Ali Audit

Hesablama Palatası tərəfindən dövlət maliyyə-büdcə nəzarətinin həyata keçirilməsi üzrə aparılan auditdir.
Alış Məbləği
Aliment
OBASTAN VİKİ
Ali audit qurumu
Ali audit qurumu — hökumət fəaliyyətlərinin auditini həyata keçirən müstəqil dövlət səviyyəli qurum. Əksər ali audit qurumları öz ölkələrinin mövcud qanunvericiliyə uyğun olaraq təsis edilmişdir. Ali audit qurumları dövlət vəsaitlərinin istifadəsinə nəzarət edir, dövlət maliyyə hesabatlarının keyfiyyətini və düzgünlüyünü yoxlamaqla ölkədə nəzarətin və hesabatlılığın təmin edilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının ali audit qurumu Azərbaycan Respublikasının Hesablama Palatasıdır.
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı
Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı və ya AAİBT (ing. International Organi zation Of Supreme Audit Institutions – INTOSAI) – INTOSAI BMT- yə və ya onun ixtisaslaşmış agentliklərinə üzv olan ölkələrin ali audit institutlarının peşəkar beynəlxalq təşkilatıdır. INTOSAI 1953-cü ildə o dövrdə Kubanın Ali Audit Təşkilatının rəhbəri olan Emiliyo Fernandez Kamusun təşəbbüsü ilə formalaşıb. Həmin vaxt 34 ölkənin ali audit institutunun iştirakı ilə Kubada INTOSAI-nin I konqresi keçirilmişdir. Bu gün isə təşkilatın 186 üzvü vardır. INTOSAI muxtar, müstəqil və qeyri- siyasi təşkilatdır. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi konsultativ statusa malik qeyri-hökumət təşkilatıdır. Bir çox onilliklər ərzində təşkilatın Baş Katibliyinə Avstriya Audit Təşkilatı ev sahibliyi etmişdir. Hal-hazırda da təşkilatın mənzil-qərargahı Vyanadadır. 1977-ci ildə INTOSAI Lima Deklarasiyasını qəbul etmişdir.
Audit jurnalı
Audit jurnalı − sistemin subyektlərinin fəaliyyəti barəsində xronoloji nizamlanmış yazıların son nəticənin təftişi məqsədilə əməliyyatların, prosedurların yerinə yetirilməsinə və ya tranzaksiyalar zamanı hadisələrin baş verməsinə səbəb olan və ya şərait yaradan hərəkətlər ardıcıllığının bərpası, baxılması və analizi üçün yetərli olan verilənlər. İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Daxili audit
Daxili audit — təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.
Kənar audit
Kənar audit — müstəqil bir audit təşkilatı (auditor) tərəfindən bir təsərrüfat subyekti ilə müqavilə əsasında bir təsərrüfat subyektinin maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olduğuna dair əsaslı əminlik əldə etmək və bu barədə fikir bildirmək məqsədi ilə aparılan yoxlama auditor hesabatının forması. Xarici audit sənayenin özəlliklərinə əsasən ümumi audit, sığorta təşkilatlarının auditi, bankların auditi və birjaların, büdcədənkənar fondların və investisiya institutlarının auditi kimi bölünür. Xarici audit həm qanunun tələbi, həm də təsərrüfat subyektinin sahiblərinin təşəbbüsü ilə həyata keçirilə bilər. Kənar audit yoxlaması müəssisələrə maliyyə fəaliyyətinin düzgünlüyü haqqında əminlik verir və kənar auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının və mühasibat uçotunun düzgünlüyünün qiymətləndirilməsi ilə həyata keçirilir. Kənar auditin cəlb olunmasının əsasən iki səbəbi vardır. Bu səbəblər də kənar auditi iki hissəyə ayırır: Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit; Dövlət orqanları tərəfindən məcburi olmayan audit Bir çox hallarda kənar audit yoxlaması dövlət orqanları tərəfindən qanunla tələb olunur. Bu əsasən müəssisələrin vergi öhdəliklərini düzgün yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün həyata keçirilir. Xarici auditorların əsas vəzifəsi hesabatlarda təqdim olunan maliyyə məlumatlarının etibarlılığı barədə rəy hazırlamaqdır. Üç növ audit hesabatı mövcuddur: Şübhəsiz ki, müsbətdir — maliyyə hesabatları maliyyə vəziyyətini, əməliyyatların nəticələrini və pul vəsaitlərinin hərəkətlərini sədaqətlə əks etdirir. Kvalifikasiyaları müsbətdir — hesabatlar, müəyyən maddələr istisna olmaqla, maliyyə vəziyyətini, əməliyyat nəticələrini və pul vəsaitlərinin hərəkətini kifayət qədər əks etdirir.
