edəcəyi elektrik enerjisini 15 illik alış zəmanəti ilə Türkiyə tərəfinə satacaqdır. İstehsalın istismara veriləcəyi tarix 2023 olaraq düşünülür. 1200 MW-lıq dörd modullardan ibarət ümumilikdə 4800 MW'lıq heyəti gücü ilə tək başına Türkiyənin elektrik istehsalının təxminə 6%-ni qarşılayacaqdır. 14 aprel 2015-ci ildə Türkiyə Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız ilə birlikdə Mersin valisi Özdəmir Çakacak, ROSATOM müdiri Sergey Kiriyenko və Akkuyu Nüvə A. Ş. Baş Menecer Fuad Axundovun da qatıldığı mərasimlə dəniz quruluşları və limanın təməli qoyuldu. Təməl qoyulduqdan sonra Krienkon, Cengiz İnşaatın dəniz quruluşları və limanı 394 milyon dollar qarşılığında tender qazandığını elan etdi. Bünövrənin qoyulma mərasimindən sonra girişdəki dəmir qapı ətraf mühit fəalları tərəfindən qarşısı kəsilmişdir.
Buşehr AES
Buşehr atom elektrik stansiyası, İranın Buşehr şəhərinin cənub-şərqinin 17 kilometrlığında (11 mil) Heleyle və Bəndərqah balıqçılıq kəndləri arasında Fars körfəzi boyunca yerləşir. Zavod üç tektonik plitələr qovşağında yerləşir. İranda və eyni zamanda Yaxın Şərqdə ilk Atom Elektrik Stansiyası olan Buşehrin inşaasına 1975-ci ildə Almaniyanın Siemens kompaniyasının Kraftwerk Union AG filialı tərəfindən başlayıb. Lakin 1979-cu ildə İranda İslam İnqilabı, daha sonra isə İraqla silahlı münaqişənin baş verməsi nəticəsində tikinti dayandırılır və müqavilə pozulur. 1995-cı ilin yanvarın 8-də Buşir AES-nin birinci enerji blokunun tikintisinin başa çatdırılması barədə Rusiya ilə müqavilə bağlanılır, 1998-ci ildə isə Atomstroyeksport dövlət şirkəti tərəfindən bütün obyektin tikintisinin açar təslimi barədə saziş imzalanır. == Sentyabr 2011 rəsmi açılış == Zavod 3 Sentyabr 2011 üzrə elektrik əlavə etməyi milli elektrik şəbəkəyə başlamış və rəsmi açılış 12 sentyabr keçirilmişdir. == Təhlükəsizlik == Rusiyanın dövlət nüvə enerji müəssisəsi ROSATOM illər uzunu təxirə salınan Buşir zavodununun tikintisini nəhayət bitirdikdən sonra iranlı işçilərə zavodu idarə etmək üçün təlimlər keçirlər. Onlar siniflərdə operator təlimləri keçirirlər. Bundan başqa onların bütün halları əhatə edən simulyatorları var. Bu simulyatorlar qərb standartlarına uyğun gəlir.
