ADVERTORİAL
AEROLOGİYA
OBASTAN VİKİ
Aerofotoaparat
Aerofotoaparat — peykdən, təyyarədən, vertolyotdan və s.-dən Yer səthinin, onun obyektlərinin fotoşəklini çəkmək üçün optik cihaz.Aerofotoaparatın əsasən iki növü olur: topoqrafik aerofotoaparat, kəşfiyyat aerofotoaparatı. Aerofotoaparat bir və çoxobyektivli olur. Çəkilən obyektin uzaqlığı, təyyarənin sürətlə uçması və ləngərlənməsi aerofotoaparatın quruluşunda bəzi uyğunlaşmanın olmasını tələb edir. Aerofotoaparatı ilk dəfə Birinci Dünya müharibəsi illərində (1914–1918) rus mühəndisi Vladimir Potte ixtira etmişdir. Aerofotoaparatın obyektivi optik sistemdən ibarətdir. Fotoşəklin yüksək keyfiyyətli və mükəmməl olmasını təmin edir. Aeroşəklin miqyası uçuşun yüksəkliyindən əlavə, Aerofotoaparatdakı obyektivin fokus məsafəsindən də asılıdır. Böyük sürətlə üçan təyyarədən çəkilmiş aeroşəkildə təhrif olmaması üçün müasir aerofotoaparat obyektivi saniyənin 1/100–1/500 və daha kiçik hissəsi qədər açan sürgü ilə təchiz olunur. Aerofotoaparatın optik oxunu təyyarənin vəziyyətindən asılı olmayaraq, mümkün qədər şaquli vəziyyətdə saxlamaq üçün xüsusi giroskopik sistemdən istifadə edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Волосов, Давид Самуилович.

Digər lüğətlərdə

зачи́тывать каждодне́вно парши́вик суеве́р убро́дный золотой теле́ц па́динный подкола́чивать уда́рить утучни́ться учёный burl convincingly dynamic positioning rural sagacity show off stuntman terrigenous vicuña всемеро нитеобразный отцепляться перекатить сеносушилка