Audit yoxlaması
Audit yoxlaması — müəssisə və ya təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin auditor tərəfindən maliyyə hesabatlarına dair təqdim edilmiş sənədlər əsasında aparılan audit. Audit məcburi ola bilər, yəni qanunla müəyyən edilmiş müəyyən müddətlərdə, təşəbbüskar isə müəssisə (təşkilat) rəhbərliyinin qərarı ilə həyata keçirilə bilər. Auditor mühasibat balansı məlumatlarının və müəssisənin maliyyə nəticələrinin etibarlılığını təsdiq etdikdə auditin nəticələri müsbət, təsdiq etmədikdə isə mənfi ola bilər. Auditin mərhələlərlə aparılmasının üstünlüyü ondan ibarətdir ki, müştəri cari hesabat dövrünə dair rəy almaq və cari maliyyə ilinin sonunadək dəyişikliklər etmək imkanına malikdir. müştərinin biznesinin xüsusiyyətləri təşkilati və daxili nəzarət nəzərdən keçirilən dövrdə mühüm hadisələr müştərinin fəaliyyətini tənzimləyən qanunlara uyğunluq ən böyük əməliyyatlar üçün: təsdiqedici sənədlərin yoxlanılması əməliyyatların mühasibat uçotu registrlərində və maliyyə hesabatlarında əks etdirilməsi anbarlardakı malların əhəmiyyətli qalıqlarının inventarlaşdırılmasında iştirak Audit fəaliyyəti audit təşkilatları və ayrı-ayrı auditorlar tərəfindən həyata keçirilir.
Sosial audit
Sosial audit — təşkilatın fəaliyyətini və üslubunu qiymətləndirmək, hesabat vermək, təkmilləşdirmək prosesi, bütövlükdə cəmiyyətə təsirini ölçmək vasitəsi. Sosial auditin köməyi ilə korporativ sosial məsuliyyət dərəcəsi ölçülə bilər. Keyfiyyətin idarə edilməsi və insan resurslarının inkişafı üçün əlverişli şərtləri seçmək üçün ilk növbədə təşkilat daxilində rəsmi və qeyri-rəsmi davranış qaydalarını, şirkətin fəaliyyətində maraqlı olan tərəflərin fikirlərini qiymətləndirir. Daxili maliyyə auditi kimi, sosial audit də tədqiqat meyarlarının aydın şəkildə tərtib edilməsini tələb edir: şirkət hansı nəticələrə nail olmaq istəyir, hansı ictimai qrupların onun biznesinin uğuruna təsir etməsi və onun effektivliyinin hansı göstəricilərlə ölçülməsi. == Həmçinin bax == İctimai kapital Vətəndaş cəmiyyəti Sosioiqtisadiyyat İnsan kapitalı == İstinadlar == == Ədəbiyyat == Социальный аудит: учебное пособие / Под общ. редакцией д.э.н., проф. А.А. Шулса, д.э.н. Ю.Н. Попова. – М.: Издательский дом «АТИСО», 2008.
Böyük dördlük (audit)
«Böyük dördlük» — dünyanın dörd ən böyük auditoriyası və konsaltinq şəbəkəsi:Deloitte, PricewaterhouseCoopers, Ernst & Young və KPMG. Tək şirkətlər deyil həmçinin beynəlxalq şirkətlər şəbəkələridir və bu şəbəkələrdəki şirkətlərin çoxu yalnız bir ölkədə fəaliyyət göstərir. == Tarixi == Əvvəllər səkkiz böyük firma təşkil edirdi və bunlar toplu olaraq "Böyük Səkkiz" adlanırdı. 1989-cu ildə «Deloitte, Haskins and Sells» и «Touche Ross» «Deloitte & Touche» (indiki «Deloitte») birleşmesini, «Ernst & Whinney» и «Arthur Young & Co» «Ernst & Young» nun birleşmesi baş verdi. 1998-ci ildə «Price Waterhouse» və «Coopers & Lybrand» в «PricewaterhouseCoopers»-a birləşdi. Nəhayət, 2002-ci ildə «Arthur Andersen» böyük müştəri axınının getməsi yaşadı, şirkət fəaliyyətini dayandırdı və «böyük səkkiz» «böyük dördlük» oldu.