Huraqua AES
Huraqua AES (isp. Central Nuclear de Juragua) — 1983-cü ildə SSRİ-nin dəstəyi ilə Kubanın Senfueqos şəhəri yaxınlığında tikilməyə başlanmış Atom elektrik stansiyası. 1992-ci ildə SSRİ-nin dağılması və sovetlərdən gələn dəstəyin kəsilməsi səbəbindən AES-in tikinti prosesi dayandırılmışdır. 1990-cı illərin ortalarında Rusiya və Kuba tərəfi AES-in tamamlanması və işə salınması üçün üçüncü bir ölkənin prosesə cəlb olunması barədə ilkin razılıq əldə etsə də, 2000-ci illərin əvvəllərində razılıq pozulmuş və AES-in tikintisi yarımçıq saxlanılmışdır. Kuba nüvə enerjisinin dinc formada istismar olunması ilə 1956-cı ildən etibarən maraqlanmağa başlamışdır. ABŞ və Kuba arasında imzalanmış Atom enerjisinin dinc məqsədlər üçün istifadəsi ilə bağlı əməkdaşlıq müqaviləsi Kuba tərəfinə öz ölkəsinin sərhədləri daxilində yeni bir atom elektrik stansiyası inşa etməyə və işə salmağa imkan yaratmışdır. Amerika Birləşmiş Ştatları ilə əldə edilmiş razılıq, Kuba tərəfinə nüvə reaktorlarının dizayn edilməsi və mümkün istismar yollarının öyrənilməsinə də köməklik göstərməli idi. 1959-cu ildə Kuba inqilabının Batista Rejiminin məğlubiyyəti ilə başa çatması və 1962-ci ildə Karib böhranının baş verməsi ABŞ və Kuba arasındakı bütün münasibətləri sonlandırmışdır və nəticədə ABŞ tərəfi Kubaya sözügedən AES-in tikilməsində hər hansısa bir yardım göstərməkdən imtina etmişdir. Kubada hakimiyyət dəyişikliyi ölkənin SSRİ-yə daha da yaxınlaşması ilə nəticələnmişdir. SSRİ və Kuba arasında Atom elektrik stansiyalarının alt bazasının formalaşdırılması barəsindəki ilkin razılıq 1967-ci ildə əldə olunmuşdur.
Juraqua AES

Lemoniz AES
Lemoniz AES (bask Lemoizko zentral nuklearra; isp. Central nuclear de Lemóniz) — İspaniyanın muxtar statusa malik Basklar ölkəsində yerləşən atom elektrik stansiyası. Lemoniz AES 1972-ci ildə tikilməyə başlanmış və tikinti işlər 1983-cü ildə İspaniya hökumətinin nüvə enerjisi üzrə apardığı dövlət proqramını ləğv etdikdən sonra dayandırılmışdır. Atom elektrik stansiyasının hər biri 900 meqavat gücündə olmaqla iki əsas nüvə reaktorundan ibarət olması planlaşdırılmışdı. Basklar ölkəsində mərkəzi hökumət tərəfindən atom elektrik stansiyasının tikilməsi bir çox millətçi təşkilatın ciddi etirazlarına səbəb olmuşdur. Nüvə enerjisindən istifadənin həmin ərazilərdə yaşayan insanların həyatı üçün ciddi təhlükə olduğu keçirilmiş bir çox nümayiş və mitinqlərdə səsləndirilmişdir. Basklar ölkəsi bölgəsinin müstəqilliyi uğrunda silahlı mübarizə aparan bask radikal-solçu, milliyyətçi və separatçı təşkilatı ETA, atom elektrik stansiyasının inşaatına qarşı xüsusi şəkildə fəallıq göstərmişdir. Basklar ölkəsinin İspaniyadan ayrılıb, müstəqil dövlət olması üçün 1959-cu ildən bəri silahlı mübarizə aparan ETA təşkilatı baskların kompakt yaşadığı muxtar dövlətin sərhədləri daxilində mərkəzi hökumət tərəfindən atom elektrik stansiyasının tikilməsinə qarşı çıxmışdır. İspaniya hökuməti ETA təşkilatını rəsmən terror təşkilatı kimi tanımışdır və ETA-nın bir çox üzvü AES-in tikildiyi dövrdə dövlətin təhlükəsizlik orqanları tərəfindən həbs edilmişdi. ETA tərəfindən AES-ə qarşı ilk silahlı hücum AES-in təhlükəsizliyini təmin edən Guardia adlı ispan mülki və hərbi mühafizə xidmətinin əməkdaşlarına qarşı törədilmişdir.
Metsamor AES
Metsamor Atom Elektrik Stansiyası (erm. Հայկական ատոմային էլեկտրակայան) və ya Ermənistan Atom Elektrik Stansiyası — Ermənistanın paytaxtı İrəvanın 36 km qərbində yerləşən Metsamor şəhərində yerləşən AES. Bu atom stansiyasının istehsal etdiyi enerji Ermənistanın elektrik ehtiyacının 40 faizindən çoxunu təşkil edir. AES İrəvandan təxminən 30 km cənubda, Metsamor şəhəri yaxınlığında yerləşir. Stansiya Türkiyə sərhəddindən 17.5 km, İran sərhəddindən 60 km, Azərbaycan sərhəddindən isə 75 km məsafədə yerləşir. Ermənistan SSR-də Atom Elektrik Stansiyasının tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub. Metsamor AES-in tikintisinə 1969-cu ildə başlanılıb, həmin ildə də Metsamor şəhərinin təməli atıldı. 1970-ci ildə Metsamor özünün ilk sakinlərini qəbul etdi, onların arasında Sovet İttifaqının müxtəlif guşələrindən gələn 32 millətin nümayəndələri vardı. 1976-ci ilin dekabrında isə AES istismara verilib. Hər biri 408 MV gücə sahib WWER-440 /230 tipli 2 yunitardan ibarətdir. Stansiya Ermənistanın paytaxtı İrəvandan 32 km, Qarsdan 100 km, İğdırdan isə 30 km uzaqlıqdadır.
Metzamor AES

Çernobıl AES
Çernobıl Atom Elektrik Stansiyası və ya rəsmi adı ilə Vladimir İliç Lenin Nüvə Elektrik Stansiyası — Ukraynanın şimalındakı Pripyat şəhərinin yaxınlığında, Çernobıl şəhərindən 16,5 kilometr (10 mil) şimal-qərbdə, 16 kilometr (10 mil) yaxınlığında tərk edilmiş bir atom elektrik stansiyası. Belarus-Ukrayna sərhəddindən və Kiyevdən 100 km (62 mil) şimalda yerləşir.
İnqalin AES
İnqalin Atom Elektrik Stansiyası (lit. Ignalinos atominė elektrinėIgnalinos atominė elektrinė) — 26 il (1983–2009) fəaliyyət göstərmiş Litvanın Şimal-şərqində yerləşən və artıq fəaliyyətini dayandırmış AES-dir. İstismar dövrü ərzində stansiyada 307.9 mlrd kVt saat elektrik enerjisi istehsal edilmişdir. Stansiya Drukşay gölünün yaxınlığında yerləşir. Bu ərazi İnqalin inzibati rayonuna daxil olduğundan stansiya da eyni adı daşıyır. İnqalin AES-də istilik neytronu ilə çalışan kanal tipli РБМК-1500 atom reaktorları quraşdırılmışdır. İnqalin AES-in bir blokunun islitik gücü 4800 MVt, elektrik gücü isə 1500 MVt-dır. Çernobıl qəzasından sonra stansiyanın istilik gücü 4200 MVt-a endirilmişdir. birinci blok 1984-2004-cü illərdə, ikinci blok isə 1987-2009-cu illərdə fəaliyyət göstərmişdir. 2009-cu il 31 dekabr tarixində stansiyanın fəaliyyəti dayandırılmışdır.
İqnalina AES

Kursk AES
Kursk Atom Elektrik Stansiyası (KuAES) — Rusiyada, Kursk vilayətinin Kurçatov şəhərində, Kursk şəhərindən 40 km qərbdə, Seym çayının sahilində yerləşən atom elektrik stansiyası. O, ümumi gücü 2 QVt olan iki işləyən enerqoblokdan ibarətdir. Kursk AES-in enerji bloklarının resursu tükəndiyi üçün onların gücü Kursk AES-2 aqreqatları ilə əvəz olunacaq. Kursk AES Rosenerqoatom Konserni ASC-nin filialıdır. Stansiyada 5 mindən çox insan çalışır. 2021-ci ildə elektrik enerjisi istehsalı 25,1 milyard kilovat-saat təşkil etmişdir. == Yerləşməsi == Kursk Atom Elektrik Stansiyası Rusiyada, Kursk vilayətinin Kurçatov şəhərində, Kursk şəhərindən 40 km qərbdə, Seym çayının sahilində yerləşir. Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi ərazi 100 ildə 1 dəfə təkrarlanan 5 ballıq seysmik zonaya və hər 10,000 ildə bir dəfə təkrarlanan 6 ballıq seysmik zonaya aiddir. == Mədəniyyətdə == 2019-cu ildə rejissor Danila Kozlovskinin "Çernobıl" bədii filmi Kursk Atom Elektrik Stansiyasının tikintisi başa çatmamış beşinci blokunda çəkilmişdir. == İstinadlar == == Xarici keçidlər == Газета трудового коллектива Курской АЭС Vikianbarda Kursk AES ilə əlaqəli mediafayllar var.