Beynəlxalq audit standartları
Beynəlxalq audit standartları (BAS) (ing. International Standards on Auditing (ISA)) — audit fəaliyyəti üçün beynəlxalq peşəkar standartlar. Onlar Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən Beynəlxalq Audit və Təminat Standartları Komitəsi vasitəsilə nəşr olunur.
Ali-Müzəffər
Ali-Müzəffər — Fars və İraq əyalətlərində hakimiyyəti ələ almış bir sülalənin adı. Əmir Mübarizəddin tərəfindən təsis edilmiş bu dövlət 1318-ci ildən 1392-ci ilədək davam etmişdir. Dövlətin paytaxtı Şiraz şəhəri olmuşdur.
Ali-Yasin
Ali-Yasin — Məhəmməd peyğəmbərin Əhli-Beyti. Qurani-Kərimin Saffat surəsinin 130-cu ayəsinin (سلـٰم على ال ياسين) hərəkəsiz oxunuş formalarından biri - "səlamun əla ali yasin" — "Ali-Yasinə salam olsun!"-dur .
Ali-İmran
Ali-İmran (ərəb. سورة آل عمران‎ (oxunuşu: surətu ali imran) - İmran ailəsi) - Quranın 3-cü surəsi. Mədinədə nazil olmuşdur, 200 ayədir. . İmran Hz Məryəm Hz. Musanın atasının adıymış və Ali-İmran "İmran ailəsi" mənasındadır. Surənin adı 33-cü ayədə rast gəlinən İmran ailəsi ifadəsindən götürülüb.
Ali (Xaşuri)
Ali (gürc. ალი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Xaşuridan 25 km uzaqda yerləşir. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1 375 nəfər idi. 2014-cü ildə 1 068 nəfər yaşayırdı, 549 kişi və 519 qadın. Gürcüstan Sovet Ensiklopediyası, I cild, səh. 308, Tbilisi, 1975 T. Latsabidze, Xaşuri tarixi toponimləri, 2000.
Ali Aaltonen
Aleksi "Ali" Aaltonen (2 avqust 1884, Yyamsa[d], Mərkəzi Finlandiya – avqust 1918, Lahti[d])- Fin jurnalist və 1917-ci ilin noyabrından 1918-ci il yanvar ayının sonuna qədər Finlandiya Qırmızı Qaravullarının birinci ordu komandiri olmuş keçmiş Rusiya İmperator Ordusu leytenantı. O, Finlandiya vətəndaş müharibəsindən sonra, 1918-ci ilin mayında edam edilmişdir. Aaltonen Yyamsada kasıb torpaq işçisi ailəsində dünyaya gəlmişdir. 1897-ci ildə Aaltonen Yivyaskilyada ibtidai sinif müəlliməsinin hesabına orta məktəbə daxil olmuşdur. Aaltonen 1903-cü ildə orta təhsilini yarımçıq qoymuş və Rusiya Ordusuna yazılmışdır. 1904-05-ci illərdə o, rus-yapon müharibəsində leytenant olaraq xidmət etmiş və daha sonra 1905-ci il Rusiya inqilabının sosialist qrupları ilə birləşmişdi. İnqilab uğursuz olduqda Aaltonen Moskvada həbs edildi və hərbidən sürgün olundu. Sərbəst buraxıldıqdan sonra Aaltonen Finlandiyaya qayıtdı və Turku, Viborq və Kotkadakı işçi mətbuatında işləməyə başladı. Qəzet məqalələrinə əlavə olaraq, o, şeirlər və qısa hekayələr yazdı ancaq onlar heç vaxt kitab halında nəşr olunmadı. Çox nadir hallarda Aaltonen Ali Baba təxəllüsü ilə yazırdı.
Ali Alkaabi
Jinnat Ali
Jinnat Ali (1996 – 28 aprel 2020, Çittaqonq) — Banqladeşdəki ən yüksək insan idi. Əli, 1996-cı ildə Banqladeşdə, Coxun Bazar, Ramu Upazila şəhərində anadan olub. Banqladeşdə ən uzun boy olaraq qeyd edilən Əlinin cəsədi on bir yaşında ikən qəfildən qeyri-adi dərəcədə böyüməyə başladı. İnkişafının 23 yaşı olmasına baxmayaraq böyüməyə davam etdi. Boyun həddindən artıq uzanmasının hipofiz bezindəki şiş səbəb olduğu akromegalik gigantizm pozğunluğu səbəb olduğu müəyyən edilmişdir. Nəhayət, uzunluğu 2,49 sm-ə qədər uzadıldı. Ən uzun yaşayan Banqladeş kimi tanınan Jinnat Ali, 28 aprel 2020-ci ildə, 24 yaşında, beyin xərçəngi xəstəliyinə tutulduğu Banqladeşin Chittagong Tibb Kolleci Xəstəxanasında öldü.
Kldistskaro (Ali)
Kldistskaro (Ali) (gürc. კლდისწყარო) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 34 nəfər idi. 2014-cü ildə 12 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, V cild, səh.
Sofia Ali
Sofia Teylor Ramsey Əli (ing. Sophia Taylor Ramseyer Ali; 7 noyabr 1995, San-Dieqo, Kaliforniya) — amerikalı aktrisa. Əsasan Faking It, Grey's Anatomy və The Wilds seriallarında canlandırdığı rollarla tanınır. 2022-ci ildə Ançarted filmində Kloi rolunu canlandırmışdır. Sofia Ali 7 noyabr 1995-ci ildə Kaliforniya ştatının San-Dieqo şəhərində pakistanlı ata Asim Ali və amerikalı ana Bruk Alinin uşağı olaraq dünyaya gəldi.
Ali Sovet
Ali Sovet (rus. Верховный Совет) — Sovet İttifaqında respublikaların qanunvericilik orqanlarının (parlamentinin) ümumi adıdır. Bu təşkilatlar 1938-ci ildə yaradılmış SSRİ Ali Sovetindən nümunə götürülmüşdü və geniş şəkildə oxşar idi. Bu qanunverici orqanlardakı nümayəndələr Sovet tərəfindən dəstəklənir və rəqibsiz seçkilərdə seçilirdilər. İlk müstəqil və ya yarı müstəqil seçkilər 1980-ci illərin sonunda yenidənqurma dövründə keçirilmişdir. Bu qanunverici orqanlar Sovet İttifaqı Kommunist Partiyasının və ya ittifaqdakı hər bir respublikanın kommunist partiyasının qərarlarını ratifikasiya edən super notarial orqanlar idi. Nadir iclaslarda (ildə iki dəfə bir neçə gün ərzində) nümayəndələr iclasda olmayanda Ali Sovetin adından fəaliyyət göstərən daimi orqan kimi Ali Sovetin Rəyasət Heyəti seçilirdi. Rəyasət Heyətinin sədri həm də qanuni (de-yure) dövlət başçısıdır. Bundan əlavə, bu təşkilatlarda icra orqanı olan Nazirlər Şurası da seçilib. 1991-ci il dekabrın sonunda Sovet İttifaqının dağılması ilə bu təşkilatların hər biri yeni yaradılmış müstəqil dövlətlərin qanunverici orqanına çevrildi.
Ali Koç
Ali Koç (2 aprel 1967, Şişli, İstanbul ili) — Yıldırım Ali Koç 2 aprel 1967-ci oldə Şişli, İstanbulda anadan olmuşdur. Ali Koç türk iş adamı və idman direktorudur. Mövcud Klublar Birliyi və Fənərbaxça kulubunun başçısıdır. Koç Holdinq İdarə Heyətinin sədr müavini, Ford Otosan, Yapı Kredi Bankası, Koçtaş, Otokar və Setur. 1907-ci ildə Fənərbaxça Dərnəyinin qurucuları arasında olub və 2004–2017-ci illər arasında onun prezidenti olub. (1907-ci ildə o həyatda yox idi) Rəhmi Koç və Çiğdem Simavinin oğlu Ali Koç 2 aprel 1967-ci ildə İstanbul'da anadan olmuşdur. 1985-ci ildə London Harrow Məktəbini bitirmişdir. Rays Universitetində biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi almışdır. Harvard Universiteti Biznes Məktəbində magistr dərəcəsini bitirmişdir. Tələbəlik illərində müxtəlif səviyyəli ailə təsərrüfatlarında rəhbərlik etmişdir.
Ali Babacan
Əli Babacan (türk. Ali Babacan; 4 aprel 1967, Ankara) — Demokratiya və Sıçrayış Partiyası (DEVA) sədri. Türkiyənin keçmiş İqtisadiyyat naziri. Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. İngilis dilini çox yaxşı bilən Babacan 1995-ci ildə Ülkü Zeynəb Babacanla ailə həyatı qurub. Mustafa Kərəm, Fatma Dilarə və Hilmi Əmir adlı üç övladı var.