Advanced Micro Devices
AMD (Advanced Micro Devices) — kompüter prossesorları düzəldən kommersiya şirkəti. Əsas məhsullarına serverlər, işçi stansiyalar (workstation) və şəxsi kompüterlər üçün düzəldilmiş mikroprossesorlar, ana plata çipləri, GPUlar daxildir. AMD x86 arxitekturalı mikroprosessorların ikinci ən böyük qlobal təminatçısıdır. AMD 1 May 1969-cu ildə Fairchild Semiconductor şirkətindən ayrılan bir komanda tərəfindən qurulmuşdur. Qurucusu və ilk müdiri Jerry Sandersdir. 2005-ci ildən etibarən şirkətin idarə heyəti başçısı Dr. Hector Ruiz'dir. AMD-nin 2006-ci ilin yayında aldığı ATI, şirkətin gücünü və həmçinin bazarını da genişləndirdi. Şirkət AMD adıyla çıxardığı Sempron, Athlon64, AthlonXp, Athlon, Turion, Turion64 X2, Athlon 64 Fx, Athlon64 X2, Opteron, Phenom X4 Phenom II X4 və Duron prosessorları ilə bərabər həmçinin ATI adıyla çıxardığı Radeon, Fire GL qrafik çipləri də vardır .
Advanced Packaging Tool
apt (advanced packaging tool) — Debian və onun üzərində hazırlanmış əməliyyat sistemlərində proqramların yazılması, yenilənməsi və silinməsi üçün istifadə olunan proqramdır. Paketlər internetdən alınır və ya hazır daşıyıcılardan yüklənir. Paketlərin mənbəsi /etc/apt/sources.list faylında və /etc/apt/sources.list.d/ kataloqunda saxlanılır. apt üçün qrafik qabıqlar yeni mənbələri rahat əlavə etmək, lazımsızları isə silməyə imkan verir. apt (apt-get) proqramların əmr rejimində yazılması prosesini olduqca asanlaşdırır. Qrafik interfeysi sevən istifadəçilər üçün daha rahat proqramlar – front-end və Synaptic ilə Adept daha uyğundur. Mətn-qrafik interaktiv paketi də mövcuddur (ncurses) — aptitudeistifadə edir). GNU General Public License istifadəçi razılaşması şərtlərinə uyğun olaraq pulsuz yayılır. Müxtəlif proqramlara paketlərlə işləmək üçün imkan yaradan kitabxananı ifadə edir. apt üçün bir neçə qrafik qabıq mövcuddur: Adept package manager əvvəllər Kubuntu distributivinə daxil idi (hal-hazırda KPackageKit ilə əvəz edilib) Aptitude — mətn və əmr rejimlərində Synaptic — GTK+ əsasında hazırlanmış sadə və güclü qrafik menecer KPackage — KDE iş masası üçün komponent apt-get boş əmrini yığdıqda istifadəçi əmr haqda kiçik yardım faylı görür və sonda bu yazı yaranır: "This APT has Super Cow Powers".
Standard Lyej FK
Standard (Lyej) — Belçikanın futbol klubu 1900-cü ildə yaradılıb. 29 dəfə Avropa kuboklarında iştirak edib.