Ali Yerlikaya
Əli Yerliqaya (11 oktyabr 1968, Konya) — Türkiyə bürokratı və Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 1968-ci il oktyabrın 11-də Konyanın Səlcuqlu rayonunda anadan olub. Doğulduğu şəhər Meydanlı kəndidir. 1989-cu ildə İstanbul Universitetinin Siyasi Elmlər Fakültəsinin Dövlət İdarəçiliyi fakültəsini bitirmişdir. 1990-cı ildə Türkiyə Daxili İşlər Nazirliyində rayon valiliyinə namizəd kimi xidmətə başlamışdır. Felahiye, Ərzin, Derebucak, Hilvan və Sarıkaya valiliklərinin üzvü, Türkiyə Daxili İşlər Nazirliyinin hüquq məsləhətçisi, Səhiyyə Nazirliyinin kadrlar üzrə baş idarəsi, Türkiyə Ağır Sənayesi İdarə Heyətinin üzvü və Xidmət Sektoru İctimai İşəgötürənlər Birliyi. 30 noyabr 2007-ci ildə Şırnak, 13 may 2010-cu ildə Ağrı, 3 avqust 2012-ci ildə Tekirdağ, 19 fevral 2015-ci ildə Qaziantep və nəhayət, 27 oktyabr 2018-ci ildə İstanbul valiliyinə təyin edilib. O, Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən təyin edilib və 2019-cu il Türkiyə yerli seçkilərinə etirazların qiymətləndirilməsi nəticəsində Yüksək Seçki Şurasının İstanbul seçkilərini ləğv etməsindən sonra 7 may 2019-cu ildə etibarnamə ilə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olub. İyunun 27-də o, vəzifəsini yenidən seçilən Əkrəm İmamoğluna təhvil verdi. O, 2023-cü il ümumi seçkilərində yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın elan etdiyi yeni kabinetdə daxili işlər naziri təyin edilib.
Ali Yüksel
Əli Yüksəl (1949, Antalya ili) — müəllim, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Əli Yüksəl 1949-cu ildə Antalya ilinin Doyran ilçəsində anadan olub. Avropa Milli Görüş Cəmiyyətində imam-hatip, şöbə sədri və sədr vəzifələrində çalışıb. DOST-YAR (Dostluq — Sosial-Mədəni Dayanışma və Yardımlaşma) Cəmiyyətinin qurucu prezidentidir. “Vilayət” qəzetinin İdarə Heyətinin sədridir. Yenidən Rifah Partiyasının qurucularından olub, QHT-lərlə iş üzrə sədr müavini və xaricdə yaşayan vətəndaşlarla iş üzrə sədr müavini vəzifələrində çalışıb. Hazırda İdarə Heyətinin üzvüdür. 2023-cü il mayın 14-də Yenidən Rifah Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Konya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Almanca və ərəbcə bilir. Evli və 8 uşaq atasıdır.
Ali şüur
Ali şüur və ya genişlənmiş şüur — müəyyən şüur vəziyyətini və ya şəxsi inkişafı etiketləmək üçün müxtəlif yollarla istifadə olunan bir termin. Bu, mənlik anlayışı və ya eqo məhdudiyyətlərindən qurtulma vəziyyətini, eləcə də təcrid olunmuş mənlik ilə dünya və ya tanrı arasında qəbul edilən ayrılığın aşıldığı mistik təcrübə vəziyyətini təsvir etmək üçün istifadə edilə bilər. Bu, həmçinin artan ayıqlıq və ya yeni bir perspektivə oyanma vəziyyətinə də aid ola bilər. Bu konsepsiya qədim köklərə, təcrübələrə və texnikalara malik olsa da, "Nyu-eyc" hərəkatı da daxil olmaqla, müasir populyar spiritualizmdə mərkəzi anlayış kimi əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. Yohann Qotlib Fixte (1762–1814) İmmanuel Kantın nəzəri və etik yazılarından inkişaf edən Almaniya idealizminin qurucu simalarından biri idi. Onun fəlsəfəsi Kantın ideyaları ilə alman idealisti Georq Vilhelm Fridrix Hegelin fikirləri arasında körpü təşkil edir. Fixte sonlu və ya empirik eqonu saf və ya sonsuz eqodan fərqləndirdi. Bu "saf eqo"nun fəaliyyətini "ali intuisiya"nı aşkar edə bilər. Maykl Vaytmanın fikrinə görə, Fixtenin fəlsəfi sistemi "şərq mistik təlimlərinin diqqətəlayiq qərbsayağı tərtibatıdır". 1812-ci ildə Artur Şopenhauer "daha yaxşı şüur" terminindən istifadə etməyə başlamışdı.