Standard Sumqayıt FK
"Standard" futbol klubu — Bakı şəhərində yaranmışdır. Bu komanda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edib. Komandanın adı daha sonra "Standard Bakı" adlandırılıb. 2009/10 mövsümünün yekunlarına əsasən komanda "Karvan"la birlikdə Premyer Liqanı tərk etdi. Lakin klub 1.ci Divizyonda iştirakdan imtina etdi və fəaliyyətini dayandırdı. Futbolçulara isə azad agent statusu verildi. Sumqayıt klubunun baş məşqçisi Valdas İvanauskasın istefaya göndərilməsi qərara alınıb. Litvalı mütəxəssisi müvəqqəti olaraq Elbrus Məmmədov əvəz edib. Son olaraq Sumqayıt təmsilçisinə bundan sonra Böyükağa Hacıyev başçılıq edib. Qapıçı 12.
Akademik Lomonosov AES
"Akademik Lomonosov" AES (rus. Академик Ломоносов) — dünyanın ilk üzən atom elektrik stansiyası. Rusiyaya məxsus bu gəmi məşhur riyaziyyatçı alim Mixail Lomonosovun adını daşıyır. İnşasına 2007-ci ildə başlanılmışdır. Gəminin uzunluğu 144, eni isə 30 metrdir. 21.500 ton ağırlığı olan gəminin 69 nəfərlik ekipajı var. Gəmi vasitəsilə Severodvisk və Sevmaş qəsəbələrinin elektrik enerjisi ilə təmin edilməsi planlaşdırılmışdır.
Fukusima-1 AES
Martın 11-də Yaponiyada baş verən zəlzələdən sonra zədələnən "Fukusima-1" Atom Elektrik Stansiyasında partlayış olub. Partlayış nəticəsində nüvə reaktorunun bloklarından birinin çöl divarı dağılıb, ətrafda radiasiya fonu sürətlə artıb. Radiasiyanın səviyyəsi 20 dəfədən çox yüksəlib. Ətraf ərazilərdən bir neçə min adam evakuasiya olunub. Yaponiyanın baş naziri keçirdiyi mətbuat konfransında daha çox radiasiya sızması olacağı ilə bağlı xəbərdarlıq edib. O, "Fukusima Dayiçi" stansiyasından 30 km radiusda yaşayan adamları örtülü yerlərə sığınmağa çağırıb. BMT-nin Atom Enerjisi üzrə Agentliyi isə 2011-ci il martın 14-də bildirib ki, Yaponiya zədələnmiş atom stansiyasının zərərsizləşdirilməsi üçün onlardan yardım xahiş edib.Hal-hazırda söz gedən yerdə zərərsizləşdirmə işləri aparılır.Buna bənzər digər qəza Çernobıl qəzasıdır. Atom ətrafında olan hər şey atomlardan ibarətdir.
International Standard Book Number
Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (ing. International Standard Book Number) — hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. Nəşrlər üçün identifikatorlar beynəlxalq standart kitab nömrələnməsi sahəsində milli agentliklər tərəfindən təyin edilir. Rusiyada 9 dekabr 2013-cü il tarixinədək bunu Rusiya Kitab Palatası, Belarusda — Milli Kitab Palatası, Ukraynada — Ukraynanın Kitab Palatası, Qazaxıstanda — Qazaxıstan Respublikasının Kitab Palatası həyata keçirib. 2006-cı il nəşrinə qədər olan kitablara verilən beynəlxalq standart kitab nömrələri beynəlxalq standart kitab nömrəsinin abreviaturasından (nəşrin dilindən asılı olmayaraq) və dəyişkən uzunluqda dörd sahəyə defis və ya boşluqla ayrılmış on simvoldan ibarətdir: Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
International Standard Serial Number
ISSN — Beynəlxalq Standart Seriya Nömrəsi. Mərkəzi Fransanın Paris şəhərindədir. ISSN (International Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə. Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.